İdman

"İşimə federasiya tərəfindən son verildi"

31 İyul 2017 12:15

Türkiyə millisinin sabiq baş məşqçisi postundan öz xoşu ilə getmədiyini bildirib. Tvitter hesabından açıqlama verən təcrübəli mütəxəsis federasiyanın onu istefaya göndərdiyini qeyd edib. "3.5 il çalışdığım Türkiyə Futbol Direktoru vəzifəsindən özüm getmədim. Daha dəqiq yazsam, işimə TFF tərəfindən son verildi.

Pepe debüt etdi

31 İyul 2017 11:52

"Beşiktaş" İspaniyadakı son hazırlıq matçını İspaniyanın "Real Betis" komandası ilə etdi.  Ağ-qaraların" yeni transferi Pepe ilk oyununa çıxıb. Düşərgəyə gec qatılmasına baxmayaraq Ricardo Quaresma da meydana əsas heyətdə daxil olub.

Fransalı məşqçi Türkiyə millisinə gələ bilər

31 İyul 2017 11:42

"PSJ"nin sabiq baş məşqçisi Loran Blan Türkiyə millisinə rəhbərlik edə bilər. 51 yaşlı mütəxəsis artıq Türkiyə Futbol Federasiyasından təklif alıb. Mənbənin məlumatına görə, ötən həftə TFF prezidenti Yıldırım Demirören Parisdə fransalı mütəxəsislə danışıqlar aparıb. Yerli məşqçilərdən isə Mustafa Denizli bu posta əsas namizədlərdən biridir. Blan 2016-cı ilin yayından bəri işsizdir.

"Adam nankor olmaz, Rəsul!"

31 İyul 2017 11:40

"Neftçi İdman Klubu" "cocuq" vaxtlarından bu günlərə kimi hər ay sənə müntəzəm olaraq maaş verib.  Azərbaycan Cüdo Federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu, Rəsul Çunayevlə bağlı Facebook hesabında öz fikrini bildirib: "Rəsul Çunayev yalan danışır. Güləşçi 10 ildən çoxdur ki, çörəyini yediyi "Neftçi İdman Klubu" haqqında mətbuata yalan açıqlama verib.

"Qalatasaray"lı müdafiəçidən uğursuz debüt

31 İyul 2017 11:21

"Qalatasaray"dan "Sparta"ya keçən Semih Kayanın Çexiya çempionatındakı debütü uğursuz alınıb. Çempionatının ilk turunda "Bohemians"la matça (1:1) start heyətində başlayan müdafiəçi 45 dəqiqədə zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb.

Tarix yazmaq şansı

31 İyul 2017 11:06

Sabah Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.  Azərbaycan çempionu "Qarabağ" növbəti avrokubok sınağına çıxacaq. Ağdam təmsilçisi Moldovada bu ölkənin ən titullu klubu "Şerif"in qonağı olacaq. Bakıda rəqibini məğlub edə bilməyən (0:0) Qurban Qurbanovun yetirmələrini səfərdə qollu heç-heçə də qane edir. Mərhələ keçmək, bunu oyunu penaltilər seriyasına daşımadan gerçəkləşdirmək üçün "Qarabağ" mütləq qol vurmalıdı. Cari mövsüm keçirdiyi 3 oyunda 6 qol vuran təmsilçimizin məhsuldarlığı Tiraspolda uğura ümid etməyə əsas verir.

"Roma" prezidenti: "A Seriyasında dəli olan yeganə klub "Milan"dır"

28 İyul 2017 18:36

"Roma"nın prezidenti Ceyms Palotta bu yay yeni futbolçulara 210 milyon avro sərf edən "Milan"ın transfer siyasətini tənqid edib. Amerikalı biznesmen bunları deyib: "UEFA-nın "Fiancial Fair play" qaydaları ucbatından bizdə qarışıqlıq hökm sürür. Nəzə almaq lazımdır ki, əvvəlki rəhbərlikdən qalan borcarı biz ödəməli olmuşuq.

Almaniyalı idmançı Bakıda tapança ilə güllə atıcılığı yarışının qalibi oldu

28 İyul 2017 16:33

Atıcılıq üzrə Avropa çempionatında qadınlar arasında 25 metr məsafədən tapança ilə güllə atıcılığı yarışının final mərhələsində Almaniya təmsilçisi qızıl medal qazanıb. Monika Karç finalda 39 xal toplayıb. İkinci yerə polşalı Klaudia Bres (33 xal), üçüncü yerə isə Bolqarıstan təmsilçisi Mariya Qrozdeva (29 xal) çıxıb.

Barış Sözər: "Azərbaycanda idmanın inkişafı üçün hər cür şərait yaradılıb"

28 İyul 2017 16:12

“Küləklər şəhəri” Bakıda təşkil olunan bu mötəbər yarışda iştirak etməkdən çox məmnunuq. Türkiyə Avropa çempionatına 15 idmançı ilə qatılıb. Təəssüf ki, atıcılarımız mükafatçılar sırasına düşə bilməyiblər". Bunu Bakı Atıcılıq Mərkəzində keçirilən Avropa çempionatında mübarizə aparan Türkiyə milli komandasının baş məşqçisi Barış Sözər deyib.

Norveç atıcısı: "Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir"

28 İyul 2017 14:24

"Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir". Bunu Bakıda keçirilən Atıcılıq üzrə Avropa Çepmionatının Norveçdən olan iştirakçısı Paal Hembre deyib. P.Hembre vurğulayıb ki, artıq üçüncü dəfədir Azərbaycana gəlir: "Artıq üçüncü dəfədir ki, Azərbaycana gəlirəm.

7 idmançımız atıcılıq üzrə Avropa çempionatında mübarizəyə qoşuldu

28 İyul 2017 12:34

Bu gün Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının səkkizinci günündə qrup yarışlarına start verilib. Mötəbər yarışın səkkizinci günündə daha 7 idmançımız mübarizəyə qoşulub.

"Kəpəz" milli komandaya uduzdu

28 İyul 2017 12:19

"Kəpəz"in əvəzedici heyəti yeni mövsümə hazırlıq dövründə daha bir yoxlama oyununda qüvvəsini sınayıb. Komanda Qaxda təlim-məşq toplanışında olan 17 yaşlılardan ibarət Azərbaycan yığma komandası ilə qarşılaşıb. Oyun millinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. U-17 hər hissədə bir dəfə fərqlənib.

Xilaskar Bezotosnı

28 İyul 2017 11:44

UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən "Panatinaikos" - "Qəbələ" matçının ən yaxşıları seçilib. Həmkarlarımız "qırmızı-qaralar"ın qapıçısıDmitri Bezotosnını fərqləndiriblər. Belə ki, yunanlar görüşün xilaskarı seçdikləri ukraynalı qolkiperin seyvləri sayəsində hesab arasındakı fərqin böyümədiyini düşünürlər: "Bezotosnı "Qəbələ"nin Bakıdakı cavab matçına sağ çıxmasının əsas səbəbkarı oldu.

"Poqba topla rəftarına görə Messi və Ronaldodan geri qalmır"

27 İyul 2017 18:46

"Mançester Yunayted" Amerika turnesini məğlubiyyətlə başa vurub. "Qırmızı şeytanlar" Beynəlxalq Çempionlar Kubokunun son oyununda "Barselona" klubuna minimal hesabla uduzub.

"Panatinaikos" - "Qəbələ" matçında anşlaq olacaq

27 İyul 2017 14:58

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Panatinaikos" - "Qəbələ" matçında anşlaq olacaq. Oyunun biletlərinin böyük qismi artıq satılıb. Qarşılaşma 16 min azarkeş tutumu olan "Apostolos Nikolaidis" stadionunda keçiriləcək. Bu gün səhər saatlarına kimi 10 mindən artıq bilet öz sahibini tapıb. Matç saatına qədər bütün biletlərin satılacağı gözlənilir. Klub rəsmiləri yerli televiziya kanallarında və mətbuatdakı çıxışları ilə azarkeşləri stadiona səsləyiblər. Onlar "Qəbələ" ilə matçda bu məqamın böyük rol oynayacağını bildiriblər.