İdman

Ramos: "Asensio Tanrı vergisinə malikdir"

29 Avqust 2017 12:43

"Real"ın gənc ulduzu Marko Asensio İspaniya Primerasının 2-ci turunda "Valensiya"nın qapısına 2 qol vurmaqla komandasına 1 xal qazandırdı.  Madrid klubunun kapitanı Serxio Ramos "As" nəşrinə müsahibəsində 21 yaşlı yarımmüdafiəçi haqqında fikirlərini bölüşüb.

Arda Turan Fransada oynaya bilər

29 Avqust 2017 12:33

"Barselona"nın yarımmüdafiəçisi Arda Turan futbolçu karyerasını Fransada davam etdirə bilər.  "Monako" türk oyunçu ilə maraqlanır. Kataloniya klubunun 30 yaşlı futbolçu ilə yolları ayırmağa hazır olduğu bildirilir.

Marko Borriello A Seriyasının tarixinə düşüb

28 Avqust 2017 19:00

İtaliya A Seriyasının 2-ci turunda "Udinese" ilə qarşılaşan SPAL 3:2 hesablı qələbə qazanıb. Debütantın heyətində ilk qolu Marko Borriello vurub. 35 yaşlı hücumçu İtaliya çempionatının rekordunu təzələyib. O, 12 fərqli komandanın heyətində fərqlənməklə buna nail olub. Daha öncə analoji rekordu Nikola Amoruzo müəyyənləşdirmişdi. Borriello "Milan"n yetirməsidir. O, karyerası ərzində "Roma", "Yuventus" və "Genoa" kimi klubların da şərəfini qoruyub.

9 ilə fəth olunan "250-lik"

28 Avqust 2017 18:55

Azərbaycan Premyer Liqasının III turu Rəşad Sadıqov üçün əlamətdar olub. Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı klubunun heyətində 250-ci matçını keçirib. Bu yubiley "Qəbələ" ilə ev matçına təsadüf edib. 35 yaşlı müdafiəçi komandasının 2:1 hesablı qələbə qazandığı oyunda Ağdam təmsilçisinin tarixinə 250 və daha çox matç keçirən oyunçulardan biri kimi düşüb. Maraqlıdı ki, I turda Qara Qarayev 250-ni fəth etmişdi.

"Qarabağ"ın Bakıya gətirəcəyi ən bahalı futbolçular

28 Avqust 2017 18:50

Məlum olduğu kimi, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Təmsilçimiz turnirin C qrupunda mübarizə aparacaq. Qurban Qurbanovun başçılıq etdiyi komandamız "Çelsi", "Atletiko" və "Roma" ilə mübarizə aparacaq.

Çex: "Çempion olacağımıza inanmasaydım..."

28 Avqust 2017 18:45

"Arsenal"ın qapıçısı Petr Çex Premyer Liqanın 3-cü turunda "Liverpul"a 0:4 hesablı məğlubiyyətə münasibət bildirib. Təcrübəli qolkiper bunları deyib: "Bu məğlubiyyət bizim komanda üçün yolverilməzdir. Düzdür, qol imkanı yarada bilməyəndə bu hesabla uduzmaq mümkündür.

Yığmamızın üzvü 90 dəqiqə oynadı

28 Avqust 2017 18:40

Ukrayna Premyer Liqasında VII turun oyunları keçirilib. Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası "Aleksandriya" tur çərçivəsində "Vorskla"nı qəbul edib. Oyun ev sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib. Start heyətində yer alan Paşayev 90 dəqiqə meydanda olub.

Argentina millisinin heyəti açıqlandı

28 Avqust 2017 18:35

Argentina millisi 2018 DÇ semə mərhələsində Uruqvay (1 sentyabr) və Venesuela (6 sentyabr) ilə qarşılaşacaq. Baş məşqçi Xorxe Sampaoli 27 futbolçuya dəvət göndərib. "Zenit"in 24 yaşlı yarımmüdafiəçisi Emiliano Riqoni isə ilk dəfə milliyə çağrılıb. "Juventus"un forvardı Qonzalo Hiquain isə bu dəfə millidən kənarda qalıb. 

Emre Morun yeni klubu müəyyənləşdi

28 Avqust 2017 18:30

"Borussiya" Dortmunddan ayrılacağı dəqiqələşən Emre Morun yeni klubunun adına aydınlıq gəlib.  "Fənərbağça"nın hədəfində olan Mor İspaniyanın "Celta Vigo" klubu ilə razılığa gəlib. İspan klubu türk futbolçu üçün alman klubuna 13 milyon avro ödəyəcək. Futbolçunun illik gəliri isə 2 milyon avro olacaq.

“Qarabağ” “Beşiktaş”a "YOX" dedi

28 Avqust 2017 13:19

Türkiyənin "Beşiktaş” klubu sentyabrın 2-də Bakıda yoxlama oyunu keçirmək üçün "Qarabağ”a təklif göndərib. Türkiyə çempionu DÇ-2018-in seçmə matçları ilə əlaqədar daxili çempionatda yaranacaq fasilə zamanı Bakıda hər iki komandanın iştirakı ilə yoldaşlıq matçı keçirmək istəyib. Bu oyun həm də "qara qartal”ın Azərbaycandakı çoxsaylı azarkeşlərinə hədiyyə olacaqmış.

Hemilton Belçika Qran-prisinin qalibi oldu

28 Avqust 2017 13:15

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula-1" üzrə Belçika Qran-prisinin qalibi olub. Avtomobil yarışında ikinci yeri "Ferrari"nin alman pilotuSebastyan Fettel tutub. "Red Bull"un avstraliyalı pilotu Daniel Rikkardo finiş xəttini üçüncü keçib. Növbəti Qran-pri mərhələsi sentyabrın 1-dən 3-dək İtaliyada keçiriləcək. 

Ndlovu: "Üzərimizdə təzyiq yoxdur"

28 Avqust 2017 13:14

Çempionlar Liqasında oynamaq ifadəolunmaz bir hisdir. Amma biz debütantıq. Buna görə də bizim üçün çətin olacaq.  Bu sözləri "Qarabağ"ın futbolçusu Dino Ndlovu "Kickoff"a deyib. 27 yaşlı hücumçu Çempionlar Liqasının qrup mərhələsində "Çelsi", "Atletiko", "Roma" kimi komandalarla oynamağın möhtəşəm olacağını bildirib: " Biz oyunlarda öz potensialımızı ortaya qoyacağıq".

“Mlada Boleslav”ın baş məşqçisi Kamran Ağayev haqda danışdı

28 Avqust 2017 13:11

Oyuna passiv başladıq. Halbuki belə olacağını düşünmürdük. Bu sözləri "Mlada Boleslav" klubunun baş məşqçisi Duşan Uhrin deyib.  Millimizin üzvü Kamran Ağayev "Mlada Boleslav"da debüt matçına çıxıb. Onun komandası Çexiya çempionatının V turunda "Slaviya"nın qonağı olub. Ağayevin debütü uğursuz alınıb. Belə ki, qonaqların 0:4 hesabı ilə uduzduqları qarşılaşmada üçüncü qol Kamranın kobud səhvindən sonra vurulub.

"Real" yeni rekorda imza atıb

28 Avqust 2017 11:39

"Real" yeni rekorda imza atıb.  Madrid klubu Avropanın 5 böyük liqasının klubları arasında ardıcıl 70 matçda qol vuran ilk komanda olub. "Real" son olaraq La Liqanın 3-cü turunda "Valensiya"ya qarşı matçda (2:2) iki qol vurub.