İdman
"Konyaspor"un hücumçusu karyerasını İtaliyada davam etdirəcək
Türkiyəni Avrokuboklarda təmsil edən "Konyaspor"un hücumçusu Riyad Bayiç karyerasını İtaliyada davam etdirəcək. 23 yaşlı forvard "Udinize" ilə anlaşıb. Transfer 5.5 milyon avroya başa gəlib.
Argentinalı futbolçuya göndəriləcəyini WhatsApp-la elan etdilər
Avropada "Valensiya", "Spartak", "Cenoa" kimi klublarda çıxış edən Tino Kosta klubsuz qalıb. 32 yaşlı yarımmüdafiəçinin "Almeria"ya getməsi gözlənilir. Kosta son olaraq "San Lorenzo"nun şərəfini qoruyub.
"Qarabağ" nə "Real", nə də "Barselona"dı" – Federasiya prezidenti
"Şerif"in pley-off mərhələsinə yüksəlmək üçün çox gözəl şansı var. Bu sözləri Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu deyib. Federasiya rəhbəri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Şerif" - "Qarabağ" matçını dəyərləndirib.
"Bavariya"nı keçmiş oyunçusu Türkiyəyə doğru addımlayır
"Fənərbağça" almaniyalı Holger Badştuberi transfer etmək istəyir. İstanbullular müdafiə xəttinin əsas oyunçularından olan Simon Kyaeri "Sevilya"ya göndərdikdən sonra boşalan mövqeyə yeni oyunçu almaq istəyir. Hazırda azad agent olan mərkəz müdafiəçisinin türk klubuna keçidi real görsənir.
"Barselona" Koutinyo ilə razılığa gəldi
"Barselona" "Liverpul"un futbolçusu Filipp Koutinyo ilə razılığa gəlib. 25 yaşlı yarımmüdafiəçi ilə yaxın günlərdə 5 illik müqavilə imzalanacaq. Bu transfer üçün "Barselona" İngiltərə klubuna 85 milyon avro ödəyəcək.
“Qarabağ” bu gün Moldovada son məşqinə çıxacaq
“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah “Şerif”in qonağı olacaq. Ağdam təmsilçisi bu gün cavab matçı öncəsi son məşqinə çıxacaq.
Şenol Günəş Türkiyə millisinin baş məşqçisi oldu - DHA
Fatih Terimin qəfil istefasından sonra Türkiyə millisində boş qalan baş məşçi postuna Şenol Günəş gətirilib. Bu haqda DHA məlumat yayıb.
Fransa idmançısı atıcılıq üzrə Avropa çempionatının qalibi olub
Bu gün Avropa çempionatında kişilər arasında 300 metr məsafəyə tüfənglə üç vəziyyətdə atəşaçma yarışının qalibi Fransa idmançısı olub. Fransalı Raynaud Alexis 1167 xalla qızıl medal qazanıb.
Vitse-prezident: Azərbaycan atıcılıq üzrə Avropa çempionatını yüksək səviyyədə təşkil edib
Azərbaycan bütün beynəlxalq yarışları, o cümlədən Bakıda keçirilən Atıcılıq üzrə Avropa çempionatını yüksək səviyyədə təşkil edib. Bunu Avropa Atıcılıq Konfederasiyasının vitse-prezidenti Yair Davidoviç deyib.
Ronaldu məhkəmə qarşısında ifadə verəcək
"Real Madrid" klubunun hücumçusu Kriştianu Ronalud məhkəmə qarşısında ifadə verəcək. Portuqaliyalı futbolçu 31 iyul tarixində vergidən yayınma işi üzrə məhkəmədə cavab verəcək.
Dəniz Yılmaz üçün 500 min avroluq təklif
"Malatyaspor" millimizin futbolçusu Dəniz Yılmazı transfer etmək istəyir. Superliqanın debütantı 29 yaşlı hücumçuya 500 min avroluq təklif göndərib. "Bursaspor" təklifi dəyərləndirmək üçün vaxt istəyib.
Qurban Qurbanov üçün yubiley oyun
Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif"lə cavab oyunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. 45 yaşlı mütəxəssis məşqçi kimi 70-ci Avrokubok görüşünə çıxacaq. "Qarabağ"ın baş məşqçisi Tiraspolda Moldova "Şerif"inə qarşı keçiriləcək görüşədək 69 dəfə qitə miqyaslı turnirlərdə iştirak edib. Bu görüşlərdən 2-si "Neftçi", 67-si "Qarabağ"ın baş məşqçisi olduğu dövrə təsadüf edir.
Ramil Quliyev: "Ölkəmin bayrağını Londonda dalğalandırmaq istəyirəm"
Azərbaycanlı atletRamil Quliyev avqustun 1-13-ü aralığında İngiltərənin paytaxtı Londonda keçiriləcək dünya çempionatında Türkiyə yığmasının heyətində mübarizə aparacaq. 27 yaşlı idmançı Türkiyə mətbuatına açıqlamasında hədəfinin medal qazanmaq olduğunu bildirib.
Arsen Venqer: "Özilin müqaviləsini yeniləməməsi məni narahat etmir"
"Arsenal"ın baş məşqçisi Arsen Venqer müqaviləsi başa çatan futbolçulara görə narahatlıq keçirmədiyini bildirib. Təcrübəli mütəxəsis bunu "ideal situasiya" olaraq qiymətləndirib və səbəblərini izah edib. "6 futbolçunun müqaviləsi növbəti yay başa çatır. Bu, problem deyil. Məncə, ideal situasiyadır. Çünki onların hər biri tam gücü ilə çalışmalıdır. Özilin müqaviləsini yeniləməməsi məni narahat etmir. Gələcəkdə belə şeyləri daha çox görəcəksiniz. Səbəb? Normal futbolçuların belə transfer qiyməti o qədər yüksəkdir ki, heç bir klub tələb olunan pulu ödəmək istəmir. Ona görə səviyyəli futbolçular müqavilə müddəti başa çatana qədər klub dəyişməyəcək. Növbəti 10 iildə bu tendensiya adi hala çevriləcək.
Raqif Abbasov: “Azərbaycan idmanında 20 ildə görülən işlər yüzilliklərə bərabərdir”
“Bu gün dövlət başçımız İlham Əliyevin Milli Olimpiya Komitəsinə Prezident seçilməsinin 20 ili tamam olur. 1997-ci il ilə 2017-ci il arasında müqayisə aparanda ölkəmizdə idmanın yüksək inkişafını görməmək mümkün deyil. Azərbaycan idmanında 20 ildə görülən işlər yüzilliklərə bərabərdir”. Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.














