İdman
"Neftçi” - "Kəpəz” matçının biletləri satışda
Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək "Neftçi" - "Kəpəz" oyununun biletləri satışa çıxarılıb. Qiyməti 1 AZN, VİP yerlər üçün 5 AZN olan biletləri 8-ci km qəsəbə stadionunun kassalarından və stadionun ərazisindəki fan-şopdan əldə etmək mümkündü.
Azərbaycanın daha 2 taekvondoçusu Universiadada medal qazanıb
Taypeydə təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasının 5-ci günündə daha 2 taekvondoçumuz mübarizəyə qoşulub. Dayanq üzərinə çıxan hər 2 idmançımız yarışı bürünc medalla başa vurub. Belə ki, +87 kq çəki dərəcəsində mübarizə aparan Radik İsayevin ilk döyüşü 1/8 finala təsadüf edib. İranlı Farşad Gias Şandi ilə üz-üzə gələn Olimpiya çempionumuz gərgin keçən döyüşü aktivinə yazıb – 12:11. Taekvondoçumuz ardınca Sabit Buqrahan Karakası (Türkiyə) yarışdan kənarlaşdırıb. O, bu dəfə 25:6 hesabı ilə qələbə qazanıb. Lakin İsayev yarımfinal səddini keçə bilməyib. Rusiyalı Rəfail Ayukayevə 8:36 hesabı ilə uduzan idmançımız 3-cü yerlə kifayətlənib.
Qadın güləşçilərimiz dünya çempionatında medalsız qaldılar
Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir. Dördüncü yarış günündə 48, 53, 60 və 69 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub.
Qənirə Paşayeva “Qarabağ”dan yazdı
“Bir az əvvəl tarix yazan “Qarabağ” futbol klubumuzun baş məşqçisi, əziz qardaşım Qurban Qurbanovla danışdım və həm öz adından həm də insanlarımız adından onu təbrik etdim. Qurban Qurbanov Azərbaycan futbolunun inkişafında misilsiz xidmətlərin müəllifidir.
"Qəbələ"dən "Qarabağ"a təbrik
Çempionlar Liqasının qrup mərhələsinə qalmağı bacaran "Qarabağ"ı ölkəmizin digər nüfuzlu klubu "Qəbələ" təbrik edib.
Göz yaşına QURBAN...
Avqustun 23-ü girəndən “Facebook”da əsas mövzu “Qarabağ” idi. Futbolun xəstələri də, bu idman növünə cüzi maraq göstərənlər də Danimarkadakı oyunu səbirsizliklə gözləyirdi. Uşağından qocasına, kişisindən qadınına, subayından evlisinə, 7-dən 77-yə “Qarabağ”ı düşünür, onun qələbəsini arzulayırdı. Hamı özünün məişət problemlərini unutmuş və sırf bu tarixi qarşılaşmaya köklənmişdi.
“Qarabağ” axtarış saytlarında rekord qırdı
"Qarabağ" futbol klubunun səfərdə böyük qələbəsinin eyni zamanda siyasi qələbə olduğu barədə də fikirlər səsləndilir. Bunu deyən millət vəkili Aydın Mirzəzadə bildirib ki, məşhur internet ensiklopediyası olan vikipediyada "Qarabağ" sözünə axtarının statitikası ilə tanış olub.
Qurban Qurbanov məşqçilər arasında birincidir - UEFA açıqladı
Çempionlar Liqasının cari mövsümündə iştirak edən klublarda ən uzun müddət çalışan məşqçilərin siyahısı açıqlanıb. UEFA-nın açıqladığı siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov birincidir. Təcrübəli çalışdırıcı artıq 9 ildir ki, ağdamlılara rəhbərlik edir. 2011-ci ildən Madrid “Atletiko”sunda çalışan Dieoqo Simeone isə ikincidir. “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino isə üçüncü sırada yer alıb. O, 2014-cü ildən London klubunun “sükanı arxası”ndadır.
Qurban Qurbanovun qardaşı: "O "Barselona" azarkeşidir, mən "Real""
Danimarkanın "Kopenhagen" klubunu mübarizədən kənarlaşdıraraq, qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" səhər saatlarında Bakıya qayıdıb. Ağdam klubunu qarşılayanlar arasında "Zaqatala" klubunun prezidenti, Qurban Qurbanovun qardaşı Musa Qurbanov da olub. Veteran futbolçu "Qarabağ"ın tarixi zəfərini şərh edib. Bundan başqa o, matçdan sonra qardaşı ilə emosional telefon danışığından da söz açıb. Qardaşlar söhbət zamanı analarını xatırlayaraq, kövrəliblər.
Qurban Qurbanov Simeoneni zirvədən endirdi
UEFA Çempionlar Liqasının cari mövsümündə iştirak edən klublarda ən uzun müddət çalışan məşqçilərin siyahısını açıqlayıb. "Arsenal"ın ÇL-dən kənarda qalması ilə 20 ildən sonra ilk dəfə turnirdə çıxış etməyən Arsen Venger siyahıda yer almayıb.
“Qarabağ” qəhrəmanlıq klubudur
“Bu gün 2 Qarabağ var. Biri erməni işğalında olan, xarabalıqlara çevrilən, inildəyən və təcavüzə uğrayan bir diyar. Digəri könüllərdə yaşayan gözəl, səfalı, bərəkətli, mədəniyyət və qəhrəmanlıq ocağı olan bir diyar. Bunun hər ikisi bizimdir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri millət vəkili Tahir Mirkişili səsləndirib.
"Qarabağ"ın qələbəsi Rusiya mətbuatında
UEFA Çempionlar Liqasının play-off mərhələsinə yekun vuruldu. Danimarkada "Kopenhagen"in qonağı olan komandamız Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazanmışdı.
"Qarabağ"ın qələbəsi Ermənistanda şok yaratdı - Möhtəşəm görüntü
Ötən gün “Qarabağ” klubu qələbə qazanaraq adını UEFA Çempionlar Liqasının qrup mərhələsinə yazdırıb. UEFA Çempionlar Liqası oyundan sonra rəsmi “Facebook” səhifəsində “Qarabağ”ın oyunarxası çəkilən fotosunu paylaşıb. Qələbəyə sevinə bilməyən Erməni izləyicilər paylaşıma fotoya “Qəzəb ifadələri” qoyublar.
""Qarabağ"ın bu zəfərinin siyasi əhəmiyyəti çox böyükdür" - Rauf Əliyev
"Qarabağ" futbol klubu Azərbaycanın futbol tarixində ilk dəfə olaraq Avropa Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edəcək. Bu, böyük tarixi qələbədir. Bu barədə açıqlamasında millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev bildirib.














