İdman
Maradona: "Yeni sistem tətbiq edilsəydi, "tanrının əli" də olmayacaqdı"
Dünya futbolunun canlı əfsanələrindən olan Diyeqo Maradona FİFA mətbuat xidmətinə videotəkrarlardan istifadə ilə bağlı fikirlərini açıqlayıb. Maradona 1966-cı il dünya çempionatının finalında həmyerlimiz Tofiq Bəhramovun qolu hesaba almasını da səhv qərar kimi qiymətləndirib.
Neymarın PSJ-dən tələbləri
Neymar PSJ-yə gəlmək üçün rəhbərlikdən 4 futbolçu transfer etməsini istəyib. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Dünya futbol tarixinin ƏN BAHALI TRANSFERİ reallaşdı
Fransa təmsilçisi "Monako"nun gənc forvardı Kilian Mbappe "Real Madrid"ə gəlir.
Dünya çempionatlarının yeri dəqiqləşdi
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin yığıncağı keçirilib.Rusiyanın paytaxtı Moskvada baş tutan tədbirdə kişi boksçular arasında 2019-cu və 2021-ci illərdə keçiriləcək dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənləşib.
"Çiçarito" yenidən Premyer Liqada
"West Ham United" növbəti transferini reallaşdırıb. London klubu Xavyer Ernandesi heyətə qatıb. Meksikalı hücumçu 3 illik müqaviləyə imza atıb. "Çiçarito" tezliklə komandanın Almaniyadakı təlim-məşq bazasına yollanacaq. Onun transferi "Bayer Leverkusen"ə 16 milyon avro qazandırıb. "Sky Sport"un verdiyi məlumata görə Ernandes klubun ən ödənişli futbolşusu olacaq. Onun məvacibi həftəyə 140 min funtdur.
"Qarabağ" "Şerif" önünə "7" ilə çıxır
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Moldova "Şerif"ini qəbul edəcək "Qarabağ" ev matçına uğurlu seriya ilə çıxacaq. Ağdam təmsilçisi öz meydanında keçirdiyi görüşləri qolsuz tərk etmir. Qurban Qurbanovun yetirmələri son 7 görüşdə rəqib qapısına yol tapıb. Doğma azarkeşlər önündə sonuncu qolsuz matç 2015/16 mövsümünə təsadüf edib. Həmin vaxt qrup mərhələsinin "Tottenhem"lə son ev oyunu qonaqlara 1:0 hesablı qələbə qazandırıb. Bundan sonrakı 7 qarşılaşmada isə qonaqlar quru oyuna həsrət qalıb.
İspaniyalı hücumçu "Arsenal"dan getmək istəyir
"Arsenal"ın hücumçusu Lukas Perez "Deportivo" klubuna qayıtmaq istəyir. 28 yaşlı forvard ona məxsus 9 nömrənin yeni transfer Aleksandr Lakazettə verilməsindən narazı qalıb.
İlqar Qurbanov: "Afinadan maksimum nəticə ilə dönmək istəyirik"
"Mübarizəyə başladığımız ikinci təsnifat mərhələsini uğurla adladığımıza sevinirik. Polşanın "Yagelloniya" klubu ilə evdə keçirdiyimiz ilk qarşılaşma bir az çətin alındı. İstənilən oyunu göstərə bilmədik. Amma cavab görüşünə daha yaxşı hazırlaşdıq. Bu da normaldır".
Osman Kulibali: ""Qəbələ"dən qorxmuruq"
"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Panatinaikos"un müdafiəçisi Osman Kulibali Yunanıstan mətbuatına müsahibə verib. Mali millisinin futbolçusu komandasının hazırkı durumunu və "Qəbələ" ilə matçlardakı şanslarını dəyərləndirib.
"Barselona" Neymarın məvacibini artıracaq?
"Barselona"nın hücumçusu Neymar yaxın vaxtda İspaniya vətəndaşlığı alacaq. Braziliyalı ulduz 1.6 il əvvəl başladığı prosedur nəticəsində sentyabrda İspaniya pasportuna sahiblənəcək. Ölkə qanunvericiliyə əsasən, orda 2.5 il yaşayan şəxs ikili vətəndaşlıq almaq hüququna malikdir.
Ramil Şeydayev erməni futbolçu ilə komanda yoldaşı olacaq
Ermənistanın istedadlı futbolçularından hesab olunan Vaha Biçaxyan "Jilina" klubuna keçir. Millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu klub 18 yaşlı yarımmüdafiəçinin oyununu uzun zaman izlədikdən sonra onu "Şirak" klubundan almaq qərarına gəlib. Transfer 48 saat ərzində reallaşacaq.
"Başakşəhər"in ilk sınağı, azərbaycanlı hakimlər Buxarestdə
Sabah Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunlara start veriləcək. İki gün ərzində 15 qarşılaşma baş tutacaq. Bunlardan 10-u Çempionlar yolu çərçivəsində keçiriləcək. Öz ölkəsində qızıl medallar qazanan komandalar pley-offa vəsiqələr üçün mübarizə aparacaq. Növbəti mərhələdə bir-biri ilə qarşılaşacaq klublar həm də potensial rəqiblərini tanıyacaq.
Minskdə cüdo üzrə Avropa açıq çempionatına start verilib
Belarusun paytaxtı Minskdə cüdo üzrə Avropa açıq çempionatına start verilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, yarışın ilk günündə millimizin çıxışı uğurlu alınıb. Belə ki, cüdoçularımız 2 qızıl medal qazanıblar. 66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Şıxəlizadə və 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Belarusda Azərbaycan bayrağını dalğalandırıblar.
"Bu cür davam edə bilməzdi" - Ayxan Abbasov Rəşad haqda
"Zirə"nin baş məşqçisi Ayxan Abbasov yeni transferlərdən olan Rəşad Sadiqovun komandadan çıxarılmasına münasibət bildirib.
Cüdoçumuz AVRO-da gümüş medal qazandı
“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Uşangi Kokauri növbəti uğurunu qazanıb. İdmançımız Belarusun paytaxtı Minskdə təşkil olunan Avropanın açıq çempionatında qüvvəsini sınayıb.














