İdman
Məşhur rejissor Roman Polanski haqqında zorlama ittihamı
83 yaşlı məşhur kino rejissor Roman Polanski haqqında yeni ittiham səsləndirilib. Artıq üçüncü qadın rejissor tərəfindən zorlandığını bildirib. Robin M. adlı qadın bir mətbuat konfransı keçirərək 1973-cü ildə 16 yaşı olanda rejissor tərəfindən zorlandığını bildirib. Fransada yaşayan rejissor 1977-ci ildə 15 yaşlı bir uşaqla cinsi əlaqəyə girdiyini etiraf etmişdi və haqqında istintaq başlamışdı. Aradan 38 il keçdiyi üçün Polanski haqqında ittihamların ləğv edilməsi üçün Samanta Qeymer məhkəməyə müraciət etmiş, Polanskini bağışladığını bildirmişdi.
"Kəpəz"in zədəlisinin durumuna aydınlıq gəldi
Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində "Sumqayıt"la görüşdə xəsarət alan "Kəpəz"in üzvü Novruz Məmmədovun vəziyyətinə aydınlıq gəlib. Rəqib futbolçu ilə mübarizədə zədələnən və oyunu sona kimi davam etdirə bilməyərək, 74-cü dəqiqədə əvəzlənən müdafiəçi indi özünü yaxşı hiss edir. Məmmədovun qabırğaüstü əzələsi əzilib. Klubun tibbi personalından verilən məlumata görə, bu zədə tez bərpa olunandı. Novruz əvvəlcə fərdi məşqlərlə başlayıb, sonradan kollektiv hazırlığa qoşula biləcək.
Dibala: "O istəsə, həmişəlik "Yuventus"da qalaram"
"Yuventus"un hücumçusu Paulo Dibala gələcək karyerası haqda danışıb. Argentinalı forvard karyerasını Turin klubunda bitirməyə hazır olduğunu bəyan edib: ""Yuventus"da xoşbəxtəm. 3 ay əvvəl klubla müqaviləmi yenilədim. Mənə 10 nömrəli formanı təklif etdilər. Bu haqda 2 gün düşündüm və yekunda dedim ki, niyə də yox?! Burada daha da inkişaf etmək istəyirəm. Klub prezidenti istəsə, həmişəlik "Yuventus"da qalaram".
Ruslan irəlilədi
Beynəlxalq İdman Atıcılıq Federasiyası reytinq cədvəlini açıqlayıb. Siyahıda Azərbaycan snayperləri də yer alıblar. Güllə atıcılığı üzrə millimizin lideri Ruslan Lunyov ötən ayla müqayisədə mövqeyini yaxşılaşdırıb.
"Qarabağ"ın oyununda yegənə qolun müəllifi Mahir Mədətov bu məşhurun oğlu imiş
“Qarabağ” – “Kopenhagen” oyununda yegənə qolun müəllifi olan Mahir Mədətov tanınmış prodüserin övladıdır. Mahir Mədətov tanınmış prodüser Anar Mədətovun oğludur.
"Barsa"ya transfer oldu - Sürücüsünə "Mercedes Benz" bağışladı
"Barselona"ya transfer olunan Poulino Çində xeyirxah əməlləri ilə gündəmə gəlib. Çində "Quançjou Evenqrand" klubunun şərəfəni qoruyan braziliyalı futbolçu sürücüsünə "Mercedes-Benz" bağışlayıb. O, bu ölkədə çıxış edərkən xeyriyyə işlərinə də vəsait ayırıb. Bu barədə məlumatı Çin klubunun rəsmilərindən biri verib: "Poulino həmişə xoş niyyətli olub və hər şeyə görə "çox sağ ol" deyib. O, pula çox sakit yanaşır və onu bölüşməyi də sevir. Məsələn, öz sürücüsünə "Mercedes-Benz" bağışlayıb.
Türkiyəli şərhçi "Qarabağ"ı "Qalatasaray"a bənzətdi - VİDEO
ÇL-ın pley-off mərhələsində ilk matçda "Kopenhagen"i 1:0 məğlub etdikdən sonra Avropanın diqqəti "Qarabağ"a yönəlib. Bu oyun dünən axşam türkiyəli idman şərhçilərinin də müzakirə etdiyi matçlardan idi.
Arda Turan haqqında şok açıqlama — Baş məşqçidən gözlənilməz addım
"Barcelona" futbol klubunun baş məşqçisi Ernesto Valverde yeni açıqlama verib. Valverde Arda Turanı heyət üçün düşünmədiyini bildirib. "Barcelona" klubunda gözdən düşən və gələcəyi müzakirə mövzusu olan Arda Turan haqqında klubun baş məşqçisi Ernesto Valverde açıqlama verib. Təşkil edilən mətbuat konfransında vacib açıqlamalar verən ispan məşqçi Arda Turan haqqında sualları cavablayıb və şok açıqlamalar verib.
"İnter" Rauf Əliyevlə bağlı bəyanat yaydı
Bakının "İnter" klubu qalmaqallı şəkildə Albaniyanın "Kukesi" klubuna keçən hücumçusu Rauf Əliyevlə bağlı bəyanat yayıb.
"Real" - "Barselona" oyununu yayımlayacaq kanallar
Bu gün Çempionlar liqası, Avropa liqası və İspaniya superkubokunda oyunlar keçiriləcək.
""Qarabağ"la cavab oyununda daha güclü olacağıq"
"Qarabağ", demək olar ki, gözlədiyimiz kimi oynadı. Görüşün birinci hissəsində çox az sayda qol imkanı yaratdılar. Bunlar da əsasən, əks-hücumlar idi. Bu sözləri "Kopenhagen"inin futbolçusu Uroş MatiçÇempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra Danimarka mətbuatına deyib.
Dünya çempionatında 7 qadın güləşçimiz yarışacaq HEYƏT
Avqustun 21-dən 26-dək Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. Mundialda iştirak edəcək sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaların heyəti ötən gün açıqlanıb.
"Qalatasaray"ın oyunçusu "Fənərbağça" haqqında danışdı
"Qalatasaray" yeni transferləri Maycon, Fequli, Ndiaye və Fernando üçün imza mərasimi təşkil edib. İmza mərasimində ilk olaraq Fequli 89 nömrəli forması ilə poza verdikdən sonra "Zədəm sağalmaq üzrədir. 2 həftə içində meydana qayıdacağımı ümid edirəm, amma qərar, təbii ki, baş məşqçinindir. Transferin reallaşmasını bir müddət gözlədik çünki çox detal var idi. Mənimlə bağlı heç bir problem yox idi" dedi.
“Futbolçularımız “böyüyüblər” - Qurban Qurbanov
"Həm futbolçularımız, həm də azarkeşlərimiz bu gün alqışa layiq idilər. Hər şey möhtəşəm idi". Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Kopenhagen"i qəbul edən Ağdam klubu 1:0 hesablı qələbə qazanıb.














