İdman

Ronaldu Messinin jestini təkrarladı

14 Avqust 2017 11:44

"Real"ın futbolçusu Kriştianu Ronaldu "Barselona"nın qapısına qol vurduqdan sonra Lionel Messinin jestini təkrarlayıb. "Nou Kamp"da keçirilən İspaniya Superkubokunun ilk qarşılaşmasının 80-ci dəqiqəsində Ronaldu "Real"ın 2-ci qolunu vurub. O, qol vurduqdan sonra formasını çıxararaq, onu tribunalara nümayiş etdirib.

Kamran Ağayevin komandası heç-heçə edib

14 Avqust 2017 11:22

Millimizin futboçusu Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” Çexiya çempionatında növbəti oyununa çıxıb. Komanda üçüncü turda “Karvina”nın qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb. K.Ağayevin adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

Məsimovun komandası “Spartak”a uduzdu

14 Avqust 2017 11:19

Azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi "Fakel" klubu Rusiyanın I divizionunda növbəti oyunu keçirib. Voronej təmsilçisi VIII tur çərçivəsində öz meydanında "Spartak-2" ilə qarşılaşıb. Oyun ev sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə nəticələnib. Məsimovun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

20 iddiaçı, 10 vəsiqə

14 Avqust 2017 11:18

Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək. İki gün ərzində ilk oyunlar çərçivəsində 10 qarşılaşma baş tutacaq. Qrup mərhələsinə 10 vəsiqəyə iddia edən 20 komanda qitənin ən güclüləri sırasına düşmək üçün sonuncudan əvvəlki addımı atacaq. Oyunlara Bakıda start veriləcək. "Qarabağ" Danimarka çempionu "Kopenhagen"i sınağa çəkəcək.

“Fənərbaxça” Roberto Soldadonun transferini rəsmiləşdirib

11 Avqust 2017 18:40

“Fənərbaxça” “Vilyarreal”ın futbolçusu Roberto Soldadonun transferini rəsmiləşdirib. 32 yaşlı hücumçu ilə 2+1 illik müqavilə imzalanıb. “Fənərbaxça”nın ispaniyalı futbolçunun transferi üçün qarşı tərəfə 4.5 milyon avro ödədədiyi iddia edilir.

Rəcəb Tayyib Ərdoğan Ramil Quliyevə təbrik teleqramı göndərib

11 Avqust 2017 17:13

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanan Ramil Quliyevi təbrik edib. Bu haqda Türkiyə prezidentin rəsmi saytı məlumat yayıb. Bildirilir ki, R.T.Ərdoğan dünya çempionatında birinci yeri tutan Ramil Quliyevə teleqram göndərərək ona təbriklərini çatdırıb.

Bekhem "Real"a qayıtdı

11 Avqust 2017 16:41

Devid Bekhem sabiq klubu "Real"a qayıdıb. O, Madrid təmsilçisinin səfiri təyin edilib. Bu barədə "kral klubu"nun prezidenti Florentino Peres məlumat verib: "Dahi futbolçular 2000-ci ildən bizə "Real"ın daha müsbət obraz almasına kömək etdilər. Komandamızda Fiqo, Zidan, Ronaldo və Bekhem kimi futbolçular çıxış etdilər. Onlarla görüşəndə kluba qayıtmaqlarından məmnun olacağımı dedim. Zidan hazırda komandanın baş məşqçisidi. Digərləsi isə bizim nümayəndələrimiz sayılırlar. Bekhem bundan sonra "Real"ın səfiri kimi fəaliyyət göstərəcək".

Olimpiya və dünya çempionlarımız zirvədə!

11 Avqust 2017 15:48

Dünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.  Olimpiya çəkiləri üzrə açıqlanan "Top-10" Azərbaycan üçün uğurlu saymaq olar.

“Monako”nun futbolçusu PSJ-də

11 Avqust 2017 14:44

“Monako”nun futbolçusu Kilian Mbappe PSJ komandasına transfer olunub. Klublar 18 yaşlı futbolçunun transferi ilə bağlı məsələni həll ediblər. Yaxın vaxtlarda onunla rəsmi müqavilə imzalanacaq.

Avropa Klublar Assosiasiyasında rəhbər dəyişikliyi olacaq

11 Avqust 2017 14:43

Avropa Klublar Assosiasiyasının (ECA) rəhbərliyində dəyişiklik olacaq. Qurumun sədri Karl-Hayns Rummenige rəhbərlik müddəti bitəndən sonra postunu tərk edəcək.  Həm də Almaniyanın "Bavariya" klubunun İdarə Heyətinin sədri olan Rummenige növbəti seçkilərdə namizədliyini verməyəcəyini açıqlayıb. 2008-ci il yanvarın 21-də təsis olunan qurumun ilk sədir kimi tarixə düşən almaniyalı postunda yenilik olmasını istədiyini bildirib.

Karateçilərimiz İrana yollanırlar

11 Avqust 2017 14:19

Karate idman növünün (wkf) müxtəlif yaş qrupları üzrə milli komandamızın üzvləri İranının Urmiyə şəhərində kişilər arasında 13-cü beynəllxalq dostluq və həmrəylik turnirində iştirak edəcəklər.

İsrail klubu ilə oynadıqları üçün millidən kənarlaşdırıldılar

11 Avqust 2017 14:09

İran milli komandasının 2 futbolçusu yığmadan kənarlaşdırılıb. Ehsan Hacı Səfi və Məsu Şocaeinin millidən qovulmasına səbəb İsrail klubu ilə oyunda iştirak etmələri olub.Yunanıstanın "Panionios" klubunda çıxış edən futbolçular Avropa Liqasının təsnifat mərhələsi İsrailin "Maccabi" (Tel-Əviv) komandası ilə görüşündə iştirak ediblər.

Yığmamızın rəqibi qələbəni əldən verdi

11 Avqust 2017 14:08

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan San-Marino yığması yoxlama oyunu keçirib. Sentyabrın 1-də Şimali İrlandiya, 4 gün sonra Azərbaycanla keçiriləcək matçlara hazırlaşan cırtdan ölkə təmsilçisi  "Santarkancelo" klubu ilə görüşüb.

Arda Turan: "Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı"

11 Avqust 2017 13:03

"Barselona" klubunun ulduz futbolçusu Arda Turan azərbaycanlı idmançı Ramil Quliyevi Dünya Çempionu olması münasibətilə təbrik edib. Arda Turan sosial şəbəkə hesabında "Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı" yazıb". O, Ramil Quliyevin şəklini paylaşaraq idmançının rəsmi səhifəsini qeyd edib.