İdman

“İnter”in ev oyunlarını keçirəcəyi stadion müəyyənləşdi

8 Avqust 2017 19:00

"İnter"in 2017/18 mövsümündə ev oyunlarını hansı stadionda keçirəcəyinə aydınlıq gəlib. Paytaxt təmsilçisi "İnter Arena"dan ayrılmayacaq.  Klub bununla bağlı rəsmi məlumat yayıb. Bildirilir ki, AFFA və "Aqrarkredit" SKT arasında aparılan danışıqlar nəticəsində "İnter"in əsas və uşaq komandalarının yeni mövsümdə də "İnter Arena" stadionunda qalaraq, fəaliyyət göstərməsi qərara alınıb.

Dünyanın gözü bu oyunda:  kubok kimin olacaq?

8 Avqust 2017 18:46

Bu gün UEFA Superkuboku uğrunda qarşılaşma keçiriləcək. Məlumata görə, ötən mövsümdə avrokubokların qalibi olan qitə nəhəngləri Makedoniyanın paytaxtı Skopyedə münasibətlərini aydınlaşdıracaqlar. Çempionlar Liqasının son qalibi “Real” Avropanın ən güclüsü olduğunu bir daha sübut etməyə çalışacaq. Avropa Liqasını qazanmaqla Çempionlar Liqasına vəsiqə qazanan “Mançester Yunayted” qitənin ikinci dərəcəli klub turnirindəki qələbəsinin davamını gətirməyə iddialıdı.

"Beşiktaş"da yeni müqavilə

8 Avqust 2017 18:07

"Beşiktaş" rəhbərliyi komandanın aparıcı oyunçularından olan Tolqay Arslanla yeni müqavilə imzalayıb. 27 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti uzadılıb. Razılaşmaya əsasən, Arslan 2022-ci ilin yayına qədər İstanbul təmsilçisinin formasını geyinəcək.

"Neymar "Barselona"lıya yaraşan hərəkəti etmədi"

8 Avqust 2017 17:38

"Barselona"nın prezidenti Josep Mariya Bartomeu Neymarın PSJ-yə transfer olunmasına münasibət bildirib. O, braziliyalı hücumçunun Kataloniya klubundan bu cür ayrılmasının xoş olmadığını deyib: "Neymar "Barselona" oyunçusuna yaraşan hərəkəti etmədi".

Dünya çempionatına qatılacaq yığmamızda ciddi itki

8 Avqust 2017 15:08

Kişi boksçulardan ibarət Azərbaycan yığması dünya çempionatına hazırlığı davam etdirir. Leonid Loivskinin başçılıq etdiyi komanda təlim-məşq toplanışının ikinci hissəsini bu gün başa vurub. Sabah hazırlığın son mərhələsinə start veriləcək.

"Atletiko" Arda Turandan imtina edib

8 Avqust 2017 14:47

"Barselona"nın yarımmüdafiəçisi Arda Turan keçmiş klubu "Atletiko Madrid"ə qayıtmayacaq. 30 yaşlı futbolçunun xidmətləri Madrid klubuna təklif olunsa da, rədd cavabı alıb. Baş məşqçi Diyeqo Simeone onu planlarına daxil etməyib. Ardanın "Qalatasaray"a qayıtmaq ehtimalı da var idi. Amma türkiyəli havbek məvacibinin azalmasına razılaşmamışdı.

"Dahi deyiləm"

8 Avqust 2017 13:51

Yeni mövsümün ilk rəsmi oyununa çıxacağıq. Hər zaman olduğu kimi öz oyunumuzu nümayiş etdirəcəyik. "Mançester Yunayted"i yaxşı tanıyırıq. Qələbə qazanmaq üçün burdayıq. Bizi başqa heç nə maraqlandırmır. Bu sözləri "Real"ın baş məşqçisi Zinəddin ZidanUEFA Superkubokunun finalında "Mançester Yunayted"lə oyun öncəsi deyib.

"Bavariya" Dortmund klubunun skautuna göz dikib

8 Avqust 2017 13:23

"Bayern Münhen" yeni texniki direktoru axtarır. Mixael Reşke "Ştuttgart"a keçəndən sonra Münhen təmsilçisi bu posta yeni işçi axtarır. "Bavariya" 44 yaşlı Sven Mislintata göz dikib. O, "Borussia Dortmund"un baş skautu kimi çalışır.

İlk dəfə neytral meydanda

8 Avqust 2017 13:22

Bu gün keçiriləcək UEFA Superkubokunda üz-üzə gələcək "Real"la "Mançester Yunayted" tarixdə 11-ci dəfə qarşılaşacaq.  İspaniya və İngiltərə təmsilçiləri indiyədək 10 dəfə görüşüb. Heç vaxt neytral meydanda üz-üzə gəlməyən rəqiblər üçün Skopyedəki görüş ilk belə matç olacaq.

20 milyonluq hüçumçu "Fənərbağça"ya keçə bilər

8 Avqust 2017 13:21

Hücumçu transferi üçün var gücüylə çalışan "Fənərbağça" Lukas Perezi heyətinə qatmaq üçün görüşmələrə başlayıb. İstanbul klubu, "Arsenal"ın heyətində düşünmədiyi ispan oyunçu üçün hərəkətə keçib. "NTV Spor"un xəbərinə görə, klubun mətbuat kömitəsinin sədri Mahmud Uslu ilə inzibati menecer Həsən Çetinkaya Perezlə danışıqlara başlamaq üçün bu gün Madridə yollanıblar. "Fənərbağça" 28 yaşındakı oyunçu ilə razılaşma əldə edərsə, "Arsenal"la danışıqlara başalayacaq.

Rəhim Əliyev: “Formula 1 mövsümünün ilk yarısı kifayət qədər maraqlı keçdi”

8 Avqust 2017 12:17

“Formula1 üzrə 2017-ci il mövsümünün ilk yarısına yekun vurulub. Pilotlar 4 həftəlik yay tətilinə yollanıblar. Mövsümün ilk 11 yarışı kifayət qədər maraqlı və həyəcanlı keçdi”. Bunu Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş redaktoru Rəhim Əliyev deyib.

A Seriyasının oyunları Uzaq Şərqdə yayımlanacaq

8 Avqust 2017 12:16

İtaliya A Seriyasının oyunları Çində yayımlanacaq. Bunu "İnter" klubunun sahibi "Suning Group" şirkəti təşkil edib. Onlar yeni mövsümdə A Seriyasının teleyayım hüquqlarını alıblar. Oyunları PPTV platformasından izləmək mümkün olacaq.

Triatlonçumuz 6-cı oldu

8 Avqust 2017 11:59

Azərbaycanın triatlon üzrə yığmasının üzvü Darina Moskalenko Macarıstanın Velense şəhərində keçirilən gənclər arasında (U-23) Avropa çempionatını 6-cı yerdə tamamlayıb. 750 metrlik su məsafəsini idmançımız 10:31 vaxt çərçivəsində başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 33:28 nəticəsilə qət edib. Nəhayət, yarışın son mərhələsi - 5 kilometrlik qaçış zolağını D.Moskalenko 18:41 nəticəsilə başa vurub. Ümumi hesablamada Darina 01:04:13 vaxt göstəricisilə 6-cı yerə layiq görülüb.

"Öz ağırlığı qədər qızıl versələr..."

8 Avqust 2017 11:45

"Real"ın prezidenti Florentino Peres futbolçusu Kriştianu Ronaldunu satacaqları barədə yayılan xəbərlərə münasibət bildirib.  "La Gazzetta dello Sport"a danışan klub rəsmisii bildirib ki, bu, heç vaxt baş verməyəcək:  "Ronaldonu satmaq? Bu, heç vat olmayacaq.