İdman

"Çelsi" Kostanı cəzalandırır

18 Avqust 2017 18:55

"Çelsi" hücumçusu Dieqo Kostanı cəzalandırmağa hazırlaşır. İspan hücumçu komandanın bazasına qayıtmaq istəmədiyi üçün klub rəhbərliyi bu qərarı verib. Əgər Kosta qərarını dəyişməsə, London təmsilçisi onu 3.2 milyon avro məbləğində cərimələyəcək.

"River Pleyt"dən Super Liqa klubuna

18 Avqust 2017 18:45

Türkiyənin "Yeni Malatyaspor" klubu daha bir transfer həyata keçirib. Super Liqa təmsilçisi ekvadorlu müdafiəçi Arturo Mina ilə güclənib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı stopper yeni klubu ilə 3+1 illik müqaviləyə imza atıb.

Azərbaycan - San Marino oyununun stadionu dəyişdirildi

18 Avqust 2017 18:35

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Bakıda keçiriləcək Azərbaycan - San Marino oyununun stadionu dəyişdirilib.

“Beşiktaş”da ciddi itki

18 Avqust 2017 15:23

"Beşiktaş" Türkiyə Superliqasının 2-ci turunda bu gün "Kasımpaşa" ilə oyuna ciddi itki ilə çıxacaq. Komandanın aparıcı futbolçusu Atiba Hatçinson zədə səbəbindən bu görüşü buraxacaq. Kanadalı yarımmüdafiəçinin məşq zamanı əzələsi dartılıb.

"Qalatasaray" Boltu da transfer etmək istəyir

18 Avqust 2017 13:56

Yay transfer pəncərəsində aktivlik göstərən "Qalatasaray"ın növbəti hədəfi maraqla qarşılanıb.  "Cim bom" rəhbərliyi yüngül atletikada karyerasını başa vuran və karyerasını futbolda davam etdirmək istəyən Useyn Boltu transfer etmək istəyir. 

İlin ən yaxşı futbolçusu adına son 24 namizəd

18 Avqust 2017 13:40

FİFA 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb. Baş məşqçilər, kapitanlar, jurnalistlər və azarkeşlər arasında sorğu ilə ilin ən yaxşısını müəyyənləşdirəcək qurum 24 iddiaçını müəyyənləşdirib.

"Qarabağ"ın sabiq hücumçusu Kipr klubunda

18 Avqust 2017 13:33

"Qarabağ"ın sabiq futbolçusu İnnosent Emeqara yeni komanda tapıb.  isveçrəli futbolçu bu dəfə fərqli ölkəyə üz tutub. Son olaraq ABŞ-ın "San Jose" klubunda oynayan forvard karyerasını Kiprdə davam etdirəcək.

"Kəpəz" Yevlaxdakı oyuna Bakıda hazırlaşır

18 Avqust 2017 13:32

Azərbaycan Premyer Liqasının 2-ci turunda "Zirə"ylə qarşılaşacaq "Kəpəz" dünəndən qarşıdakı matçın hazırlıqlarına start verib. Bakı komandasını Yevlaxda qəbul edəcək "sarı-göylər" məşqlərə paytaxtda başlayıb. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq keçir.

Yığmamız bu dəfə məğlub oldu

18 Avqust 2017 11:36

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Avro-2017-yə hazırlaşan Faiq Qareyevin yetirmələri yenə ev sahiblərinin yığması ilə üz-üzə gəliblər.  İlk 2 görüşdə bir dəfə qalib gəlib (3:1), digərində heç-heçə edən (2:2) voleybolçularımız sloveniyalılarla üçüncü qarşılaşmasında məğlubiyyətə üzülüblər. Rəqib bu dəfə asan qələbə qazanıb - 3:0.

"Kopenhagen"in futbolçusu: "Son oyunlar göstərir ki..."

18 Avqust 2017 11:30

Sirr deyil ki, hələ istədiyimiz səviyyəyə çatmamışıq. Amma üzərimizdə çox çalışırıq. Bu sözləri "Kopenhagen"in futbolçusu Peter Ankersen deyib.  Klubun saytına açıqlama verən danimarkalı müdafiəçi komandasının hazırkı vəziyyətini dəyərləndirib. O, Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Kopenhagen"in ideal formasından uzaq olduğunu qeyd edib.

"Beşiktaş"ın rəqibi azarkeşsiz oynayacaq

17 Avqust 2017 19:02

Türkiyənin "Bursaspor" klubu Super Liqanın 3-cü turu çərçivəsində qarşılaşacağı "Beşiktaş"la səfər oyununda azarkeşlərinin dəstəyindən məhrum olacaq.

Koşta İspaniyaya qayıtmaq istəyir

17 Avqust 2017 18:55

"Çelsi"nın forvardı Dieqo Koşta "Atletiko"ya keçmək arzusunu dilə gətirib. İspan futbolçu açıqlamasında İspaniyaya qayıtmaq istədiyini də bildirib: "Atletiko"da oynamaq mənim taleyimdir. Bir problem var ki, "Çelsi" məni buraxmaq istəmir. İndi də bu məsələnin həll olunacağına inanıram. Karyeramı "Atletiko"da davam etdirməliyəm". 

Yığmamız Sloveniya ilə oynayacaq

17 Avqust 2017 18:47

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirəcək.  Avro-2017-yə hazırlaşan Faiq Qareyevin yetirmələri yenə ev sahiblərinin yığması ilə üz-üzə gələcək.  İlk 2 görüşdə bir dəfə qalib gəlib (3:1), digərində heç-heçə edən (2:2) voleybolçularımız sloveniyalılarla üçüncü qarşılaşmasına bu gün çıxacaq.

"Everton" transfer rekordunu təzələdi

17 Avqust 2017 18:44

"Everton" heyətini gücləndirib. Goal.az xəbər verir ki, liverpullular islandiyalı Qulfi Siqurdssonu transfer edib. Klubun rəsmi saytından verilən açıqlamaya görə "Swansea City"dən transfer edilən 27 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlanılıb. İngiltərə mətbuatının yazdığına görə bu transfer "Everton"a 45 milyon funt sterlinqə başa gəlib. Bununla da "göylər" ən bahalı keçidini reallaşdırmış oldu. O, yeni klubunda 18 nömrəli forma ilə çıxış edəcək.

Avro-2017: 20 aylıq fasilədən sonra yenidə millidə

17 Avqust 2017 18:39

Qadın voleybolçulardan ibarət İtaliya milli komandasının ilkin heyəti açıqlanıb. Davide Madzanti Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatına hazırlıq üçün düşərgəyə 17 voleybolçu çağrılıb.