İdman

“Vest Bromviç” heyətini gücləndirib

30 Avqust 2017 17:56

İngiltərə Premyer Liqa təmsilçisi “Vest Bromviç” heyətini yeni futbolçu ilə gücləndirib. “Göy-ağlar” “Arsenal”ın müdafiəçisi Kiran Gibbsi heyətinə cəlb edib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. “Vest Bromviç” 27 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlayıb. Klub ingilis müdafiəçinin transferi üçün “topçular”a 7,5 milyon avro ödəyib.

Azərbaycanlı hakim “Qalutçanka” - “Jansen Dalfsen” matçında

30 Avqust 2017 17:07

Azərbaycan Həndbol Federasiyasının (AHF) idman şöbəsinin rəhbəri, beynəlxalq dərəcəli hakim İsgəndər Əsgərov qadınlar arasında Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışlara qitə qurumunun nümayəndəsi təyin olunub.

"Nitsa" “Barselona”nın müdafiəçisini icarəyə götürüb

30 Avqust 2017 16:28

Fransanın "Nitsa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.Liqa 1 təmsilçisi “Barselona”nın müdafiəçisi Marlonu icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik icarə müqaviləsinə imza atıblar. Lakin razılığa görə, kataloniyalılar “sambaçı”nı gələn yay da geri qaytara bilərlər.

"Barselona"nın futbolçusu "Nitsa"da

30 Avqust 2017 15:24

"Barselona"nın futbolçusu Marlon karyerasını Fransada davam etdirəcək. "Nitsa" klubu braziliyalı müdafiəçini icarəyə götürüb.  Bu barədə Liqa-1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb. Lakin razılığa əsasən, kataloniyalılar "sambaçı"nı gələn yay da geri qaytara bilərlər.

Dieqo Kosta "Atletiko"ya qayıdır - 43 milyon avroya

30 Avqust 2017 14:54

"Çelsi"nin futbolçusu Dieqo Kosta sabiq klubu "Atletiko"ya keçməyə yaxındır. Madrid klubu 43 milyon avro ödəyərək 28 yaşlı hücumçunu almaq üzrədir. FİFA "Atletiko"ya yanvar ayına kimi yeni oyunçu sifariş etməyi qadağan etdiyindən "Atletiko"nun D.Kostanı yarım illik - qadağa bitənə qədər icarəyə verə biləcəyi vurğulanıb.

Luçesku: "Ukrayna mənim komandama qarşı xüsusi motivasiya ilə oynayacaq"

30 Avqust 2017 14:51

Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku 2018 DÇ seçmə mərhələsində keçirəcəkləri oyunlar ərəfəsindən mətbuat konfransı keçirib. Təcrübəli mütəxəsis ilk öncə Arda Turanın milliyə qayıtmasına münasibət bildirib. O, yarımmüdafiəçinin bunun üçün üzr istədiyi barədə xəbəri eşitdiyini qeyd edib.

UEFA nümayəndələri “Qarabağ”a görə gəlirlər - Olimpiya stadionunu yoxlayacaqlar

30 Avqust 2017 14:48

UEFA "Qarabağ"ın Çempionlar Liqasının qrupunda ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirmək istəyi ilə əlaqədar bu idman arenasında yoxlama aparacaq.

"Gənclərbirliyi" baş məşqçisi ilə yollarını ayırıb

30 Avqust 2017 14:43

Türkiyə Superliqası təmsilçisi "Gənclərbirliyi" baş məşqçisi Ümit Özatla yolları ayırıb. Buna komandanın ölkə çempionatının ilk 3 turundakı uğursuz çıxış səbəb olub.

"Azərbaycan və Almaniya ilə oyunlarda 2 xal pis nəticə sayılar"

30 Avqust 2017 14:09

Azərbaycan və Almaniya ilə oyunlar bizim üçün böyük önəm kəsb edir. Bu sözləri Norveç yığmasının baş məşqçisi Lars Laqerbek deyib.  Skandinaviya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Azərbaycanla, ayın 4-də isə Almaniya ilə üz-üzə gələcək.

Millimizin formasında yenilik

30 Avqust 2017 13:04

Millimizin oyun formasına Azərbaycan bayrağı əlavə edilib. Komandamızın formasına - futbolkanın arxa yuxarı hissəsinə kiçik ölçüdə Azərbaycan bayrağı əlavə edilib. Millimizin səfər və üçüncü oyun dəsti Norveçin ev dəstinin rəngləri ilə uyğun olmadığı üçün futbolçularımız Norveçə qarşı ev dəstində oynayacaqlar. Yığmamızın San Marinoya qarşı da ev dəstində oynayacağı bildirilir. 

UEFA Polşa klubunu növbəti dəfə cəzalandırdı

30 Avqust 2017 12:19

UEFA Polşanın "Legiya" klubunu növbəti dəfə cərimələyib. Buna Moldova "Şerif"i ilə Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində keçirilmiş ev oyununda varşavalı fanatların qitə futbol klubu əleyhinə açdıqları banner səbəb olub.

"Mançester Siti"nin Aleksis sevdası: 50 milyona "yox" dedilər

30 Avqust 2017 11:19

"Arsenal" "Mançester Siti"nin Aleksis Sançez üçün 50 milyon funtluq təklifini rədd edib.  "Mavilər" transfer pəncərəsi bağlanmadan çilili ulduzu öz heyətinə qatmaq istəyir. Aleksis üçün iki klub danışıqlara çərşənbə axşamı başlayıb. "Arsenal" çilili oyunçu üçün 50 milyon və Rəhim Sterlini tələb etsə də, "Mançester Siti" cəbhəsi bu fikrə müsbət baxmayıb.

Prezident Əfranla zarafatlaşdı: “Topu arxada çox saxlama”

30 Avqust 2017 09:35

Prezident İlham Əliyevin “Qarabağ” klubunun heyəti ilə görüşünün qeyri-rəsmi hissəsində ölkə başçısının futbolçu heyəti ilə səmimi dialoqu olub.  İlham Əliyev son vaxtlar tənqidlərə məruz qalan Əfran İsmayılovla zarafatlaşıb. Prezident İlham Əliyevin yarımmüdafiəçiyə “səni izləyirəm, yaxşı “driblinq”lərin və sürətin var” deyib. Ölkə başçısının “topu cərimə meydançasının yanında və arxada çox saxlama” deməsi isə komandanın gülüşünə səbəb olub. Həmin səmimi dialoqun fotosunu təqdim edirik.

“Roma” ev oyunları üçün biletlərini satışa çıxarıb

29 Avqust 2017 17:15

"Roma” Çempionlar Liqasının qrup mərhələsində keçirəcəyi ev oyunları üçün biletlərini bu gündən satışa çıxarıb. Azarkeşlər “Atletiko” (12 sentyabr), "Çelsi" (31 oktyabr) və "Qarabağ"la (5 dekabr) görüşlər üçün biletlər ala bilər.