İdman

"Barselona" Neymarın yerini doldurdu: 120 milyon avro

15 Avqust 2017 12:34

Neymarı 222 milyon avroya PSJ-yə satan "Barselona" onun yerini doldurub. Kataloniya klubu bir müddətdi danışıqlar apardığı Paulinyonun transferini açılayıb.

Çempionlar Liqasında pley-off həyəcanı

15 Avqust 2017 11:47

Bu gün Çempionlar Liqasında pley-off  mərhələsinə ilk oyunları baş tutacaq.  ÇL-də təmsilçimiz "Qarabağ"ın matçıyla yanaşı daha 4 oyun baş tutacaq.

"Neftçi" "Səbail"lə oyuna hazırlaşır

15 Avqust 2017 11:46

"Neftçi"  Topaz Premyer Liqasının ikinci turunda "Səbail"ə qarşı keçirəcəyi oyununun hazırlığına başlayıb. Komanda İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında məşq edib. 

Almeyda: "Bizi asan olmayan oyun gözləyir"

15 Avqust 2017 11:30

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda Danimarka "Kopenhagen"ni qəbul edəcək. "Qarabağ"ın futbolçusu Riçard Almeyda qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "Bizi asan olmayan oyun gözləyir. Artıq rəqib barədə məlumatımız var. Onların 4-4-2 sistemi ilə oynadığını bilirik. Səbrli oynamalıyıq. Əvvəlki formamda olmadığımı qəbul edirəm. Həm fiziki, həm də texniki cəhətdən. Lakin bu, yaşla və ya çempionatın səviyyəsi ilə bağlı yox, qasıq nahiyəmdəki zədə ilə əlaqədardır. Artıq əvvəlki formamı bərpa etmək üzrəyəm".

"Qalatasaray" transferini açıqladı - 23,5 milyon avro

15 Avqust 2017 10:44

"Qalatasaray" yeni transferini rəsmən açıqlayıb. İstanbul klubu "Vest Hem"dən Sofiane Fequlini heyətinə qatıb. Əlcəzair yığmasının üzvü ilə 5 illik müqavilə imzalanıb. "Qalatasaray" bu transferə görə "Vest Hem"ə 4 milyon 250 min avro ödəyib.

Həvəskarların üzgüçülük yarışı keçiriləcək

14 Avqust 2017 19:00

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası, “Olimpiya dünyası” qəzeti və “Sportsman” jurnalının birgə təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin 25 illiyinə həsr olunacaq həvəskarların üzgüçülük yarışı keçiriləcək.

“Qarabağ”-“Kopenhagen” oyununa qalan min bilet sabah BU SAATDA SATIŞDA OLACAQ

14 Avqust 2017 18:52

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”-“Kopenhagen” oyunu üçün biletlərin əksəriyyəti satılıb. Bu haqda klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Bununla belə, klubun saytı elan edib ki, “Kopenhagen”lə matç üçün nəzərdə tutulmuş 1 manatlıq biletlər növbəli şəkildə satışa çıxarılır. Hazırda satışa çıxarılmayan 5 və 25-ci sektorların biletləri sabah oyunun başlamasına 3 saat qalmış - saat 17:00-dan etibarən satışa çıxarılacaq.

"Barselona" braziliyalı futbolçü üçün 40 milyon ödəyəcək

14 Avqust 2017 18:15

Braziliya milli komandasının və Çinin "Xuanqzou Everqrande" klubunun futbolçusu Paulinyokaryerasını İspaniya "Barselona"sında davam etdirəcək. 29 yaşlı yarımmüdafiəçi avqustun 17-də Kataloniya təmsilçisi ilə müqavilə bağlayacaq. Məlumatı Çin komandasının baş məşqçisi Luis Felipe Skolaridə təsdiqləyib. "Barcelona"nın Paulinyo üçün "Guangzhou Evergrande"a 40 milyon avro ödəyəcəyi bildirilir.

Messidən "El-klassiko" rekordu

14 Avqust 2017 17:33

İspaniya superkubokunda keçirilən "Barselona" - "Real" oyununda (1:3) Lionel Messi yeni rekord müəyyənləşdirib.  "Barselona"nın qolunu vuran Messi İspaniya futbolunun tarixində yeni rekorda imza atıb. Bu, argentinalının "Real"ın qapısına vurduğu 24-cü qol olub. Buna qədər rekord "Atletiko"nun əfsanəsi Telmo Sarriyə məxsus idi - 23 qol.

Ramil Quliyev Ərdoğanla görüşəcək -

14 Avqust 2017 14:09

Londonda keçirilən 16-cı Dünya Atletika Çempionatında Türkiyəni təmsil edən və dünya çempionu adına layiq görülən həmyerlimiz Ramil Quliyevin qələbəsi günlərdir mediada geniş müzakirələrə səbəb olub. Hər iki ölkənin dövlət başçısı qələbə münasibəti ilə Ramili təbrik edib.

Oyun vaxtı hakimlə zarafatlaşdı - VİDEO

14 Avqust 2017 13:17

Almaniya Kuboku çərçivəsində keçirilən "Xemnitzer" - "Bavariya" matçında maraqlı hadisə yaşanıb. Oyun vaxtı cərimə zərbəsini yerinə yetirməyə hazırlaşan fransız oyunçu Frank Riberi qadın hakimin ayaqqabı bağını açıb.

Zidan: "Məni narahat edən yeganə şey..."

14 Avqust 2017 12:54

İspaniya Super Kubokunun ilk matçında "Real" "Barselona"dan üstün olub 3-1.  "Real"ın baş məşqçisi Zinəddin Zidan qələbəni şərh edərkən Ronaldoya qırmızı vərəqə verilməsindən narazılığını ifadə edib: "Komandamız oyunu yüksək səviyyədə keçirdi. Asensionun, İskonun oyunu inanılmaz idi.

"Beşiktaş"dan qalibiyyət, "Fənərbağça"dan xal itkisi

14 Avqust 2017 12:53

Türkiyə çempionatında da yeni mövsümə start verilib.  İlk tur "Beşiktaş"ın qələbəsi, "Fənərbağça"nın isə xal itkisi ilə yadda qalıb. Belə ki, "Antalyaspor"u qəbul edən son çempion 2:0 hesabı ilə qalib gəlib. "Göztəpə"nin qonağı olan "Fənər" isə 2:2 hesablı heç-heçə edib.

Ronaldoya 12 oyun cəza

14 Avqust 2017 12:34

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo 12 oyunluq diskvalifikasiya oluna bilər. Buna səbəb onun İspaniya Super Kubokunun “Barselona” ilə oyununda baş hakim Rikardo de Burqos Benqoçeanı itələməsi olub. 80-cı dəqiqədə qol vuran və sarı vərəqə alan Ronaldo iki dəqiqə sonra yenidən sarı vərəqə görərək meydandan qovulub. Qırmızı vərəqəyə etiraz edən Ronaldo bu zaman hakimi itələyib. Bu barədə referi oyunun protokolunda qeyd edib.

Ramin Musayev: "Klublar borclarını verməsələr..."

14 Avqust 2017 12:17

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasında ilk turun "Sumqayıt" - "Kəpəz" matçını (2:1) canlı izləyib.