İdman

"Üzərimizdə böyük təzyiq var" - "Kopenhagen"in baş məşqçisi

7 Avqust 2017 12:41

"Üzərimizdə böyük təzyiq var. Həm Çempionlar Liqasında, həm də daxili çempionatda belə oynayırıq. Baxmayaraq ki, mövsümün əvvəlidir. "Brondbü" matçda layiqli qələbə qazandı".

"Real"dan 100 milyonluq transfer

7 Avqust 2017 12:24

Kilian Mbappenin transferini həll edə bilməyən "Real" diqqətini Almaniyaya yönəldib. "Kral Klubu" Dortmund "Borussiya"sından Osman Dembeleni heyətinə qatmağa çalışır. "Real" uzun müddətdir ki, Mbappenin transferi üçün çalışırdı. Əvvəlcə gənc futbolçuya 120 milyon avro qiymət qoyan "Monako" sonradan bu məbləği 180, ən son olaraq isə 200 milyon avroya qaldırdı. İndi "Real"ın əsas hədəfinin Dembele olduğu bildirilir.

"Neymarı 3 il əvvəldən transfer etməyi planlaşdırırdım"

7 Avqust 2017 11:27

PSJ prezidenti Naser Əl-Xəlaifi braziliyalı hücumçu Neymarın transferi haqqında danışıb. Qətərli funksioner bunu 3 il əvvəl planlaşdırdığını qeyd edib. "La Liqa bu transferə etirazını bildirəndə "Barselona"dan mənə zəng edib məsələni birgə həll etməyi təklif etdilər. Mən hazır olduğumuzu dedim. "Barselona" rəhbərliyi, onun prezidenti, azarkeşləri və futbolçularına minnətdaram. "Barselona" dünyanın ən yaxşı klublarından biridir.

İslandiya millisinin üzvü "Rubin"də

4 Avqust 2017 18:15

İslandiya millisinin müdafiəçisi Raqnar Siqurdsson karyerasını Rusiyada davam etdirəcək.  31 yaşlı futbolçu "Rubin"lə anlaşıb. Tərəflər 2018-ci ilin yayına kimi müqavilə imzalayıb. O, Kazan klubunda 5 nömrəli formanı geyinəcək. Siqurdsson karyerası ərzində "Göteborg", "Kobenhavn", "Krasnodar" və "Fulhem"in də şərəfini qoruyub. Son mövsümü "Fulhem"da keçirən müdafiəçi 18 oyuna 1 qol vurub. Milli komandada 69 oyuna çıxan futbolçu 3 dəfə fərqlənib.

""Qarabağ" haqda məlumat yığmaq çətin olmayacaq" - "Kopenhagen" rəsmisi

4 Avqust 2017 17:22

Beş mümkün rəqibimizdən ən güclüsü "Riyeka" idi. Bizim üçün digər 4 komanda təxminən eyni səviyyəli görünürdü. Bu sözləri Danimarkanın "Kopenhagen" klubunun texniki direktoru Yohan Lanqe deyib. O, Çempionlar Liqasının pley-off mərhələsinin bu gün keçirilən püşkatmasını dəyərləndirib və Azərbaycan çempionu "Qarabağ"la görüşməkdən razı qaldığını bildirib: "Pley-off0da asan oyun olmur. Biz artıq III təsnifat mərhələsində də zəif rəqib olmadığını gördük. İlk oyunun evdə keçirilməsini istəyərdik. Amma püşk fərqli nəticələndi. Bu isə o deməkdi ki, bizi uzun səyahət gözləyir. Həmçinin isti hava, saat fərqi də əlavə çətinliklər yaradacaq. Artıq rəqib haqda məlumat toplayıb. Onu təhlil etməyə başlayacağıq. Biz əvvəllər daha qısa zaman kəsiyində də bunu etmişik. Ona görə də rəqib haqda məlumat yığmaq çətin olmayacaq. Onların qarşıda çempionat matçı olduğundan xəbərim var. Bakıya gedib, "Qarabağ"ı izləməliyik".

Kopenhagendə 26 dəqiqəyə 5, Bakıda 21 dəqiqəyə 4 qol

4 Avqust 2017 16:23

Avrokuboklar tarixində 2-ci dəfə Azərbaycan və Danimarka klublarının yolları kəsişib. Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq "Qarabağ"la "Kopenhagen" ölkələrinin ikinci duelinin iştirakçısı olacaq. Maraqlıdı ki, baş tutan yeganə qarşıdurmada da eyni komandalar görüşüb. 1998/99 mövsümünün Kuboklar kubokunun ilkin mərhələsində ağdamlılar Kopenhagenin eyniadlı təmsilçisi ilə görüşüb. Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komanda avrokuboklarla biabırçı şəkildə vidalaşıb. Avqustun 13-də Danimarkada 6 cavabsız qol vuran meydan sahibləri iki həftə sonra Bakıda da amansız olub - 4:0.

Avropa Liqasında pley-off mərhələsinin püşkü atıldı

4 Avqust 2017 16:12

İsveçrənin Nyon şəhərində Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

"İngiltərə və Azərbaycan çempionatı eyni durumdadı"

4 Avqust 2017 15:05

"Qəbələ"nin sabiq futbolçusu Rikardinyo özünə yeni komanda tapıb. Braziliyalı yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirəcək. Rikardinyo "Oksford Yunayted" klubu ilə anlaşıb. Cənubi amerikalı növbəti bir ili bu komandada keçirəcək. Braziliyalı keçidindən sonra verdiyi müsahibədə Azərbaycan çempionatını indi oynadığı liqa ilə müqayisə edib: "Həmişə İngiltərədə oynamaq arzusunda olmuşam. Bunun 2-ci, 3-cü, yoxsa lap 4-cü liqa olmasının fərqi yoxdu. Hesab edirəm ki, hətta son illəri keçirdiyim Azərbaycanda futbolun səviyyəsi burdakından aşağıdı. Amma fiziki cəhətdən hər ikisinin eyni durumda olduğunu düşünürəm".

Qurban Qurbanov: "Şansımız var"

4 Avqust 2017 15:04

Bu gün Çempionlar Liqasının pley-of mərhələsinin püşkü atılıb. Turnirdə Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" qrup mərhələsinə vəsiqə qazanmaq üçün "Kobenhavn" klubunu mübarizədən kənarlaşdırmalıdır. 

Beynəlxalq turnirin qalibləri bəlli olub

4 Avqust 2017 14:33

Paytaxt məktəblisi Bakıda keçirilən beynəlxalq şahmat turnirinin qalibi olub. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 269 nömrəli tam orta məktəbin VI sinif şagirdi Xəzər Babazadə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş yarışda I yerə layiq görülüb. Xəzər Babazadə İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda 8,5 xal toplayıb. Turnirdə Bakı şəhərindəki 6 nömrəli məktəb-liseyin VII sinif şagirdi Toğrul Əliyev 7,5 xalla II, Naxçıvan məktəblisi Seyid Hüseyn 7 xalla III yeri tutub. Yarışın sonunda Xəzər Babazadəyə kubok və medal, digər 2 şahmatçıya medal təqdim olunub.  Turnirdə Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 3 qrup üzrə 8-12 yaş arasında 74 şahmatçı iştirak edib.

Bu gün Fransa çempionatı başlayır

4 Avqust 2017 14:01

Bu gün Fransa liqasında 2017/18 mövsümünə start veriləcək. Mövsümün açılış oyununda son çempion "Monako" "Tuluza"nı qəbul edəcək. Turun digər görüşləri 5-6 avqust tarixlərində keçiriləcək.

"Qalatasaray" seneqallı yarımmüdafiəçi transfer edib

4 Avqust 2017 14:00

"Qalatasaray" daha bir futbolçunun transferini rəsmiləşdirib. İstanbul klubu həftəinin əvvəlində tibbi müayinədən keçirdiyi Badu Ndiaye ilə 4 illik müqavilə imzalayıb. Seneqallı yarımmüdafiəçinin transferi "Osmanlıspor"a 7.5 milyon avro qazandıracaq.

“Dəniz Yılmaz yeni transferimizdi” - Klub prezidenti

4 Avqust 2017 13:32

"Bursaspor"un prezidenti Ali Ay Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz haqda fikirlərini bildirib. klub rəhbəri təcrübəli hücumçunun ünvanına təriflər yağdırıb. 

Neymar: "Ömrümdə ikinci dəfə atamın məsləhətinə əks getdim"

4 Avqust 2017 12:34

"PSJ"-nin yeni transferi Neymar 4 mövsüm şərəfini qoruduğu "Barselona" azarkeşləri ilə vidalaşıb. Braziliyalı ulduz sosial şəbəkə vasitəsilə Paris klubuna keçmək qərarına da aydınlıq gətirib. "Barselona"da oynamaq mənim uşaqlıq arzum olub. 21 yaşımda ambisiyalarla Kataloniyaya gəldim. İndiyə qədər klubdakı ilk günlərimi, kumirlərim Messi, Valdez, Xavi, İniesta, Puyol, Pike, Buskets və başqaları ilə bölüşdüyüm paltardəyişmə otağını xatırlayıram. Həyatımda rast gəldiyim ən güclü idmançı ilə birlikdə oynamaq şərəfinə layiq oldum. Əminəm ki, nə qədər sağam, beləsinə rast gəlməyəcəm.