İdman

Eddi İsrafilovun yeni klubu müəyyənləşib

29 Avqust 2017 16:07

"Kadiz"dən ayrılan millimizin futbolçusu Eddi İsrafilovun yeni klubu müəyyənləşib. O, Sequnda (II divizion) təmsilçisi "Ximnastika”ya transfer olunub. Futbolçu ilə 3 illik müqavilə imzalanılıb. "Ximnastika”nın oyunçu ilə müqaviləni birtərəfli qaydada pozmaq hüququ olduğu bildirilir.

"Çelsi"-"Qarabağ" oyununa getmək istəyənlərin DİQQƏTİNƏ

29 Avqust 2017 15:37

Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi "Çelsi"-"Qarabağ" futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyən edib. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilir ki, viza almaq istəyənlər avqustun 29, 30 və 31-də əlavə görüş vaxtlarından yararlana bilərlər.

"Qarabağ"dan daha bir ulduza təklif - 450 min avro

29 Avqust 2017 15:03

Azərbaycan çempionu, UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yazan "Qarabağ" transfer çalışmalarını davam etdirir. Ağdam klubu uelsli yarımmüdafiəçi Co Ledlini heyətinə qatmaq istəyib. Məlumata görə, çempionumuz bu futbolçuya ilinə 450 min dollarlıq təklif ünvanlayıb. Lakin 30 yaşlı oyunçu 650 min dollar istəyib. Klub futbolçunun istəyi ilə razılaşmadığından danışıqlar təxirə salınıb.

"Fənərbağça"dan növbəti transfer

29 Avqust 2017 15:02

"Fənərbağça" heyətinə daha bir futbolçu qatıb. "Sarı-lacivərtlilər" "Zenit"in müdafiəçisi Luis Neto ilə anlaşıblar. 29 yaşlı futbolçu artıq İstanbula yollanıb. Portuqaliyalı oyunçu bu gün tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.

Totti məşqçilik kurslarına başladı

29 Avqust 2017 14:33

"Roma"nın əfsanəvi futbolçusu Françesko Totti məşqçi olmağa hazırlaşır.  40 yaşlı keçmiş hücumçu Triqoriidə məşqçilik kurslarına başlayıb.

"Çelsi" yeni müqavilə imzalayıb, icarəyə verdi

29 Avqust 2017 13:44

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" futbolçusu Jeremi Boqa ilə yeni müqavilə imzalayıb. Fransalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2020-ci ilin iyununa kimi uzadılıb. Daha sonra gənc oyunçu Çempionşip təmsilçisi "Birmingham"ə 1 illik icarəyə verilib.

AFFA “Qarabağ”ı cərimələyib

29 Avqust 2017 12:49

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Azərbaycan Premyer Liqasının III turunda baş verənlər müzakirə olunub. “Neftçi” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə olunub. “İnter” – “Səbail” matçının 63-cü dəqiqəsində meydan sahiblərini azlıqda qoyan Tərlan Quliyevin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması 1 oyunluq cəza ilə nəticələnib.

Ramos: "Asensio Tanrı vergisinə malikdir"

29 Avqust 2017 12:43

"Real"ın gənc ulduzu Marko Asensio İspaniya Primerasının 2-ci turunda "Valensiya"nın qapısına 2 qol vurmaqla komandasına 1 xal qazandırdı.  Madrid klubunun kapitanı Serxio Ramos "As" nəşrinə müsahibəsində 21 yaşlı yarımmüdafiəçi haqqında fikirlərini bölüşüb.

Arda Turan Fransada oynaya bilər

29 Avqust 2017 12:33

"Barselona"nın yarımmüdafiəçisi Arda Turan futbolçu karyerasını Fransada davam etdirə bilər.  "Monako" türk oyunçu ilə maraqlanır. Kataloniya klubunun 30 yaşlı futbolçu ilə yolları ayırmağa hazır olduğu bildirilir.

Marko Borriello A Seriyasının tarixinə düşüb

28 Avqust 2017 19:00

İtaliya A Seriyasının 2-ci turunda "Udinese" ilə qarşılaşan SPAL 3:2 hesablı qələbə qazanıb. Debütantın heyətində ilk qolu Marko Borriello vurub. 35 yaşlı hücumçu İtaliya çempionatının rekordunu təzələyib. O, 12 fərqli komandanın heyətində fərqlənməklə buna nail olub. Daha öncə analoji rekordu Nikola Amoruzo müəyyənləşdirmişdi. Borriello "Milan"n yetirməsidir. O, karyerası ərzində "Roma", "Yuventus" və "Genoa" kimi klubların da şərəfini qoruyub.

9 ilə fəth olunan "250-lik"

28 Avqust 2017 18:55

Azərbaycan Premyer Liqasının III turu Rəşad Sadıqov üçün əlamətdar olub. Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı klubunun heyətində 250-ci matçını keçirib. Bu yubiley "Qəbələ" ilə ev matçına təsadüf edib. 35 yaşlı müdafiəçi komandasının 2:1 hesablı qələbə qazandığı oyunda Ağdam təmsilçisinin tarixinə 250 və daha çox matç keçirən oyunçulardan biri kimi düşüb. Maraqlıdı ki, I turda Qara Qarayev 250-ni fəth etmişdi.

"Qarabağ"ın Bakıya gətirəcəyi ən bahalı futbolçular

28 Avqust 2017 18:50

Məlum olduğu kimi, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Təmsilçimiz turnirin C qrupunda mübarizə aparacaq. Qurban Qurbanovun başçılıq etdiyi komandamız "Çelsi", "Atletiko" və "Roma" ilə mübarizə aparacaq.

Çex: "Çempion olacağımıza inanmasaydım..."

28 Avqust 2017 18:45

"Arsenal"ın qapıçısı Petr Çex Premyer Liqanın 3-cü turunda "Liverpul"a 0:4 hesablı məğlubiyyətə münasibət bildirib. Təcrübəli qolkiper bunları deyib: "Bu məğlubiyyət bizim komanda üçün yolverilməzdir. Düzdür, qol imkanı yarada bilməyəndə bu hesabla uduzmaq mümkündür.

Yığmamızın üzvü 90 dəqiqə oynadı

28 Avqust 2017 18:40

Ukrayna Premyer Liqasında VII turun oyunları keçirilib. Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası "Aleksandriya" tur çərçivəsində "Vorskla"nı qəbul edib. Oyun ev sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib. Start heyətində yer alan Paşayev 90 dəqiqə meydanda olub.