İdman
Azərbaycandan dünya çempionatında hakim özbaşınalığına etiraz
Ramil Quliyevdən XƏBƏR
Türkiyə atletika tarixinin ilk dünya çempionu olan azərbaycanlı Ramil Quliyev Berlində keçirilən ISTAF oyunlarında gümüş medal qazanıb. "Olaylar" bildirir ki, Ramil Quliyev yüngül atlet kişilər arasında 100 metr məsafəyə qaçış üzrə yarışı 10.09 saniyəlik nəticə ilə ikinci sırada tamamlayıb.
"Qarabağ"ın rəqibindən 5 qol!
"Zirə"dən qələbə, "Qarabağ" - "Qəbələ" oyununda heyətlər açıqlandı
Qurban Qurbanovdan TƏVAZÖKAR MÜSAHİBƏ: “Bu uğuru şişirtmək lazım deyil"
Güləş tarixində ilk – Üçqat dünya çempionumuz oldu
Fransanın paytaxtı Parisdəki dünya çempionatında sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Hacı Əliyev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 61 kq çəkidə mübarizə aparan həmyerlimiz 1/16 final mərhləsində Alibek Osmonovu (Qırğızıstan) 8:0, 1/8 finalda Rinya Nakamuranı (Yaponiya) 10:1, 1/4 finalda Mikola Bolotnjuku (Slovakiya) – 10:0, yarımfinalda isə Yovlis Bonne Rodrigezi (Kuba) – 10:0 hesabı ilə məğlub edib.
Ansi Aqolli milliyə çağırıldı
Albaniya milli komandasının heyəti açıqlanıb. Baş məşqçi Kristian Panuççi "Qarabağ"ın müdafiəçisi Ansi Aqolliyə də dəvət gönədrib. Təcrübəli müdafiəçi sentyabrın 2-də Albaniyada Lixtenşteyn, 5-də isə səfərdə Makedoniya ilə keçiriləcək matçlar üçün milliyə çağırılıb.
PSJ "Monako"dan 2 futbolçu almaq istəyir
PSJ Kilian Mbappenin və Fabinyonun transferi ilə bağlı "Monaco" ilə danışıqları davam etdirir. Avqustun 24-də Paris klubunun prezidenti Naser Əl-Xəlaifi "moneqasklar"ın rəsmisi Vadim Vasilyevlə görüşüb. Qətərli funksioner Mbappe və Fabinyo üçün 150 milyon avro və Lukas Mouranı təklif edib. Fransa mətbuatının yaydığı məlumata görə Mbappe və Fabinyo Paris klubu ilə 5 illik müqaviləni artıq razılaşdırıb. Lukas Moura isə "Monaco"da oynamağa hələ ki razılıq verməyib.
Nazim Babayev Universiadanın qalibi oldu
Azərbaycan atleti Nazim Babayev Tayvanda təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasının qalibi adını qazanıb. Həmyerlimiz üçtəkanla uzunluğa tullanma yarışının qızıl medalına layiq görülüb. O, 17,01 m nəticə göstərməklə bütün rəqiblərini arxada qoyub. Babayev ən yaxın izləyicisini 4 sm qabaqlayıb.
"Qarabağ"ın "qurbanlar"ı eyni qrupda
Bu gün UEFA Avropa liqası quplarının püşkü atılıb. Püşk atma zamanı "Qarabağ"ın Çempionlar liqasında qalmaq üçün məğlub etdiyi rəqiblər "Şerif" və "Kopenhagen" eyni qrupda yer alıblar.
DÇ-2017: Hacı Əliyev finala yüksəldi
Azərbaycan güləşçisi Hacı Əliyev Parisdə güləş üzrə dünya çempionatının finalına yüksəib. 61 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev 1/16 finalda qırğızıstanlı Alibek Osmonov (8:0), 1/8 finalda Yaponiya təmsilçisi Rinya Nakamura (10:1), 1/4-də isə slovakiyalı idmançı Mikola Bolotnyuk (10:0) üzərində inamlı qələbə qazanıb. Yarımfinalda kubalı Yovlis Bonne Rodrigesi vaxtından əvvəl - 2 dəqiqə 13 saniyəyə məğlub edən H.Əliyev finala yüksəlib. Digər təmsilçilərimiz Mahir Əmiraslanov (57 kq) 1/16, Aleksandr Qostiyev isə (86 kq) 1/4 finalda məğlub olublar.
De Rossi: "Qarabağ" Çempionlar Liqasında iştirak edirsə..."
"Roma"nın kapitanı Daniele De Rossi Çempionalr Liqasının püşkünü dəyərləndirib. Təcrübəli futbolçu "Qarabağ"ı tanımadığını bildirib. "Bir tərəfdən daha asan qrupa düşməmək bizi məyus edir. Digər tərəfdən Avropa nəhəngləri ilə qarşılaşmaq həyəcanverici olacaq. Motivasiyamız yüksəkdir, azarkeşlərə unudulmaz anlar yaşadacağıq. Hazırlaşmaq üçün vaxtımız var.
Taekvondo yığmamız Universiadanı 5 medalla başa vurub
Azərbaycan millisi Tayvanda təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, ölkəmizin aktivinə növbəti mükafatı taekvondoçumuz Məhəmməd Məmmədov yazdırıb. 63 kq çəki dərəcəsində dayan üzərinə çıxan həmyerlimiz fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Belə ki, 1/16 finalda meksikalı Edqar Porras Reyesi mübarizədən kənarlaşdıran (21:5) Məmmədov növbəti döyüşdə Tay Tin Vinqdən (Honq Konq) üstün olub – 29:9.
Tahir Gözəl: "Qarabağ"ın uğurunun əsas səbəbi..."
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Türkiyənin "Sabah" qəzetinə açıqlama verib. O, Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Çempionlar Liqasını qrup mərhələsində mübarizə aparacaq Ağdam klubunun uğurunun səbəbindən və digər məsələlər barədə danışıb. T.Gözəl bugünkü səviyyəyə gəlmələrinin əsas səbəbinin səbr və sabitliyin olduğunu bildirib: "Qarabağ"la yanaşı, digər Azərbaycan klubları və ölkənin milli komandası son illərdə iştirak etdiyi turnirlərdə rəqiblərinə çətin anlar yaşadıb. Təbii ki bu nəticələrin davamlı olması bizim üçün çox önəmlidir. Lazım olan bütün işləri AFFA ilə iş birliyi nəticəsində görürük".
“Atletiko: "Yenidən Bakıya gedəcəyimiz üçün şadıq"
Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alan Madrid “Atletiko”su Ağdam təmsilçisini təbrik edib. SİA-nın məlumatına görə, ispanlar “Twitter" səhifəsində ilk dəfə ÇL-in qrup mərhələsinə yüksələn “Qarabağ”a təbrik mesajı göndəriblər: “İlk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəyiniz üçün sizi təbrik edirik. Biz yenidən Azərbaycanın paytaxtı Bakıya gedəcəyimiz üçün şadıq".



.jpg)
.jpg)









