İdman

Rostislav Pevtsov ilk pillədə

17 Avqust 2017 18:37

Beynəlxalq Triatlon Federasiyası  yeni reytinq cədvəlini açıqlayıb. Avropa üzrə yayımlanan reytinq cədvəlində kişilərin siyahısında (elite men list) Azərbaycanı təmsil edən idmançı Rostislav Pevtsov 2049.14 xalla 1-ci yerdədir. Reytinq cədvəlində ilk 3-lüyü İspaniya və Portuqaliya idmançıları tamamlayır.

Simeonenin oğlu "Fiorentina"da

17 Avqust 2017 18:18

"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğlu Covanni komandasını dəyişib. 22 yaşlı hücumçu "Cenoa"dan ayrılıb. O, karyerasını "Fiorentina"da davam etdirəcək. Bu keçid Florensiya klubuna 15 milyon avroya başa gəlib. Tərəflər arasında 2022-ci ilə qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

UEFA-dan Maksim Medvedevlə bağlı QƏRAR

17 Avqust 2017 18:17

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Kopenhagen"in UEFA-ya şikayət məktubu ünvanladığını xəbər vermişdik. Danimarkalıların şikayəti ağdamlıların müdafiəçisi Maksim Medvedevlə bağlıdır. Belə ki, klubun iddiasına görə, təmsilçimizin 1:0 hesabı ilə qalib gəldiyi oyunun 20-ci dəqiqəsində Medvedev, rəqibin futbolçusu Pyer Benqtssonu top uğrunda mübarizə zamanı bilərəkdən vurub. "Kopenhagen" də bu iddia ilə UEFA-ya şikayət edib, Maksimin cəzalandırılmasını istəyib.

Nazim İbrahimov yenidən federasiya prezidenti seçilib

17 Avqust 2017 17:49

Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib. Hesabat-seçki konfransında federasiya rəhbərliyinin hesabatı dinlənilib, ötən dövr ərzində görülən işlər, federasiyada baş vermiş idman və ictimai xarakterli hadisələr geniş müzakirə olunub.

Skandinaviyalıların qənimi - Qurban Qurbanov

17 Avqust 2017 16:42

"Qarabağ" bu həftə Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın "Kopenhagen" komandasına 1:0 hesabı ilə qalib gəldi və bu mötəbər yarışın qrupuna düşmək üçün yaxşı şans əldə etdi.

Behrami İtaliyaya qayıtdı

17 Avqust 2017 16:40

İsveçrə yığmasının futbolçusu Valon Behraminin yeni komandası müəyyənləşib. Təcrübəli oyunçu İtaliyaya qayıdıb. Belə ki, Behrami İngiltərənin "Uotford" klubunu "Udineze"yə dəyişib. Məlumatı udinelilərin rəsmi saytı yayıb. Tərəflər arasında 2+1 illik sözləşmə imzalanıb.  Bu keçidin qarşılığında italiyalılar "Uotford"a 2,5 milyon avro veriblər.

Mahir Mədətov cazibədar teleaparıcıya gül göndərdi

17 Avqust 2017 15:04

"Qarabağ" futbol klubunun və futbol üzrə milli komandamızın gənc futbolçusu Mahir Mədətov "CBC Sport" telekanalının aparıcısı Nərmin Cana gül buketi göndərib. Ulduzu parlayan futbolçumuz cazibədar aparıcıya jest edərək telekanala Nərmin Cana çatdırılması üçün gül buketi göndərib. Nərmin Can isə, öz növbəsində, gül buketini qəbul edib.

Pike: "9 ildən sonra ilk dəfə etiraf edirəm ki..."

17 Avqust 2017 14:43

"Barselona" İspaniya Super kubokunun cavab matçında "Real"a 0-2 (ilk oyun 1-3) hesabı ilə məğlub olub. "Katalonlar"ın müdafiəçisi Jerar Pike məğlubiyyəti belə şərh edib:  "Hələ hər şey qarşıdadır, bizi uzun mövsüm gözləyir. 9 ildə ilk dəfə "Real"dan zəif olduğumuzu etiraf edirəm. Onlar son mövsümdə Çempionlar Liqasının qalibi olublar.

"Qarabağ"ın futbolçusu cəzalandırılmalıdır" - "Kopenhagen" rəsmisi

17 Avqust 2017 13:59

Epizodun təkrarına baxdıqdan sonra tam əmin olduq ki, hakim "Qarabağ"ın futbolçusuna qırmızı vərəqə göstərməli idi. Bu baş versəydi, matçın nəticəsi başqa cür olardı. Bu sözləri "Kopenhagen"in katibi Daniel Rommedal klubun rəsmi saytına açıqlamasında deyib. Danimarka klubu Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"a uduzuduqları oyunda Ağdam klubunun kapitanı Maksim Medvedyevin 20-ci dəqiqədə top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurduğunu iddia edir. Bununla bağlı UEFA-ya şikayət məktubu göndərən "Kopenhagen" Maksimin həmin epizodda qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu iddia edir.

Güləş Federasiyası yığma komandanın baş məşqiçisi ilə müqaviləni ləğv etdi

17 Avqust 2017 12:27

Azərbaycan Güləş Federasiyası müqavilə müddəti başa çatdığından qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Semyon Çterevlə əməkdaşlığı bitirib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı AGF-nin mətbuat xidməti yayıb. Bildirilib ki, bu səbəbdən, qadın güləşi üzrə yığmamız Parisdə keçiriləcək Dünya çempionatında böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çıxış edəcək. 

"Qəbələ" və "Qalatasaray" arasında yoxlama oyunu keçirilə bilər

17 Avqust 2017 11:27

"Qəbələ" və "Qalatasaray" arasında yoxlama oyunu keçirilə bilər. Bu haqda Türkiyə mətbuatında məlumat dərc olunub. Məlumatda bildirilir ki, matçla bağlı tərəflər arasında danışıqlara başlanılıb. Qarşılaşmanın sentyabrın 2-i və ya 3-ü keçirilməsi planlaşdırılır.

“Qalatasaray”ın hədəfindəki futboçunu “İnter” transfer edir?

17 Avqust 2017 10:58

“Qalatasaray”ın transfer hədəfində olan belçikalı müdafiəçi Cason Denayer “İnter”in də maraq dairəsinə düşüb. Artıq “İnter” rəhbərliyi İngiltərə klubu “Mençester Siti” ilə danışıqlar masasına oturub. Hələ ki, 22 yaşlı futbolçunun transferi haqda danışıqlar davam edir.

“Mançester Siti”nin futbolçusu 8 aydan sonra döndü

16 Avqust 2017 19:27

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan uzun fasilədən sonra yaşıl meydanlara dönüb. Uzun müddətdi zədədən əziyyət çəkən Almaniya millisinin oyunçusu komandasının yoxlama matçında forma geyinib. "Şəhərlilər"in İspaniya "Jirona"sını 1:0 hesabı ilə üstələdiyi görüşdə o, meydana çıxaraq 8 aylıq həsrətinə son qoyub. Gündoğan qarşılaşmanın 71-ci dəqiqəsində meydana daxil olub.

Yığmamız dünya çempionatı üçün heyətini açıqladı

16 Avqust 2017 18:53

Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Yığmamız avqustun 28-dən sentyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına 17 idmançı ilə yollanacaq.

"Qarabağ" milyonlar qazana bilər - UEFA açıqladı

16 Avqust 2017 18:21

Çempionlar Liqasının (ÇL) 2017/2018 mövsümündə çıxış edən klubların qazancı açıqlanıb. Bu mövsüm ÇL-də mübarizə aparan komandaların hesabına ümumilikdə 1,3 milyard avro köçürüləcək. Turnirin qrup mərhələsində iştirak edəcək hər klub 12,7 milyon avro gəlir götürəcək.  Bundan əlavə, qrupda hər qələbəyə görə əlavə 1,5 milyon, heç-heçəyə görə isə 500 min avro veriləcək.