"Qarabağ"ın rəqibindən 5 qol!

Futbol üzrə İspaniya çempionatında 2-ci turun oyunları keçirilib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Atletiko" da növbəti matçına çıxıb. Madrid klubu səfərdə "Las Palmas"la qarşılaşıb. Altı qolun vurulduğu oyun madridlilərin qələbəsi ilə başa çatıb - 5:1.

Bu, "Atletiko"nun yeni mövsümdə ilk qələbəsi olub. İki turdan sonra "Qarabağ"ın rəqibi 4 xalla 20 klub arasında 3-cüdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31