İdman

"Qəbələ"də ciddi itkilər

23 Avqust 2017 19:00

"Qəbələ" Topaz Premyer Liqasının III turunun mərkəzi oyunu olan "Qarabağ"la səfər matçına ciddi itkilərlə çıxacaq. Həkimi Roman Jolobaylyukun verdiyi məlumata görə, heyətdə zədəylə bağlı itkilər təkcə barmağı qırılıan müdafiəçi İlqar Qurbanovla bağlı deyil. Yarımmüdafiəçi Cavid Hüseynovla Elvin Məmmədov və qanalı hücumçu Famusa Kone hələ də müalicə olunurlar: "Bildiyiniz kimi, Cavidin angina problemi var. Ona əsasən antibiotiklər verməklə aktiv müalicəsini davam etdiririk. İrəliləyiş var, ancaq angina ciddi şeydir. Buna görə də tam sağalmasını gözləməliyik. Cavid hələ ki məşq etmir. Növbəti turdakı oyunumuza isə az vaxt qalıb. Fikrimcə, kapitanımız ötən turda "Sumqayıt"la olduğu kimi, "Qarabağ"la matçda da meydana çıxa bilməyəcək".

100 milyon dollar kimin olacaq? - Əsrin döyüşünə 3 gün qaldı

23 Avqust 2017 17:12

Əlbayaxa döyüş üzrə yüngül çəkidə UFC versiyası üzrə dünya çempionu, irlandiyalı Konon MakQreqor avqustun 26-da amerikalı boksçu, peşəkar boks rinqində indiyədək keçirdiyi 49 döyüşdən heç birində uduzmamış Floyd Meyvezerlə qarşılaşacaq.

"Qarabağ” dünya azərbaycanlılarının qürur yerinə çevrilib”- Belçikalı aktyor

23 Avqust 2017 16:52

“Özüm futbol azarkeşi olduğum üçün “Qarabağ” klubunun Avropa liqalarında oyunlarını izləyirəm. Bu gün “Qarabağ”la qürurlanmamaq mümkün deyil. Azərbaycan futbolunun bu səviyyədə Avropanın nüfuzlu liqalarında çıxış etməsi böyük hadisədir”.

"Qarabağ" "Kopenhagen"lə oyuna hazırdır

23 Avqust 2017 15:24

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen"lə keçirəcəyi cavab matçının hazırlığını tamamlayıb.  Ağdam təmsilçisi dünən görüşün keçiriləcəyi "Parken" stadionunda oyunöncəsi son məşqinə çıxıb. Yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 21:30) başlayan məşq təxminən 1 saat davam edib. Komandanın son hazırlığını "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl də izləyib. 

"Həmişə olduğu kimi, daha güclü qayıdacam" - Ronaldu

23 Avqust 2017 14:57

İspaniya Superkubokunun "Barselona" ilə keçirilən ilk matçında hakimi itələdiyinə görə 5 oyunluq cəzalandırılan "Real"ın futbolçusu Kriştianu Ronaldunun sanksiyası qüvvədə qalıb.

"Traktor"dan ardıcıl ikinci qələbə

23 Avqust 2017 14:41

Futbol üzrə İran çempionatında 5-ci turun oyunları keçirilir.Cənubi Azərbaycanı təmsil edən "Traktor" də növbəti matçını keçirib. Təbriz klubu səfərdə "Saypa" ilə üz-üzə gəlib və inamlı qələbəyə sevinib - 2:0. Bu, ilk 3 turda uduzan təbrizlilərin yeni mövsümdə ardıcıl ikinci qələbəsidi. Təbrizin digər təmsilçisi "Göstəriş" isə avqustun 25-də doğma meydanda "Persepolis"lə qarşılaşacaq.

DÇ-2017: Qadın güləşçilərimiz mübarizəyə qoşulur

23 Avqust 2017 12:17

Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir. Üçüncü yarış günündə 55, 58, 63 və 75 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulur.

UEFA-nın yeni reytinqi açıqlanıb

23 Avqust 2017 11:23

UEFA-nın yeni reytinqi açıqlanıb.  Çempionlar Liqasında keçirilən 5 görüşdən sonra siyahıda müəyyən dəyişikliklər olub. Şotlandiyanın 4 pillə irəliləməsi Azərbaycanın 1 pillə geriləməsinə səbəb olub. “Seltik”in Çempionlar Liqasının qrupuna düşməsi ilə Şotlandiya 22-ci sıraya yüksəlib. Bu səbəbdən Azərbaycan 23-cü yerə enib. Ölkəmizin son 5 mövsümə əsasən hesablanan reytinq xalı 17,625-dir. 

“Kopenhagen – Qarabağ” oyunu bu kanalda

22 Avqust 2017 17:34

Sabah Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Kopenhagen” – “Qarabağ” matçı keçiriləcək. “İdman Azərbaycan” televiziyasından xeberle.com-a verilən məlumata görə, avqustun 23-də keçiriləcək görüş sözügedən kanalın efirində canlı yayımlanacaq.

Məşqçi: Boks komandamız yaxşı formadadır

22 Avqust 2017 17:16

"Komandamız yaxşı formadadır. İnanıram ki, Hamburqda lazımi nəticəni əldə edəcəyik". Boks Federasiyasından Trend-ə verilən məlumata görə, bunu kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev komandanın dünya çempionatına hazırlığını dəyərləndirərkən deyib.

Qvardioladan Messi açıqlaması

22 Avqust 2017 16:56

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola sabiq futbolçusu Lionel Messi haqqında danışıb. Britaniya mətbuatına açıqlama verən 46 yaşlı çalışdırıcı Neymarın PSJ-yə 222 milyon avroya transfer olunmasına toxunaraq bildirib: "Əgər futbolçular üçün bu qədər pullar verirlərsə, deməli, Messinin də təzminat qiymətini (300 milyon - red.) ödəyən biri ola bilər".

Ayxan Tağızadə ermənini məğlub edərək Universiadanın finalına yüksəlib

22 Avqust 2017 14:51

Azərbaycanın taekvando üzrə millisinin üzvü Ayxan Tağızadə (68 kq) Taypey şəhərində keçirilən Ümumdünya Yay Universiadasının finalına yüksəlib. Avqustun 22-də start verilən taekvando yarışlarının ilk günündə milli komandamızın iki üzvü mübarizə aparır.

Taekvandoçumuz erməni rəqibini məğlub edib finala çıxdı - Universiadada

22 Avqust 2017 13:48

Tayvanda təşkil edilən 29-cu Yay Universiada Oyunlarında taekvando idman növü üzrə yarışlara start verilib. Azərbaycan Taekvando Federasiyasından Trend-ə verilən məlumata görə, milli yığma komandamızın da qatıldığı yarışın ilk günü iki taekvandoçumuz mübarizə aparıb.

"Barselona" Koutinyonun transferindən imtina etdi

22 Avqust 2017 11:53

"Barselona" "Liverpul"un futbolçusu Filipp Koutinyonu transfer etməkdən imtina edib.  Kataloniya klubu İngiltərə təmsilçisinə göndərdiyi üç təklifdən müsbət cavab almadığı üçün bu qərarı verib.