İdman

"Qarabağ" Olimpiya stadionunda oynayacaqmı? - KLUBDAN AÇIQLAMA

25 Avqust 2017 14:51

Çempionlar liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabağ" klubunun oyunlarını keçirəcəyi stadion dəyişməyəcək. Bu barədə  "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Klub rəsmisi bildirib ki, ev oyunlarının hamısı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Nurlan İbrahimovun sözlərinə görə, "Qarabağ"ın 19 yaşlılardan ibarət komandası isə ev oyunlarını Suraxanıda, "Azərsun Arena"da keçirəcək.

Yığmamız Belarusa uduzdu

25 Avqust 2017 14:39

Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Vüqar Əsgərlinin yetirmələri Belarusun U-19 komandası ilə qarşılaşıb.  Bu rəqiblə ikinci dəfə qarşılaşan yığmamız yenə məğlubiyyətə üzülüb. İlk görüşdə 2:0 hesablı qələbə qazanan belaruslular bu dəfə 4:0 hesabı ilə qalib gəliblər.

""Qarabağ" hörmət ediləsi rəqibdir" - Françesko Totti

25 Avqust 2017 13:57

İtaliya futbolunun və "Roma"nın əfsanəsi Françesko Totti Çempionlar Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib. Yayda futbolçu karyerasını bitirən sabiq milli üzvü "canavarlar"ın "Çelsi", "Atletiko" və "Qarabağ"la eyni qrupa düşməsindən danışıb.  Hazırda "Roma" rəsmisi kimi fəaliyyət göstərən Totti bütün rəqiblərə hörmətlə yanaşdıqlarını qeyd edib: "Bilirik ki, "Çelsi", "Atletiko" və "Qarabağ" hörmət ediləsi rəqiblərdi. Biz həmişə rəqiblərə qarşı bu cür davranmışıq. Ancaq "Roma" ilə oyunlar onlar üçün uğursuz alına bilər".

Ronaldo: "Bu mükafatı yenidən almaq böyük şərəfdir"

25 Avqust 2017 13:15

"Real Madrid"in hücumçusu Kriştianu Ronaldo avqustun 24-də Monakoda baş tutan mərasimdə UEFA versiyasında ötən mövsümün ən yaxşı futbolçusu mükafatına sahib çıxıb. Portuqalialı ulduz növbəti dəfə Avropanın ən güclüsü olmasına belə münasibət bildirib: "Hər il mənim hədəflərim dəyişilməzdir.

"Qarabağ"ın qələbəsi dünyada əks-səda doğurdu

25 Avqust 2017 12:13

Azərbaycanın “Qarabağ” futbol klubunun avqustun 23-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində eyniadlı klubla UEFA Çempionlar Liqasının "pley-off" mərhəlində ümumi qələbə qazanaraq qrup mərhələsinə yüksəlməsi bütün dünyada böyük-əks səda doğurdu.

Azərbaycanın UEFA reytinqi açıqlandı

25 Avqust 2017 12:08

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.  Keçirilən 22 matç ölkəmizin mövqeyinə təsir etməyib. Azərbaycan 18.625 xalla 22-ci pillədə qalıb. Təmsilçilərimizin bu mövsümkü qazancı 3.875-dir.

“Roma”nın baş məşqçisic “Qarabağ”dan danışdı

25 Avqust 2017 07:13

O, rəqibləri olan “Çelsi”, “Atletiko” və “Qarabağ” barədə danışıb. “Mən püşkatmaya komandamla birgə baxdım. “Çelsi” və “Atletiko” böyük klubdur. “Qarabağ” qrupun ən zəifi hesab oluna bilər. Amma onların oyununu qiymətləndirməmək olmaz. Son 4 ildə “Atletiko” iki dəfə ÇL-in finalında oynayıb. Onlar belə səviyyədə oynamağa öyrəşiblər. Madridlilər yaxşı futbol oynamaya bilərlər, amma həmişə yaxşı nəticə qazanırlar. “Çelsi” də çox güclüdür.

"Qarabağ"ın meneceri Monakodan: "Hansı komanda ilə rəqib olmaq istəyirik sualına gəlincə..."

24 Avqust 2017 20:02

Xəbər verdiyimiz kimi, bu gün saat 20:00-da Fransanın Monako şəhərində keçiriləcək püşkatma ilə "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olacaq. Püşkatmada "Qarabağ" futbol komandasını klubun baş meneceri Asif Əsgərov təmsil edir.

İlin ən yaxşı futbolçusu müəyyənləşir

24 Avqust 2017 20:00

Bu gün Avropanın ən yaxşı futbolçusunun adı açıqlanacaq. Çempionlar Liqasının püşkatma mərasiminin keçiriləcəyi Monakoda həm də ötən mövsümün ən yaxşı oyunçusu müəyyənləşəcək.  Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Mükafatı qazanmağa 3 namizəd var.

Zidan danışıqlarsız müqavilə imzaladı

24 Avqust 2017 19:56

Madrid "Realı"nın baş məşqçisi Zinəddin Zidan klubla yeni sazişə imza atıb. Fransalı mütəxəssis klubdan düşünmək üçün ona vaxt verilməsini istəməyib. Zidanın məvacibi 4,35 milyon avrodan 8 mln. avroya qədər artırılıb.

Radik İsayev və Səid Quliyev Universiadada bürünc medal qazandı

24 Avqust 2017 18:40

Taypeydə təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasının 5-ci günündə daha 2 taekvondoçumuz mübarizəyə qoşulub. Dayanq üzərinə çıxan hər 2 idmançımız yarışı bürünc medalla başa vurub.  Belə ki, +87 kq çəki dərəcəsində mübarizə aparan Radik İsayevin ilk döyüşü 1/8 finala təsadüf edib. İranlı Farşad Gias Şandi ilə üz-üzə gələn Olimpiya çempionumuz gərgin keçən döyüşü aktivinə yazıb - 12:11. Taekvondoçumuz ardınca Sabit Buqrahan Karakası (Türkiyə) yarışdan kənarlaşdırıb. O, bu dəfə 25:6 hesabı ilə qələbə qazanıb. Lakin İsayev yarımfinal səddini keçə bilməyib. Rusiyalı Rəfail Ayukayevə 8:36 hesabı ilə uduzan idmançımız 3-cü yerlə kifayətlənib.

Danimarka səfiri: ""Qarabağ"ın daha da irəli getməsinə azarkeşlik edəcəyəm"

24 Avqust 2017 18:21

Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Svend Ollinq UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Danimarkada "Kopenhagen" və "Qarabağ" arasında dünən keçirilmiş matçıreport üçün şərh edib.

Raqif Abbasov: “Qarabağ”a qalibiyyət yaraşır”

24 Avqust 2017 18:15

“Qarabağ” klubunun rəhbərliyi, məşqçi heyəti, futbolçularını böyük tarixi nailiyyət münasibəti ilə təbrik edirəm. Dünən böyük coşqu və sevinclə komandamızın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını izlədik”. Bunu açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.