İdman
Hakim irad tutdu Qurban Qurbanov paltarı dəyişdi
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçvəsində keçirilən "Qarabağ" - "Kopenhagen" matçında maraqlı hadisə yaşanıb. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçın 4-cü hakimi Filippo Melinin göstərişindən sonra köynəyinin üstündən futbolçuların məşq zamanı istifadə etdiyi geyimi geyinib. Buna Qurbanovun köynəyinin üstündə hansısa reklam tərkibli yazının olmasının səbəb olduğu bildirilir.
Şaban Donat: "Hər çəkidə medal gözləyirik"
“Qarşıdan gələn dünya çempionatında uzun illərdir birlikdə çalışdığımız idmançılara güvənirik. Heyətdə dünya və Avropa çempionları yer alıb". Bunu jurnalistlərə açıqlamasında yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Şaban Donat deyib.
Dünya və 5 qat Azərbaycan çempionundan yeni müqavilə
Yeni yaradılan qadın voleybolçulardan ibarət "Abşeron" klubunun baş məşqçisinin adına aydınlıq gəlib. Super Liqada debüt edəcək komanda Eldar Yusubova həvalə edilib. Təcrübəli mütəxəssis "Abşeron"la 1 illik müqaviləyə imza atıb. Onunla növbəti mövsümlər üçün razılaşmanın müddətinin artırılacağı da istisna olunmur. "Rabitə" ilə 5 dəfə Azərbaycan çempionu olan Yusubovun qarşısına əsas məqsəd kimi gənc nəslin yetişdirilməsi vəzifəsi qoyulub. O, həmçinin komandasının uğurlu çıxışına cavabdehlik daşıyacaq.
"Mançester Siti"dən 60 milyonluq təklif
"Mançester Siti" yay "transfer pəncərəsi" bağlanana qədər heyətinə daha bir yeni futbolçu qatmaq niyyətindədi. "Şəhərlilər" hücum xəttini gücləndirməyi planlaşdırırlar. Baş məşqçi Xosep Qvardiola rəhbərliklə söhbətində "Arsenal"ın üzvü Aleksis Sançesi ixtiyarında görmək istədiyini bildirib. Qarşı tərəflə danışıqlara başlayan "Mançester Siti" bu keçidin baş tutması üçün 60 milyon funt-sterlinq xərcləməyə hazırdı. Transfer baş tutsa, 28 yaşlı hücumçu yeni komandasında həftəlik 400 min funt-sterlinq qazanacaq.
"Anji"də yeni baş məşqçi
Mahaçqala "Anji"sinin yeni baş məşqçisi müəyyənləşib. Erməni məşqçi Aleksandr Qriqoryanın istefa verməsindən sonra boş qalmış bu vəzifəyə Vadim Skripçenko təyin edilib.
Premyer Liqa tarixində ikinci dəfə
Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün ilk turu nadir hadisə ilə əlamətdar olub. Çempionatda iştirak edən bütün komandalar startda qol sevinci yaşayıb. "Neftçi" - "Qarabağ" oyununda (1:3) dörd, "İnter" - "Qəbələ" (1:2), "Zirə" - "Səbail" (2:1) və "Sumqayıt" - "Kəpəz" (2:1) görüşlərində üç qol qeydə alınıb. 13 qolun vurulduğu 4 oyunda orta məhsuldarlıq 3,25-ə bərabər olub. Uduzan bütün komandaların 1 qol vurduğu turda 8 iştirakçının hər biri rəqib qapısına yol tapıb.
Zidan: "Ronaldoya verilən cəza çox ağırdır"
"Real"ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Kriştianu Ronaldunun 5 oyunluq cəzalandırılmasına münasibət bildirib. O, bu cəzanın yanlış olduğunu deyib: "Çox məyusam. Hakimlik haqda danışmaq istəmirəm. Epizoda baxıram və düşünürəm ki, necə ola bilər ki , buna görə 5 oyunluq cəzalandırılmaq olar? Bu, çox ağır cəzadır. Ronaldu oynamaq istəyir. O, meydanda çıxmamaqdan məmnun deyi. Ümid edirəm ki, komitə vəziyyətə baxacaq".
"Qəbələ" akademiyasının komandaları yeni mövsümə hazırlaşır
"Qəbələ" futbol akademiyasının komandaları yeni mövsümün hazırlıqlarını davam etdirir. Akademiya 2017/18 mövsümündə U-19, U-17, U-16, U-15 və U-14 liqalarında bir, U-13, U-12, U-11, U-10 liqalarında iki komanda ilə təmsil olunacaq. Həmçinin U-9 və U-7 komandaları da yay fasiləsinə son verib. Onlar məşqlərə avqustun 2-də start veriblər.
AFFA "Sumqayıt"ı cərimələdi
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. İclasda avqustun 14-də Premyer Liqanın I turunun “Sumqayıt” – “Kəpəz” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubun 800 manat cərimə olunması barədə qərar qəbul edilib.
Qara Qarayev 250-ni derbidə fəth etdi
Topaz Premyer Liqasının I turunun "Neftçi" ilə oyunu "Qarabağ"ın futbolçusu Qara Qarayev üçün əlamətdar olub. Meydana kapitan kimi çıxan yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 250-ci matçını keçirib. Komandasının 3:1 hesablı qələbə qazandığı görüşə qədər Qara 249 matçda 2 qol vurmuşdu. "Qarabağ"da 250-ci oyunu Azərbaycan derbisinə təsadüf edən Qarayev UEFA Çempionlar Liqasında 16, UEFA Avropa Liqasında 37 matça çıxıb. Daxili yarışlarda da komandasının aparıcı üzvlərindən olan yarımmüdafiəçi Premyer Liqada 172, Azərbaycan kubokunda 25 matç keçirib. O, hər iki qolunu çempionatda vurub.
Firdovsi Umudov: “Hədəfimiz bayrağımızı qaldırıb, himnimizi səsləndirməkdir”
Avqustun 21-dən 26-dək Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. Yığma komandaların Olimpiya Güləş Mərkəzində baş tutan mətbuat üçün açıq məşqində Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov və Namiq Abdullayevin iştirakı ilə dünya çempionatına yollanacaq komandaların heyəti açıqlanıb. Daha sonra mətbuat nümayəndələri üçün brifinq keçirilib.
Rikardinyo: "Azərbaycanda bu cür dəstəyə həsrət idik"
Ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan Rikardinyonun İngiltərə 1-ci liqa təmsilçisi (səviyyəcə 3-cü liqa) "Oskford Yunayted"lə anlaşması barədə məlumat vermişdik.
Mövsümün bədii gimnastika üzrə son Dünya Kuboku yarışı yekunlaşdı
11-13 avqust tarixlərində Rusiyanın Kazan şəhəri bədii gimnastika üzrə bu ilin sonuncu Dünya Kuboku mərhələsinə ev sahibliyi edib. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Azərbaycan gimnastlarının da yer aldığı turnirdə ümumilikdə 33 ölkədən nümayəndələr iştirak edib.
Dünya çempionatında iştirak edəcək heyət açıqlandı
Avqustun 21-dən 26-dək Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. “OLAYLAR”-ın AGF-yə istinadən verdiyi xəbərə görə, artıq mundialda çıxış edəcək sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarımızın heyətləri məlumdur. Yığma komandaların Olimpiya Güləş Mərkəzində baş tutan mətbuat üçün açıq məşqində Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov və Namiq Abdullayevin iştirakı ilə dünya çempionatına yollanacaq komandaların heyəti açıqlanıb.
Idmançılarımız ayrı-ayrı idman növləri üzrə 18 medal qazanıb
Rusiyanın Ulyanovsk vilayətində MDB ölkələrinin milli idman növlərinin və oyunlarının birinci festivalı keçirilir. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, festivalda iştirak edən idmançılarımız ayrı-ayrı idman növləri üzrə 18 medal qazanıblar. Yarışlar davam edir.














