İdman
"Gənclərbirliyi" baş məşqçisi ilə yollarını ayırıb
Türkiyə Superliqası təmsilçisi "Gənclərbirliyi" baş məşqçisi Ümit Özatla yolları ayırıb. Buna komandanın ölkə çempionatının ilk 3 turundakı uğursuz çıxış səbəb olub.
"Azərbaycan və Almaniya ilə oyunlarda 2 xal pis nəticə sayılar"
Azərbaycan və Almaniya ilə oyunlar bizim üçün böyük önəm kəsb edir. Bu sözləri Norveç yığmasının baş məşqçisi Lars Laqerbek deyib. Skandinaviya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Azərbaycanla, ayın 4-də isə Almaniya ilə üz-üzə gələcək.
Millimizin formasında yenilik
Millimizin oyun formasına Azərbaycan bayrağı əlavə edilib. Komandamızın formasına - futbolkanın arxa yuxarı hissəsinə kiçik ölçüdə Azərbaycan bayrağı əlavə edilib. Millimizin səfər və üçüncü oyun dəsti Norveçin ev dəstinin rəngləri ilə uyğun olmadığı üçün futbolçularımız Norveçə qarşı ev dəstində oynayacaqlar. Yığmamızın San Marinoya qarşı da ev dəstində oynayacağı bildirilir.
UEFA Polşa klubunu növbəti dəfə cəzalandırdı
UEFA Polşanın "Legiya" klubunu növbəti dəfə cərimələyib. Buna Moldova "Şerif"i ilə Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində keçirilmiş ev oyununda varşavalı fanatların qitə futbol klubu əleyhinə açdıqları banner səbəb olub.
"Mançester Siti"nin Aleksis sevdası: 50 milyona "yox" dedilər
"Arsenal" "Mançester Siti"nin Aleksis Sançez üçün 50 milyon funtluq təklifini rədd edib. "Mavilər" transfer pəncərəsi bağlanmadan çilili ulduzu öz heyətinə qatmaq istəyir. Aleksis üçün iki klub danışıqlara çərşənbə axşamı başlayıb. "Arsenal" çilili oyunçu üçün 50 milyon və Rəhim Sterlini tələb etsə də, "Mançester Siti" cəbhəsi bu fikrə müsbət baxmayıb.
Prezident Əfranla zarafatlaşdı: “Topu arxada çox saxlama”
Prezident İlham Əliyevin “Qarabağ” klubunun heyəti ilə görüşünün qeyri-rəsmi hissəsində ölkə başçısının futbolçu heyəti ilə səmimi dialoqu olub. İlham Əliyev son vaxtlar tənqidlərə məruz qalan Əfran İsmayılovla zarafatlaşıb. Prezident İlham Əliyevin yarımmüdafiəçiyə “səni izləyirəm, yaxşı “driblinq”lərin və sürətin var” deyib. Ölkə başçısının “topu cərimə meydançasının yanında və arxada çox saxlama” deməsi isə komandanın gülüşünə səbəb olub. Həmin səmimi dialoqun fotosunu təqdim edirik.
“Qarabağ”ın Çempionlar Liqasındakı ev oyunları ilə bağlı XOŞ SÜRPRİZ
“Roma” ev oyunları üçün biletlərini satışa çıxarıb
"Roma” Çempionlar Liqasının qrup mərhələsində keçirəcəyi ev oyunları üçün biletlərini bu gündən satışa çıxarıb. Azarkeşlər “Atletiko” (12 sentyabr), "Çelsi" (31 oktyabr) və "Qarabağ"la (5 dekabr) görüşlər üçün biletlər ala bilər.
Eddi İsrafilovun yeni klubu müəyyənləşib
"Kadiz"dən ayrılan millimizin futbolçusu Eddi İsrafilovun yeni klubu müəyyənləşib. O, Sequnda (II divizion) təmsilçisi "Ximnastika”ya transfer olunub. Futbolçu ilə 3 illik müqavilə imzalanılıb. "Ximnastika”nın oyunçu ilə müqaviləni birtərəfli qaydada pozmaq hüququ olduğu bildirilir.
"Çelsi"-"Qarabağ" oyununa getmək istəyənlərin DİQQƏTİNƏ
Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi "Çelsi"-"Qarabağ" futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyən edib. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilir ki, viza almaq istəyənlər avqustun 29, 30 və 31-də əlavə görüş vaxtlarından yararlana bilərlər.
"Qarabağ"dan daha bir ulduza təklif - 450 min avro
Azərbaycan çempionu, UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yazan "Qarabağ" transfer çalışmalarını davam etdirir. Ağdam klubu uelsli yarımmüdafiəçi Co Ledlini heyətinə qatmaq istəyib. Məlumata görə, çempionumuz bu futbolçuya ilinə 450 min dollarlıq təklif ünvanlayıb. Lakin 30 yaşlı oyunçu 650 min dollar istəyib. Klub futbolçunun istəyi ilə razılaşmadığından danışıqlar təxirə salınıb.
"Fənərbağça"dan növbəti transfer
"Fənərbağça" heyətinə daha bir futbolçu qatıb. "Sarı-lacivərtlilər" "Zenit"in müdafiəçisi Luis Neto ilə anlaşıblar. 29 yaşlı futbolçu artıq İstanbula yollanıb. Portuqaliyalı oyunçu bu gün tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.
Totti məşqçilik kurslarına başladı
"Roma"nın əfsanəvi futbolçusu Françesko Totti məşqçi olmağa hazırlaşır. 40 yaşlı keçmiş hücumçu Triqoriidə məşqçilik kurslarına başlayıb.
"Çelsi" yeni müqavilə imzalayıb, icarəyə verdi
"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" futbolçusu Jeremi Boqa ilə yeni müqavilə imzalayıb. Fransalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2020-ci ilin iyununa kimi uzadılıb. Daha sonra gənc oyunçu Çempionşip təmsilçisi "Birmingham"ə 1 illik icarəyə verilib.
AFFA “Qarabağ”ı cərimələyib
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Azərbaycan Premyer Liqasının III turunda baş verənlər müzakirə olunub. “Neftçi” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə olunub. “İnter” – “Səbail” matçının 63-cü dəqiqəsində meydan sahiblərini azlıqda qoyan Tərlan Quliyevin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması 1 oyunluq cəza ilə nəticələnib.














