San Marino millimizə qarşı: 1, 1, 1 və 11 - STATİSTİKA
4 Sentyabr 2017 23:13 İdmanDÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - San Marino matçının statistik göstəriciləri açıqlanıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA Bakıdakı görüşdə kimin fərqli komponentlərdə üstün olduğunu müəyyənləşdirib.
Evdə 5:1 hesabı ilə qalib gələn millimiz qapı istiqamətində 19 zərbə endirib. Yığmamızın 19 zərbəsindən 8-i çərçivəyə düşüb. 8 zərbə qapıdan aralı gedibsə, 3 epizodda rəqib müdafiəçilər topun qarşısında sipər olublar.
Rəqibdə isə bu göstərici uyğun olaraq 3, 1, 1 və 1-dir.
Komandamız 6 dəfə ofsayda düşübsə, rəqibdə bu göstərici 0-a bərabərdi.
Kornerlərdə də millimiz üstündür - 9:1.
Rəqib bu oyunda əsasən kobudluqla diqqət çəkib. 90 dəqiqə ərzində 11 dəfə qayda pozuntusan yol verən san marinolu futbolçular bunun qarşılığında sarı və qırmızı vərəqə görməyiblər.
Azərbaycan
San Marino
5
Qollar
1
19
Zərbələr
3
8
Çərçivəyə
1
8
Çərçivəyə düşməyən
1
3
Dəf olunan
1
9
Künc zərbələri
1
6
Oyundan kənar vəziyyət
0
9
Qayda pozuntusu
11
0
Sarı vərəqə
0
0
Qırmızı vərəqə
0
Milli.Az