İdman

Belhanda: "Bir-birinə alışmağımız vaxt aparacaq"

7 Avqust 2017 19:00

"Qalatasaray" Avstriya toplanışının son günündə "Herta Berlin"ə 1:2 hesabıyla uduzdu. "Sarı qırmızılar"ın yeni transferi Yunes Belhandayeni mövsüm üçün iddialı danışıb. "Komanda çox yenidir. Hələ çoxu bir-birinin adını belə bilmir. Avqustun əvvəlidir. Bir-birinə alışmağımız vaxt aparacaq. Üzərimdə təzyiq hiss edirəm. 10 nömrəli formanı daşıdığım üçün mənə olan gözləntiləri başa düşürəm. Heç kim təlaşa düşməsin. Əsl Belhanda bu deyil. Çempionat başlayandan sonra hər kəsə əsl Belhandanı göstərəcəm".

“Barselona”dan 70 milyonluq təklif

7 Avqust 2017 18:55

Dortmund "Borussiya"sının futbolçusu Usman Dembele karyerasını İspaniyada davam etdirə bilər. "Barselona" fransalı futbolçudan əl çəkmir.  Kataloniya klubu 20 yaşlı hücumçunu heyətinə qatmaqda israrlıdı. Qarşı tərəflə danışıqlara yenidən start verən "Barsa" Dembelenin transferinə 70 milyon avro xərcləməyə hazırdı. Dortmund təmsilçisi gənc oyunçunu 100 milyon avrodan aşağı qiymətə satmaq istəmir. Bununla belə, ispanlar Dembelenin transfer qiymətini azaltmağa çalışırlar. Çünki futbolçu özü karyerasını "Barselona"da davam etdirməyə razıdı.

Ulduz futbolçu fahişə ilə qiymət söhbəti etdi

7 Avqust 2017 18:50

"Mançester Siti"nin ulduzu Rahim Sterlinq bir fahişə ilə keçirəcəyi zaman üçün qiymət məsələsində xeyli zaman itirib. Həftədə 180 min funt qazanan Sterlinq fahişənin qiymətini 3 min Pounddan min 500 Pounda salıb.

"Arsenal"ın sabiq futbolçusu Türkiyə klubunda

7 Avqust 2017 18:45

İsveçrə millisi və "Arsenal"ın sabiq futbolçusu Yohan Curu karyerasını Türkiyədə davam etdirəcək. 30 yaşlı müdafiəçi "Antalyaspor"la "2+1" sxemi əsasında müqavilə imzalayıb. Onun son klubu Bundesliqa təmsilçisi "Hamburg" olub.

"Premyer Liqada simulyasiyanı əsl sənətə çeviriblər"

7 Avqust 2017 18:26

İngiltərənin sabiq FİFA referisi Mark Klattenburq Premyer Liqada simulyasiya etməyə görə cəzalandırılma barədə fikrini bildirib. Hazırda Səudiyyə Ərəbistanında çalışan mütəxəsis bunları deyib: "Simulyasiya epizodları hakim üçün ən çətin hesab olunur. Xüsusilə cərimə meydançası xətti yaxınlığında. Belə vəziyyətdə 3 nüans var: a) təmas var b) təmas yoxdursa, simulyasiya var c) penalti varmı?

Rusiyalı dünya çempionu Azərbaycanı əsas rəqib saymadı

7 Avqust 2017 18:23

Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı bizim üçün ayrı bir döyüş olacaq. Bu turnirdə də kifayət qədər ciddi rəqiblərimiz var. Bunu Rusiya millisinin voleybolçusu Svetlana Kryuçkova deyib.  İkiqat dünya çempionu olan libero sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatındakı hədəflərindən danıb.

"Neftçi" - "Qarabağ" oyununun vaxtı məlum oldu

7 Avqust 2017 18:22

Azərbaycan Premyer Liqasının 2017/2018-ci illər mövsümünün ilk turunda keçiriləcək "Neftçi" - "Qarabağ" görüşünün vaxtı müəyyənləşib. İndiyədək keçirilən bütün çempionatlarda iştirak edən  iki komanda arasında reallaşacaq Azərbaycan derbisi  11 avqust saat 21:00-da başlanacaq.

"Borussiya"nın idman direktoru: "Bu barədə danışmaq məntiqə sığmır" 

7 Avqust 2017 18:09

"Borussiya"nın idman direktoru Mixael Zork komandanın gənc ulduzu Usman Dembelenin "Barselona"ya transferi ilə bağlı yayılan şayiələrə münasibət bildirib. Dortmund klubunun rəsmisi bu məlumatları təkzib edib: "Dembelenin transferi ilə bağlı heç bir komanda ilə anlaşma əldə etmədik. Dembele bizim futbolçumuzdur. Bu barədə danışmaq məntiqə sığmır".

“Fənərbağça” Yarmolenko ilə maraqlanır

7 Avqust 2017 18:07

Andrey Yarmolenko Kiyev "Dinamo"sunu tərk edə bilər. Təcrübəli futbolçu "Fənərbagça"nın maraq dairəsindədir.   Artıq gələn həftə İstanbul klubunun nümayəndələri Kiyevə yollanaraq keçidi rəsmiləşdirməyə çalışacaqlar.

Yığmamız Almaniya ilə yoxlama oyunu keçirəcək

7 Avqust 2017 18:01

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi yoxlama matçı keçirəcək. Yığmamız Almaniya ilə qarşılaşacaq.  Avqustun 20-dən 26-dək davam edəcək görüşlər 5 lövhədə təşkil olunacaq. Bu yoxlama oyunu hər 2 yığmanın qarşıdakı məsul yarışlara daha yaxşı hazırlaşmasına hesablanıb. Görüşün baş hakimi FİDE dərəcəli Lütfiyar Rüstəmov olacaq.

İspaniya futbol tarixinin ən yaxşı oyunçusu müəyyənləşdi

7 Avqust 2017 17:21

İspaniya futbol tarixinin ən yaxşı oyunçusu müəyyənləşib.  Futbol Tarixi və Statistikaları Araşdırmaları Mərkəzinin apardığı təhlildə "Barselona"nın üzvü Lionel Messi bütün rəqiblərini qabaqlayıb. Ən yaxşı futbolçunu müəyyənləşdirmək üçün 9280 futbolçunun, 86 mövsümün nəticələri analiz edilib. Yekunda 545 xal toplayan argentinalı hücumçu İspaniya futbol tarixinin ən yaxşısı hesab edilib. İkinci yerdə "Real"ın əfsanəsi  Raul (528 xal) qərarlaşıb. 

Darina Moskalenko Avropa çempionatında 6-cı oldu

7 Avqust 2017 15:06

Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Darina Moskalenko Macarıstanın Velense şəhərində keçirilən gənclər arasında (U-23) Avropa çempionatında 6-ci yerə layıq görüldü. 750 metrlik su məsafsini idmançımız 10:31 vaxt çərçivəsində başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 33:28 nəticəsilə qət edib.

Bakıda futvole üzrə beynəlxalq turnirə yekun vurulub

7 Avqust 2017 14:25

Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təşkilatçılığı ilə keçirilən beynəlxalq futvole yarışları sırasına daxil olan "Baku World Open" turnirində qaliblər müəyyənləşib. İki gün davam edən turnirdə yarış kişilərdən ibarət komandaların oyunları ilə davam edib. Qrup mərhələsi çərçivəsində keçirilən matçların sonunda Azərbaycan, Rusiya, Hollandiya və İran yarımfinala vəsiqə qazanıb.

Azərbaycan millisi İtaliya və Almaniya ilə qarşılaşacaq

7 Avqust 2017 14:05

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Macarıstanın Siofok şəhərində Avropa çempionatının birinci seçmə mərhələsində, Almaniyanın Varnemunde şəhərində isə qitə birinciliyinin ikinci seçmə mərhələsində iştirak edəcək.

"Real Madrid" UEFA Superkuboku üçün 24 futbolçu sifariş edib

7 Avqust 2017 13:56

"Real Madrid" avqustun 8-i "Mançester Yunayted"lə UEFA Superkuboku görüşünə çıxacaq. Madrid klubu oyunun iştirak ərizəsinə Kriştianu Ronaldunun adını da daxil edib. Portuqaliyalı ulduz 2017-Konfederasiayalar Kubokunda milli komandaya kömək etdiyindən "Real"ın mövsümöncəsi hazırlıq turnesinə qatılmamışdı.