İdman

Yığmamız bu dəfə məğlub oldu

18 Avqust 2017 11:36

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Avro-2017-yə hazırlaşan Faiq Qareyevin yetirmələri yenə ev sahiblərinin yığması ilə üz-üzə gəliblər.  İlk 2 görüşdə bir dəfə qalib gəlib (3:1), digərində heç-heçə edən (2:2) voleybolçularımız sloveniyalılarla üçüncü qarşılaşmasında məğlubiyyətə üzülüblər. Rəqib bu dəfə asan qələbə qazanıb - 3:0.

"Kopenhagen"in futbolçusu: "Son oyunlar göstərir ki..."

18 Avqust 2017 11:30

Sirr deyil ki, hələ istədiyimiz səviyyəyə çatmamışıq. Amma üzərimizdə çox çalışırıq. Bu sözləri "Kopenhagen"in futbolçusu Peter Ankersen deyib.  Klubun saytına açıqlama verən danimarkalı müdafiəçi komandasının hazırkı vəziyyətini dəyərləndirib. O, Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Kopenhagen"in ideal formasından uzaq olduğunu qeyd edib.

"Beşiktaş"ın rəqibi azarkeşsiz oynayacaq

17 Avqust 2017 19:02

Türkiyənin "Bursaspor" klubu Super Liqanın 3-cü turu çərçivəsində qarşılaşacağı "Beşiktaş"la səfər oyununda azarkeşlərinin dəstəyindən məhrum olacaq.

Koşta İspaniyaya qayıtmaq istəyir

17 Avqust 2017 18:55

"Çelsi"nın forvardı Dieqo Koşta "Atletiko"ya keçmək arzusunu dilə gətirib. İspan futbolçu açıqlamasında İspaniyaya qayıtmaq istədiyini də bildirib: "Atletiko"da oynamaq mənim taleyimdir. Bir problem var ki, "Çelsi" məni buraxmaq istəmir. İndi də bu məsələnin həll olunacağına inanıram. Karyeramı "Atletiko"da davam etdirməliyəm". 

Yığmamız Sloveniya ilə oynayacaq

17 Avqust 2017 18:47

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirəcək.  Avro-2017-yə hazırlaşan Faiq Qareyevin yetirmələri yenə ev sahiblərinin yığması ilə üz-üzə gələcək.  İlk 2 görüşdə bir dəfə qalib gəlib (3:1), digərində heç-heçə edən (2:2) voleybolçularımız sloveniyalılarla üçüncü qarşılaşmasına bu gün çıxacaq.

"Everton" transfer rekordunu təzələdi

17 Avqust 2017 18:44

"Everton" heyətini gücləndirib. Goal.az xəbər verir ki, liverpullular islandiyalı Qulfi Siqurdssonu transfer edib. Klubun rəsmi saytından verilən açıqlamaya görə "Swansea City"dən transfer edilən 27 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlanılıb. İngiltərə mətbuatının yazdığına görə bu transfer "Everton"a 45 milyon funt sterlinqə başa gəlib. Bununla da "göylər" ən bahalı keçidini reallaşdırmış oldu. O, yeni klubunda 18 nömrəli forma ilə çıxış edəcək.

Avro-2017: 20 aylıq fasilədən sonra yenidə millidə

17 Avqust 2017 18:39

Qadın voleybolçulardan ibarət İtaliya milli komandasının ilkin heyəti açıqlanıb. Davide Madzanti Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatına hazırlıq üçün düşərgəyə 17 voleybolçu çağrılıb.

Rostislav Pevtsov ilk pillədə

17 Avqust 2017 18:37

Beynəlxalq Triatlon Federasiyası  yeni reytinq cədvəlini açıqlayıb. Avropa üzrə yayımlanan reytinq cədvəlində kişilərin siyahısında (elite men list) Azərbaycanı təmsil edən idmançı Rostislav Pevtsov 2049.14 xalla 1-ci yerdədir. Reytinq cədvəlində ilk 3-lüyü İspaniya və Portuqaliya idmançıları tamamlayır.

Simeonenin oğlu "Fiorentina"da

17 Avqust 2017 18:18

"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğlu Covanni komandasını dəyişib. 22 yaşlı hücumçu "Cenoa"dan ayrılıb. O, karyerasını "Fiorentina"da davam etdirəcək. Bu keçid Florensiya klubuna 15 milyon avroya başa gəlib. Tərəflər arasında 2022-ci ilə qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

UEFA-dan Maksim Medvedevlə bağlı QƏRAR

17 Avqust 2017 18:17

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Kopenhagen"in UEFA-ya şikayət məktubu ünvanladığını xəbər vermişdik. Danimarkalıların şikayəti ağdamlıların müdafiəçisi Maksim Medvedevlə bağlıdır. Belə ki, klubun iddiasına görə, təmsilçimizin 1:0 hesabı ilə qalib gəldiyi oyunun 20-ci dəqiqəsində Medvedev, rəqibin futbolçusu Pyer Benqtssonu top uğrunda mübarizə zamanı bilərəkdən vurub. "Kopenhagen" də bu iddia ilə UEFA-ya şikayət edib, Maksimin cəzalandırılmasını istəyib.

Nazim İbrahimov yenidən federasiya prezidenti seçilib

17 Avqust 2017 17:49

Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib. Hesabat-seçki konfransında federasiya rəhbərliyinin hesabatı dinlənilib, ötən dövr ərzində görülən işlər, federasiyada baş vermiş idman və ictimai xarakterli hadisələr geniş müzakirə olunub.

Skandinaviyalıların qənimi - Qurban Qurbanov

17 Avqust 2017 16:42

"Qarabağ" bu həftə Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın "Kopenhagen" komandasına 1:0 hesabı ilə qalib gəldi və bu mötəbər yarışın qrupuna düşmək üçün yaxşı şans əldə etdi.

Behrami İtaliyaya qayıtdı

17 Avqust 2017 16:40

İsveçrə yığmasının futbolçusu Valon Behraminin yeni komandası müəyyənləşib. Təcrübəli oyunçu İtaliyaya qayıdıb. Belə ki, Behrami İngiltərənin "Uotford" klubunu "Udineze"yə dəyişib. Məlumatı udinelilərin rəsmi saytı yayıb. Tərəflər arasında 2+1 illik sözləşmə imzalanıb.  Bu keçidin qarşılığında italiyalılar "Uotford"a 2,5 milyon avro veriblər.

Mahir Mədətov cazibədar teleaparıcıya gül göndərdi

17 Avqust 2017 15:04

"Qarabağ" futbol klubunun və futbol üzrə milli komandamızın gənc futbolçusu Mahir Mədətov "CBC Sport" telekanalının aparıcısı Nərmin Cana gül buketi göndərib. Ulduzu parlayan futbolçumuz cazibədar aparıcıya jest edərək telekanala Nərmin Cana çatdırılması üçün gül buketi göndərib. Nərmin Can isə, öz növbəsində, gül buketini qəbul edib.

Pike: "9 ildən sonra ilk dəfə etiraf edirəm ki..."

17 Avqust 2017 14:43

"Barselona" İspaniya Super kubokunun cavab matçında "Real"a 0-2 (ilk oyun 1-3) hesabı ilə məğlub olub. "Katalonlar"ın müdafiəçisi Jerar Pike məğlubiyyəti belə şərh edib:  "Hələ hər şey qarşıdadır, bizi uzun mövsüm gözləyir. 9 ildə ilk dəfə "Real"dan zəif olduğumuzu etiraf edirəm. Onlar son mövsümdə Çempionlar Liqasının qalibi olublar.