"Traktor"dan ardıcıl ikinci qələbə
Futbol üzrə İran çempionatında 5-ci turun oyunları keçirilir.Cənubi Azərbaycanı təmsil edən "Traktor" də növbəti matçını keçirib. Təbriz klubu səfərdə "Saypa" ilə üz-üzə gəlib və inamlı qələbəyə sevinib - 2:0. Bu, ilk 3 turda uduzan təbrizlilərin yeni mövsümdə ardıcıl ikinci qələbəsidi. Təbrizin digər təmsilçisi "Göstəriş" isə avqustun 25-də doğma meydanda "Persepolis"lə qarşılaşacaq.
23 Avqust 2017 14:41 İdmanFutbol üzrə İran çempionatında 5-ci turun oyunları keçirilir.Cənubi Azərbaycanı təmsil edən "Traktor" də növbəti matçını keçirib. Təbriz klubu səfərdə "Saypa" ilə üz-üzə gəlib və inamlı qələbəyə sevinib - 2:0. Bu, ilk 3 turda uduzan təbrizlilərin yeni mövsümdə ardıcıl ikinci qələbəsidi. Təbrizin digər təmsilçisi "Göstəriş" isə avqustun 25-də doğma meydanda "Persepolis"lə qarşılaşacaq.
Qeyd edək ki, 5 turdan sonra 6 xala malik "Tractor" 16 klub arasında 8-cidir. Goal.az