İdman

Baş nazir də Ramil Quliyevi təbrik etdi

11 Avqust 2017 12:13

Türkiyənin baş naziri Binəli Yıldırım 200 metr məsafəyə qaçışda dünya çempionu Ramil Quliyevi təbrik edib. Bu barədə Türkiyə Baş nazirinin administrasiyasına istinadən məlumat verib. R.Quliyev karyerasında ilk dəfə dünya çempionu adını qazandıqdan dərhal sonra onu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da təbrik etmişdi.

İbrahimoviç seçim qarşısında: "Milan" da onu istəyir

11 Avqust 2017 11:49

Heyətinə xeyli sayda yeni futbolçu qatan "Milan" bununla kifayətlənmək fikrində deyil. "Rossonyerlər"in növbəti hədəfi Zlatan İbrahimoviçdi.  35 yaşlı forvardla danışıqlara start verilib. Hazırda zədəsini sağaltmaqla məşğul olan isveçli futbolçunun hansı qərar verəcəyi maraqla gözlənilir. İbrahimoviçin son komandası "Mançester Yunayted"ə qayıtmaq variantı da var.

Tarixdə 4-cü nəticə

10 Avqust 2017 20:03

Azərbaycan millisi FİFA reytinqində 79-cu pillədə qərarlaşıb. Yığmamız bununla da tarixinin 4-cü göstəricisinə imza atıb.  Belə ki, komandamız FİFA reytinqinin 23 illik tarixində yalnız 3 dəfə daha yüksək pillədə qərarlaşıb. Sonuncu belə uğurumuz cəmi iki ay öncə yaşanıb. Bu ayın iyununda Robert Prosineçkinin yetirmələri planetin 76-cısı idi. Ardınca 80-ci pilləyə yuvarlanan komandamız 1 addımlıq irəliləyişə nail olub. Millimizin tarixində ən yüksək nəticə isə 73-cü pillədi. Komandamız 2013-cü il iyul və avqust aylarında 73-cü sırada qərarlaşmışdı.

Millimizin sabiq üzvü I divizionda

10 Avqust 2017 18:14

Azərbaycan yığmasının sabiq üzvü Bəxtiyar Soltanov özünə yeni komanda tapıb. 28 yaşl futbolçu 2017/18 mövsümündən etibarən "Binə"nin uğurları üçün çalışacaq. O, yeni mövsümdə Birinci Divizionda debüt edəcək bu klubla rəsmi müqaviləyə imza atıb.

"İnter"də növbəti itki

10 Avqust 2017 18:13

"İnter" Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq. Paytaxt klubu matça ciddi itkilərlə çıxacaq. Fuad Bayramovun sıradan çıxmasından sonra kapitan Nizami Hacıyev də zədə üzündən "Qəbələ" ilə matçda komandasına kömək edə bilməyəcək.

Suares İtaliyaya köçmək istəmədi

10 Avqust 2017 18:03

"Barselona"nın futbolçusu Denis Suaresi heyətinə qatmaq istəyən "Napoli"nin təklifi qəbul edilməyib. 23 yaşlı yarımmüdafiəçi İtaliyaya köçməyə razılaşmayıb.  Kataloniyalılar Suaresi 14 milyon avro qarşılığında satmağa hazır olduqlarını bildiriblər. Lakin Denis "Barsa"da qalmağı üstün tutub. O, yeni baş məşqçi Ernesto Valverdenin rəhbərliyi altında əsas heyətə düşmək uğrunda mübarizə aparacağını bildirib.

Güləş Federasiyasında problemlər həll olunub

10 Avqust 2017 15:46

“Artıq problemlər həll olunub. Güləşçilərin və milli komandalarda çalışan digər şəxslərin hamısının maaşları ödənilib”. Bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev deyib.

San-Marino yığmasının heyəti açıqlanıb

10 Avqust 2017 14:49

DÇ-2018-nin seçmə mərhələsində millimizlə eyni qrupda yer alan San-Marino yığmasının heyəti açıqlanıb. Sentyabrda Şimali İrlandiya və Azərbaycanla qarşılaşmalar üçün milliyə 21 futbolçu dəvət edilib.

"Yuventus" "Barselona"dan futbolçu alır

10 Avqust 2017 14:08

"Yuventus" "Barselona"nın futbolçusu Serxi Robertonu transfer etməyə hazırlaşır. Turin təmsilçisi bu yay yolları ayırdığı Dani Alveşin əvəzinə 25 yaşlı müdafiəçini almağı düşünür. "Yuventus"un bu transfer üçün S.Robertonun təzminat qiyməti olan 40 milyon avronu ödəməyə hazır olduğu iddia edilib.

Neymar həmyerlisinə Rusiyaya getməməyi məsləhət görüb

10 Avqust 2017 13:47

"Gremio"nun hücumçusu Luan Viera "Spartak"a gəlməyə bilər. Braziliyalı futbolçu həmyerlisi Neymar və agenti İsa Gabriel ilə məsləhətləşib. PSJ-nin yeni transferi ona Rusiyaya getməməyi və özünə daha ciddi klub seçməyi tövsiyə edib. Neymar ciddi klub deyərkən, "Mançester Siti"ni nəzərdə tutub.

"Fənərbağça" müdafiəsini gücləndirmək istəyir - Yeni namizədlər kimlərdir?

10 Avqust 2017 13:14

"Fənərbağça" sol cinah müdafiəçisi transferi üçün üzünü İngiltərəyə tutub. İstanbul klubu "Çelsi"nin başqa komandalara kirayəyə göndərdiyi iki oyunçuyla maraqlanır. Son olaraq Roberto Soldadonu rəsmiləşdirmək üçün İstanbula gətirən "Fənərbağça" bir transferə daha hazırlaşır. Fanatik-in xəbərinə görə, rəhbərlik iqtisadi şərtlər uyğun olarsa, müdafiəsini möhkəmlətmək istəyir.

"Qarabağ" "Palermo"nun futbolçusu ilə maraqlanır

10 Avqust 2017 12:47

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirə bilər.  Ağdam klubu İtaliyanın "Palermo" klubunda çıxış edən Karluş Embalu ilə maraqlanır. Bu barədə məlumatı "mediagol"a açıqlamasında futbolçunun agenti Cüzeppe Akkardi verib. Agentin sözlərinə görə, 22 yaşlı futbolçunun xidmətində "Peskara" və "Qarabağ" maraqlıdır: "Embalunun xidmətində bir neçə klub maraqlıdır. Eləcə də "Qarabağ"la "Luqano" da. Amma biz yekun qərarımızı açıqlamamışıq. Yəqin ki, məsələ yaxın günlərdə qapanacaq".

7 yığma oyunçusu rəsmən “Neftçi”də!

10 Avqust 2017 12:30

Kişi voleybolçulardan ibarət "Neftçi" klubu yeni mövsüm üçün heyətini gücləndirməyi davam etdirir.  Ziya Rəcəbovu baş məşqçi gətirən komanda rəhbərliyi bir neçə voleybolçu ilə də güclənib.  Belə ki, yeni mövsümdə çempionluğu hədəfləyən Bakı təmsilçisi yığma üzvləri Elmin Alışanov, Vadim Kutukov və Emil Abdullayevlə müqaviləni yeniləyib. Bu voleybolçular ən azı 2017/2018 mövsümünü "ağ-qaralar"ın heyətində keçirəcək.

"Liverpul" "Barsa"nın növbəti təklifini də rədd etdi

10 Avqust 2017 12:20

"Barselona" Neymarın boşluğunu doldurmaq üçün axtarışlarını davam etdirir. Kataloniya təmsilçisi "Liverpul"un braziliyalı futbolçusu Filipe Koutinyonun transferində israrlıdır. "Qırmızılar"ın isə ulduz futbolçunu əldən buraxmaq niyyətləri yoxdur.

Dibala yeni mövsümdən 10 nömrəli forma ilə oynayacaq

10 Avqust 2017 12:05

"Yuventus"da 10 nömrəli formanın yeni sahibi müəyyənləşib. Yeni mövsümdən 10 nömrəli forma ilə komandanın hücumçusu Paulo Dibala çıxış edəcək. O, ötən mövsüm 21 nömrəli forma geyinirdi.