İdman

"Qalatasaray" yeni transferini təqdim etdi

4 Avqust 2017 12:17

Türkiyənin "Qalatasaray" klubu Super Liqanın digər təmsilçisi "Osmanlıspor"da çıxış edən seneqallı yarımmüdafiəçi Badu Ndiayeni heyətinə qatdığını rəsmən açıqlayıb. "Sarı-qırmızılar" bu keçidə görə futbolçunun sabiq klubuna 7,5 milyon avro təzminat ödəyib. Seneqallı oyunçunun özü ilə də 4 illik müqavilə imzalanıb. Məlumatı klubun rəsmi saytı yayıb.

Güləş üzrə dünya çempionatında gənc qızlar mübarizə aparır

4 Avqust 2017 12:05

Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir. 4-cü yarış günündə 48, 55, 63 və 72 kq çəki dərəcələrində gənc qızlar mübarizə aparır. Yarışda yığma komandamızın 2 üzvü iştirak edir. 

Yığmamız Avropa çempionatına Sloveniyada və İtaliyada hazırlaşacaq

4 Avqust 2017 12:04

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatına hazırlığı davam etdirir. Faiq Qarayevin yetirmələri təlim-məşq toplanışının növbəti mərhələsini Sloveniyada keçəcək. Komandamız Maribor şəhərinə avqustun 4-də yollanacaq. Voleybolçularımız burada fiziki hazırlığı yekunlaşdırıb topla məşqlərə üstünlük verəcək. Millimizin Sloveniyada bir neçə yoxlama görüşü keçirməsi də planlaşdırılır.

"Barselona"nın təklifi 120 milyona çatdı

3 Avqust 2017 18:55

"Barselona" "Liverpul"un futbolçusu Filipp Koutinyodan əl çəkmir. Kataloniyalılar braziliyalı yarımmüdafiəçini transfer etməkdə israrlıdılar.  100 milyon avroluq təklifi qəbul edilməyən "Barsa" rəhbərliyi qarşı tərəflə yenidən danışıqlara başlayıb. Onlar ingilislərə yeni təklif göndəriblər. La Liqa təmsilçisi keçidin baş tutması üçün 120 milyon avro xərcləməyə hazır olduğunu bildirib. Koutinyo karyerasını İspaniyada davam etdirməyə razı olsa da, "Liverpul" onu buraxmaq istəmir. "Mersisaydlılar" "Barselona"nın yeni təklifini hələ cavablandırmayıblar.

"Sevilya"nın müdafiəçisi İstanbuldan gəldi

3 Avqust 2017 18:34

"Fənərbağça"nın müdafiəçisi Simon Kyaer karyerasını İspaniyada davam etdirəcək.  28 yaşlı futbolçu "Sevilya" ilə anlaşıb. Tərəflər 4  illik müqaviləni imzalayıb. "Sarı-lacivərdlilər" danimarkalı müdafiəçinin keçidindən 12.5 milyon avro qazanacaq. 

Atıcılıq üzrə Avropa çempionatında son gün - İsveç təmsilçisi qalib oldu

3 Avqust 2017 17:46

Bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının yarışlarının sonuncu günü start götürüb. Çempionatın 14-cü günündə 50 metr məsafəyə qaçan hədəfə atəşaçma üzrə yarışların qalibləri müəyyən olunub. Belə ki, atıcılıq üzrə Avropa çempionatının 50 metr məsafədən qarışıq hərəkətdə olan hədəfə atəşaçmada kişilər arasında fərdi yarışın son qalibi İsveç təmsilçisi olub. Emil Martinsson 395 xal toplayaraq qızıl medal qazanıb.Gümüş medala 392 xal toplayan rusiyalı Mixail Azarenko yiyələnib.  Finlandiyalı Topi Hulkkonen isə 390 xalla ilk üçlüyü qapayıb.

La Liqa Neymarın transferinə icazə vermir

3 Avqust 2017 17:15

Neymar PSG-də 10 nömrəli formanı geyinəcək. Bu formanı hazırda daşıyan Xavyer Pastore əvvəlki kimi 27 nömrəni götürəcək. Argentinalı futbolçu "Palermo" və PSJ-dəki ilk illərində bu forma ilə çıxış edib.

Mbappe qərarını verdi

3 Avqust 2017 17:14

Ötən mövsüm göstərdiyi oyunla Avropa klublarının maraq dairəsinə düşən kilian Mbappekaryerasında yeni səhifə açmaq istəyir. 18 yaşlı futbolçu "Monako"dan getmək istədiyini rəhbərliyə deyib. O, yeni müqavilə imzalamaqdan imtina edib. "Moneqasklar" Mbappeni vergi və digər məsrəflər daxil olmaqla  216 milyon avro qarşılığında "Real"a satmağa ümid edir.

Tarix yazmağa yeganə namizəd - Azərbaycan

3 Avqust 2017 14:40

Çempionlar Liqasının pley-off mərhələsində iştirak edəcək 20 komanda 20 müxtəlif ölkəni təmsil edir. Bu ölkələrdən 19-u əvvəllər də qrup mərhələsində mübarizə aparıb.  Pley-off mərhələsinin iştirakçıları arasında qrup görməyən yeganə ölkə Azərbaycandı. "Qarabağ"ın pley-offa yüksəlib, ölkəmiz üçün ilkə imza atmasından sonra ağdamlılar qrupun da bir addımlığındadı.

Zidanın oğlu "Real"ın əsas komandasında

3 Avqust 2017 13:37

"Real"ın baş məşqçisi Zinəddin Zidanın oğlu Luka Zidan əsas komandada debüt edib. 19 yaşlı qolkiper MLS-in ulduzları yığmasına qarşı yoxlama matçında oynayıb. O, 72-ci dəqiqədə Ruben Yanesi əvəzləyib.

Formula 1-də 30 min bilet satıldı

3 Avqust 2017 11:32

Formula 1 Azərbaycan Qran Prisində satışa çıxarılan 30 min biletin hamısı satılıb. Bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. N.Arpadarai bildirib ki, bu dəfə xarici vətəndaşlar tərəfindən alınan biletlərin sayı ötən illə müqayisədə iki dəfə çox idi.

DÇ-də sərbəst güləşçilərimizin daha 2 medal qazanmaq şansı var

2 Avqust 2017 18:40

Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir.  İlk yarış günündə Azərbaycan güləşçilərindən Şahin Muxtarov (50 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

"İnter" növbəti transferini reallaşdırdı

2 Avqust 2017 18:28

"İnter" uruqvaylı yarımmüdafiəçi Matias Vesinonun transferini rəsmiləşdirib. Onunla 2021-ci ilə kimi müqavilə imzalanıb. "Nerazzurri" onun buraxılş qiymətini 24 milyon avro müəyyənləşdirib.

İsveç atıcıları Avropa çempionatının qızıl və gümüş medalını qazandılar

2 Avqust 2017 18:17

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının 50 metr məsafədən qaçan hədəfə atəşaçma yarışlarının kişilər arasında fərdi mübarizəsinin qalibi İsveç təmsilçisi olub. İsveç atıcısı Jesper Nyberg 591 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həmyerlisi Emil Martinsson isə 589 xalla gümüş medal qazanıb.