“Qarabağ”ın Çempionlar Liqasında beş potensial rəqibi

Xəbər verdiyimiz kimi bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Azərbaycanın "Qarabağ" klubu ilə yanaşı daha 14 komanda adını play-off mərhələsinə yazdırıb.

Oxu.Az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinə aparan son yolda Ağdam təmsilçilərinin beş potensial rəqibi də müəyyənləşib.

Püşkatma mərasimi avqustun 4-də İsveçrənin Nyon şəhərində keçiriləcək.

Öz ölkəsinin çempionu olan 10 klub reytinqlərinə görə iki səbətə bölünəcəklər.

Azərbaycanın "Qarabağ" klubu "səpələnməmişlər" arasında yer alacaq.

Komandamıza yalnız "Olimpiakos" (Yunanıstan), "Seltik" (Şotlandiya), "Kopenhagen" (Danimarka), APOEL (Kipr) və "Maribor" (Rumıniya) rəqib ola biləcəklər.

Qeyd edək ki, play-off mərhələsinin ilk oyunları avqustun 15-16-da, cavab görüşləri isə 22-23-də keçiriləcək.

S.B.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31