“Benfika” “Barselona”nın futbolçusunu icarəyə götürüb
Portuqaliyanın “Benfika” futbol klubu İspaniyanın “Barselona” komandasının oyunçusu Duqlas Pereyra Dos Santosu birillik icarəyə götürüb. 27 yaşlı müdafiəçi 2017-2018-ci il mövsümündə “Benfika”nın formasını geyinəcək.
5 Sentyabr 2017 18:50 İdmanPortuqaliyanın "Benfika" futbol klubu İspaniyanın "Barselona" komandasının oyunçusu Duqlas Pereyra Dos Santosu birillik icarəyə götürüb. 27 yaşlı müdafiəçi 2017-2018-ci il mövsümündə "Benfika"nın formasını geyinəcək.
Üç il əvvəl Braziliyanın "San Paulu" komandasından transfer olunan Duqlas katalonların heyətində sadəcə 8 matçda meydana çıxıb. Müdafiəçi ötən mövsümü icarə əsasında İspaniyanın digər klubu "Sportinq Xixon"un heyətində keçirib. Sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31