İdman
Xanım velosipedçilərin yürüşü keçirilib
"Rapha" beynəlxalq həvəskar velosiped klubunun nümayəndəsi Castin Heyin təşəbbüsü və Azərbaycanın “Cyclemania Lady” qrupunun rəhbəri Günay İmanovanın təşkilatçılığı ilə "Women 100" adı altında veloyürüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı GİN yayıb. Veloyürüş zamanı xanım velosipedçilər Şamaxı-İsmayıllı-Göyçay-Ağsu marşrutu üzrə 100 km məsafə qət ediblər və qarşıya qoyulan vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəliblər.
"Qarabağ"ı sevindirən sensasiyalar
Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Öz ölkəsinin çempionlarının mübarizəsində 10 qarşılaşma baş tutub. Bu görüşlərdən biri Azərbaycan təmsilçisinin iştirakı ilə keçirilib. "Qarabağ" öz meydanında Moldova "Şerif"i ilə qarşılaşıb - 0:0.
"Qalatasaray" rəsmisi Luçesku üçün Rumıniyaya getdi
"Qalatasaray"ın rəhbər şəxslərindən olan Can Topsakal Mirça Luçesku ilə görüşmək üçün bu səhər Rumıniyaya gedib. Can Topsakal səfər saatlarında "Bein Sports"a bu açıqlamanı verib: "Onu klubun başına gətirmək istəyirik. Luçesku ilə görüş üçün gedirəm. Razılaşa bilsək, klub prezidentimiz görüşəcək".
Xavyer Ernandes: "Rəqibə çətin anlar yaşadacağıq"
"Panatinaikos"un böyük və tarixi klub olduğunu bilirik". Bunu "Qəbələ"nin futbolçusu Xavyer Ernandes deyib. Yunanıstan mətbuatına açıqlama verən ispaniyalı futbolçu matça ciddi hazırlaşıdıqlarını qeyd edib: "Bütün matçlara olduğu kimi, bu oyuna da ciddi hazırlaşmışıq. Mən hesab edirəm ki, bir qol vursaq, oyunu öz əlimizə ala bilərik. Bundan başqa, "Yagelloniya" ilə səfər oyununda ortaya qoyduğumuz işi bu matçda da göstərsək, rəqibə çətin anlar yaşadacağıq".
Avropa Liqasında III təsnifat mərhələsi başlayır
Bu gün futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin yeni komandası "Aleksandriya" "Zirə"ni mübarizədən kənarlaşdırmış Rumıniya "Astra"sının qonağı olacaq.
Pavel Paşayevin adı Avropa Liqasının iştirak ərizəsində
Millimizin üzvü Pavel Paşayev yeni transfer olunduğu "Olexandriya"nın Avrokubok matçında meydana çıxa bilər. Paşayevin adı Avropa Liqasının III təsnifat mərhələsində Rumıniyanın "Astra" klubu ilə oyunlar üçün Ukrayna klubunun iştirak ərizəsinə daxil edilib. Milli komandamızın futbolçusu yeni komandasında 20 nömrəli forma altında çıxış edəcək.
""Şerif" "Qarabağ"dan güclüdür" - Federasiya prezidenti
Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" - "Şerif" oyunu haqda fikirlərini bildirib. Qurum rəhbəri son çempionunun Albaniyanın "Kukesi" klubuna evdə 1:0 hesabı ilə gəldiyi ilk oyundan sonra iradlarını söyləyib.
""Panatinaikos"un pley-off şansı daha çoxdur" - Yunanıstanlı futbolçu
"Hələ iki il əvvəl "Panatinaikos"la "Qəbələ" arasındakı oyunlardan əvvəl də demişdim ki, rəqibi diqqətlə izləmək lazımdır". Bunu "Apollon" klubunun futbolçusu Fotios Papulis deyib. Yunanıstanlı yarımmüdafiəçi yerli mətbuata müsahibəsində avrokuboklarda çıxış edən komandalarının şanslarını dəyərləndirib. Karyerasını Kiprdə davam etdirən oyunçu Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Panatinaikos" - "Qəbələ" qarşılaşmasına da toxunub.
Fatih Terim İSTEFA VERDİ
Fatih Terim Türkiyə millisinin sükanı arxasından gedib. Bu haqda qərarı Fateh Terimin az öncə Türkiyə Futbol Federasiyası səlahiyyətliləri ilə Leventdəki baş tutan toplantıda verdiyi açıqlanıb.
Maksim Medvedev "rekord" vurdu
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra futbolçuların fərdi göstəriciləri açıqlanıb. Müxtəlif göstəricilər üzrə liderlər qrupunda Azərbaycan çempionu "Qarabağ" da təmsil olunub. Lakin Ağdam təmsilçisinin vitse-kapitanı yaxşı mənada fərqlənməyib. Belə ki, müdafiəçi Çempionlar Liqasının cari mövsümünün ən intizamsızları siyahısına başçılıq edir. Maksim hamıdan çox qayda pozuntusuna yol verənlərdən biridi.
Akkardi "Qarabağ"ın təklifindən danışdı: "Rəhbərlik fikrini dəyişməsə..."
"Qarabağ"ın transfer gündəmində olan "Palermo"nun hücumçusu Karlos Embalonun Azərbaycana gəlişi baş tutmaya bilər. Gənc hücumçunun meneceri Cüzeppe Akkardi müştərisinin İtaliyada qalmaq arzusunda olduğunu bildirib. Akkardi Qvineya-Bisaudan olan 23 yaşlı oyunçunun "Qarabağ" və "Peskara"dan təklif aldığını təsdiqləsə də, bunu alternativ variant kimi görürlər. Çünki həm menecer, həm də futbolçu "Palermo"da qalmağın tərəfdarıdı.
"PSJ" Neymara vaxt qoydu
"PSJ" rəhbərliyi "Barcelona"nın futbolçusu Neymarın transferini yaxın vaxtda bitirmək istəyir. Paris klubu braziliyalı ulduza qərar qəbul etmək üçün 1 həftə vaxt verib. Hər iki komandanın Amerika turnesi avqusta qədər yekunlaşacaq.
"Qalatasaray"ın sabiq məşqçisi: "Komandanın performansı məni qane etdi"
Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Östersunds" tərəfindən mübarizədən kənarlaşdırılan "Qalatsaray" çətin günlərini yaşayır. Bu arada İstanbul klubunun sabiq baş məşqçisi Yan Olde Rikerink mətbuata açıqlama verib.
"Neftçi" Bundesliqa klubuna qarşı
Avstriyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ölkə xaricində ilk yoxlama matçına çıxacaq. "Ağ-qaralar" Avropanın tanınmış klublarından olan "Şalke" ilə üz-üzə gələcək.
Ronaldu: "Hər il onlardan daha yaxşı olmağa çalışıram"
"Real Madrid"in hücumçusu Kriştianu Ronaldu ulduz futbolçularla rəqabətdən motivasiya aldığını bildirib. Portuqaliyalı ulduz bunu sağlam rəqabət adlandırıb.














