"Konyaspor"un hücumçusu karyerasını İtaliyada davam etdirəcək
Türkiyəni Avrokuboklarda təmsil edən "Konyaspor"un hücumçusu Riyad Bayiç karyerasını İtaliyada davam etdirəcək. 23 yaşlı forvard "Udinize" ilə anlaşıb. Transfer 5.5 milyon avroya başa gəlib.
1 Avqust 2017 15:15 İdmanTürkiyəni Avrokuboklarda təmsil edən "Konyaspor"un hücumçusu Riyad Bayiç karyerasını İtaliyada davam etdirəcək. 23 yaşlı forvard "Udinize" ilə anlaşıb. Transfer 5.5 milyon avroya başa gəlib.
Qeyd edək ki, 2015-ci ildə "Konyaspor" Bayiçi 500 min avro qarşılığında heyətinə qatmışdı. Ötən mövsüm 17 qol vuran hücumçu klubun ən sərrast futbolçusu olmuşdu. Bosniya və Herseqovina millisinin üzvü "Fənərbaxça"nın da maraq dairəsində idi. İndi "sarı lacivərdlilər" əsas diqqəti Samuel Eto`onun transferinə yönəldəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31