İdman

İtaliya Futbol Federasiyası Campyero Ventura ilə yeni müqavilə imzalayacaq

10 Avqust 2017 12:04

İtaliya Futbol Federasiyası yığma komandanın baş məşqçisi Campyero Ventura ilə bağlı qərar verib. Ventura ilə yeni müqavilə imzalanacaq. Ventura 2020-ci ilə kimi "skuadra azzura"nın baş məşqçisi postunda çalışacaq.

"Qəbələ" ilk oyuna hazırlaşır

9 Avqust 2017 18:42

"Qəbələ" 2017/18 mövsümünün hazırlığını davam etdirir.  "Qırmızı-qaralar" bu həftə start götürəcək Topaz Premyer Liqasına Bakıda hazırlaşır. Roman Qriqorçukun yetirmələri avqustun 7-dən paytaxtdakı Bakı Olimpiya Stadionunda hazırlıq keçir. Məşqlərini ölkənin ən böyük arenasında gerçəkləşdirən "Qəbələ" "İnter"lə ilk turun səfər matçını avqustun 12-də keçirəcək.

Olimpiada-2024-ün proqramında dəyişiklik edilə bilər

9 Avqust 2017 18:05

Yay Olimpiya Oyunlarının proqramında dəyişiklik edilə bilər. Məlumatına görə, 2024-cü ildə keçiriləcək yarışlara kibernetika idman növlərinin də daxil edilməsi mümkündü. Gənclərin bu tip marağını nəzərə alan Beynəlxalq Olimpiya Komitəsi növbəti sessiyasında məsələni müzakirəyə çıxaracaq.

Antonio Konte: "Matiçin gedişi bizim üçün böyük itkidir"

9 Avqust 2017 17:36

"Çelsi"nin baş məşqçisi Antonio Konte serbiyalı Nemanya Matiçin "Mançester Yunayted"ə transferi haqda fikirlərini bildirib. İtaliyalı mütəxəsis bunları deyib: "Matiç onun haqqında fikrimi yaxşı bilir. O, "Çelsi"nin vacib oyunçularından biri idi. Hər nə qədər çətin olsa da, onun qərarını qəbul etməliyik. Transfer bazarı çox qarışıqdır. Matiçin gedişi bizim üçün böyük itkidir".

“Fənərbaxça”dan daha bir transfer

9 Avqust 2017 16:07

“Fənərbaxça” növbəti transferini gerçəkləşdirib.  İstanbul təmsilçisi “Vilyarreal”ın hücumçusu Roberto Soldadonu heyətinə qatıb. 32 yaşlı forvard tezlkiklə Türkiyəyə gələcək və "sarı-lacıvərdlilər"lə müqavilə imzalayacaq. Bu keçid üçün "Fənərbaxça" "sarı sualtı qayığ"a 4 milyon avro təzminat ödəyib.

Ukraynalıların sevimli məkanı – Azərbaycan

9 Avqust 2017 14:14

Azərbaycan ukraynalı futbolçuların ən çox üz tutduğu ölkələr sırasındadı. Ukrayna mətbuatı futbolçularının legioner həyatı yaşadığı ölkələrlə bağlı araşdırma aparıb.  Buna Lixtenşteynin "Vaduts" klubuna keçən Marko Deviç səbəb olub. Cırtdan ölkə ukraynalılar üçün yeni məkan - 61-ci ölkə kimi tarixə düşüb. Milliləşən serbiyalını da özlərinki kimi qəbul edən Ukraynadan olan həmkarlarımız ən çox futbolçu ilə təmsil olunduqları ölkələri də müəyyənləşdirib. İndiyədək dünyanın 6 ölkəsində 100-dən artıq ukraynalı oynayıb. Azərbaycanda indiyə qədər 101 ukraynalı futbolçu çıxış edib. Bu, həmkarlarımızın hesablamasıdı və bütün liqalarda oynayan həmyerlilərinin ümumi sayıdı. Ölkəmiz bu göstəricidə 6-cıdı. Ukraynalıların sevimli məkanları sırasında 1-ci yeri təbii ki, bölgənin ən güclü çempionatına malik Rusiya tutur. Bura 428 oyunçu ezam olunub.

UEFA Super Kubokunun ən yaxşı futbolçusu müəyyənləşib

9 Avqust 2017 13:42

UEFA Super Kubokunun finalında keçirilən "Real" - "Mançester Yunayted" görüşünün (2:1) ən yaxşı futbolçusu müəyyənləşib. Qitənin ali futbol qurumu Madrid klubunun yarımmüdafiəçisi İskonu ən yaxşı oyunçu seçib. İspan oyunçu sözügedən qarşılaşmada komandasının ikinci qolunun müəllifi olub. Matçdan sonra ona xüsusi mükafat verilib.

Kriştianu Ronaldo öndə, Dino Ndlovu kənarda

9 Avqust 2017 13:27

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin arxada qalan 7 ayının yekunlarına əsasən dünyanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.

Xanım jurnalist mətbuat xidmətinin rəhbəri oldu - Futbolumuzda bir ilk

9 Avqust 2017 13:14

Topaz Premyer Liqasının debütantı olan "Səbail" klubunda mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib. Bu vəzifəyə uzun müddətdir AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində baş mütəxəssis işləyən Törə Əhmədova təyinat alıb. T.Əhmədova "Səbail"də həmin vəzifədə AFFA-dakı həmkarı Firuz Abdullanı əvəzləyib. F.Abdulla kubda Müşahidə Şurasına yeni üzv seçilib.

Arda Turan "Qalatasaray"ın təklifini qəbul etdi

9 Avqust 2017 13:10

Türkiyə millisinə dönməyə qərar verən Arda Turan karyerasını Türkiyədə davam etdirəcək. Türk mətbuatı "Barsa"nın futbolçusunun "Qalatasaray"ın təklifini qəbul etdiyini yazıb. Təklifin icarə qiyməti ilə birlikdə 10-12 milyon avro olması gözlənir.

"Real" Qaret Beyli satmaq istəmir

9 Avqust 2017 12:15

"Real"ın prezidenti Florentino Peres Qaret Beyli satacaqları barədə yayılan iddialara münasibət bildirib. O, uelsli oyunçunun Madrid klubunda qalacağını deyib: "Beyli satmağı düşünmürük. Bizim üçün önəmli futbolçudur. O, dünyanın ən yaxşı oyunçularından biridir".

“Borussiya” Dembele ilə vidalaşa bilər

9 Avqust 2017 12:14

“Borussiya” Usman Dembele ilə vidalaşmağa hazırdır. Dortmund klubu fransız futbolçu üçün 120 milyon avro tələb edir. Bu məbləği ödəyən istənilən klub Dembeleni heyətinə qata bilər.

Zlatan "Mançester Yunayted"də qalacaq?

9 Avqust 2017 11:34

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Zlatanla yeni müqavilə imzalanmasının mümkünlüyünü qeyd edib. 

Zidan: "Ronaldunun ehtiyatda qalması taktiki gediş idi"

9 Avqust 2017 11:32

"Real"ın baş məşqçisi Zinəddin Zidan super kubok oyununda "Mançester Yunayted" üzərindəki 2-1 hesablı qələbəni şərh edib. Fransız mütəxəssis nəticədən məmnunluğunu ifadə edib: "Biz yaxşı iş çıxardıq və buna görə çox şadıq. Matçın ilk yarısında biz möhtəşəm idik. İkinci yarı nisbətən çətin keçdi. Topla çox oynadıq. Bu da normal idi. Biz yeni mövsümə titulla və yüksək əhvalla başlayırıq".

AÇ-2017: Ukrayna Bakıya gələcəyi tarixi açıqladı

8 Avqust 2017 20:05

Qadın voleybolçulardan ibarət Ukrayna millisinin Bakıya gələcəyi tarix dəqiqləşib. Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatının iştirakçısı olacaq komanda sentyabrın 19-da paytaxtımızda olacaq.