İdman

PSJ ilə "Monako" Mbappe transferində razılığa gəldi

24 Avqust 2017 12:52

PSJ "Monako"nun hücumçusu Kilina Mbappenin transferinin son detallarını razılaşdırıb və tezliklə sövdələşməni rəsmən elan edəcək. "Le Parisien" nəşrinin yazdığına görə, monakolular parislilərin son təkliflərini qəbul ediblər və Kiliana görə 150 milyon avro və bir oyunçu almalıdırlar.

"Nəticə istədiyimiz kimi olmadı" - "Kopenhagen"in futbolçusu

24 Avqust 2017 12:51

Birinci hissəni yaxşı oynadıq. Müdafiədə yaxşı təsir bağışladıq. Rəqibə qol imkanları yaratmağa imkan vermədik və istədiyimiz qolu vurduq. Bu sözləri "Kopenhagen"in futbolçusu Benjamin VerbiçÇempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab matçından (2:1) sonra klubun saytına deyib. O, fasilədən sonra bəzi məqamlarda oyuna nəzarəti itirdiklərini bildirib: "Yaxşı matç oldu. Ancaq nəticə istədiyimiz kimi olmadı".

"Qarabağ"ı püşkatmada kim təmsil edəcək?

24 Avqust 2017 12:40

"Qarabağ"ı Çempionlar Liqasının püşkatma mərasimində təmsil edəcək şəxslər müəyyənləşib. Klubun meneceri Asif Əsgərov Danimarkada "Kopenhagen"lə "pley-off" mərhələsinin cavab oyunundan sonra birbaşa Monakoya gedib. 

Astan Şahverdiyev: ""Qarabağ"ın qələbəsi məni maraqlandırmır"

24 Avqust 2017 12:37

Millət vəkili Astan Şahverdiyev "Qarabağ" FK-nın qələbəsi ilə bağlı münasibət bildirib. Millət vəkili "Qarabağ FK" ilə maraqlanmadığını deyib: "Moskvadan həmin oyunu izləyirdim. Orada klub haqqında çox gözəl ifadələr səsləndirilirdi. Çox sevindirici bir haldır ki, "Qarabağ" Futbol Klubu Çempionlar Liqasının qrup mərhələsinə düşüb. Bu, bütöv Azərbaycanın qələbəsidir. Lakin bir futbol klubu kimi "Qarabağ" məni maraqlandırmır. O zaman çox sevinərik ki, torpaq kimi qaytarıblar. Bu, artıq bayram olar".

Rövnəq Abdullayevdən “Qarabağ” açıqlaması

24 Avqust 2017 11:49

AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı açıqlama verib. “Olaylar” Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, qurum rəhbəri gələcəyə inamlı danışıb: “Qarabağ”ın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik. 

"Qarabağ"ın qələbəsi Türkiyə mətbuatında

24 Avqust 2017 11:36

"Qarabağ" futbol komandasının bütün Azərbaycana yaşatdığı sevinc qardaş Türkiyə mediasında da işıqlandırılıb. Türkiyə kütləvi informasiya vasitələrində “Qarabağ çempionlar liqasında”, “Qarabağ çempionlar liqasında ilk Azərbaycan komandası olaraq tarixə keçdi” və sair başlıqlar altında məqalələr dərc olunub.

Qənirə Paşayeva "Qarabağ" üçün səhnədə mahnı oxudu - VİDEO

24 Avqust 2017 11:34

Millət vəkili Qənirə Paşayeva “Qarabağ”ın qələbəsini tamam fərqli şəkildə qeyd edib. O, oyundan sonra keçirilən görüşdə idman formasında səhnəyə çıxıb və klubun qadın fanatları ilə birlikdə “Cənnətim Qarabağ” mahnısını ifa edib.

"Qalatasaray"dan "Qarabağ"a təbrik: QÜRUR DUYDUQ!

24 Avqust 2017 11:22

Türkiyənin "Qalatasaray" idman klubunun İdarə Heyətinin üzvü Ural Aküzüm Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ" futbol klubunu təbrik edib.  U.Aküzüm "Facebook" səhifəsində yazıb: "Baba yurdumun komandası "Qarabağ Ağdam"la qürur duyduq. Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək Azərbaycan üçün bir ilkdir! Qurban Qurbanov və yetirmələrinə uğurlar diləyirəm".

"Qarabağ" Bakıda İZDİHAMLA qarşılandı - VİDEO

24 Avqust 2017 10:06

Danimarkada "Kopenhagen"lə təkrar "pley-off" matçındakı sərfəli nəticə sayəsində Çempionlar Liqasının qrup mərhələsinə yüksələn "Qarabağ" komandası Vətənə qayıdıb.

Qurban Qurbanov: İkinci hissədə daha soyuqqanlı oynadıq. Hər şey düşündüyümüz kimi alındı

24 Avqust 2017 07:21

"Bu uğuru təkcə biz yox, bütün Azərbaycan xalqı arzulayırdı. Hər kəsi tarixi nailiyyət münasibəti ilə təbrik edirəm. Bunu Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab matçında Danimarka təmsilçisi “Kopenhagen”ə 1:2 hesabı ilə uduzmaqla turnirin qrupuna vəsiqə qazanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İdman Azərbaycan” telekanalına açıqlamasında deyib. Qırx beş yaşlı mütəxəssis bildirib ki, hər şey onların düşündükləri kimi alınıb: