İdman

Neymardan "Barselona" prezidentinə AĞIR CAVAB

6 Sentyabr 2017 14:18

222 milyon avroya "Barselona"dan PSJ-yə transfer olunan Neymar keçmiş klubunun prezidenti Yosep Bartomeuya cavab verib. Ulduz futbolçu prezidentin atası haqqında dediklərinə sosial media vasitəsi ilə münasibət bildirib.

Arda: "Uzun fasilədən sonra özümü xoşbəxt hiss etdim"

6 Sentyabr 2017 13:44

"Xorvatiyaya qarşı sona qədər mübarizə apardıq. Taktiki cəhətdən düzgün oynadıq və yekunda hər şey planlaşdırdığımız kimi oldu". Bu sözləri Türkiyə yığmasının futbolçusu Arda Turandeyib.DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Xorvatiyanı qəbul edən "ay-ulduzlular" 1:0 hesablı qələbə qazanıblar və Rusiyada keçiriləcək  mundiala vəsiqə qazanmaq şanslarını saxlayıblar. Ölkəsinin mətbuatına açıqlama verən Arda maraqlı fikirlər səsləndirib. "Barselona"nın futbolçusu uzun fasilədən sonra xoşbəxt olduğunu bildirib: "Azarkeşlərə minnətdaram, bizə yaxşı dəstək oldular, milliyə inandıqlarını hiss etdirdilər. Yenidən bir araya gəlmək, xoşbəxt olmaq hər birimizə yaxşı təsir etdi. Çünki buna ehtiyacımız var idi. Bu ölkənin övladlarıyıq. Türkiyəyə canımız fədadı. Həm komanda yoldaşlarımı, həm də Mirça Luçeskunu təbrik edirəm. Baş məşqçi bu postda ilk qələbəsini qazandı. Ümidimizi sona qədər davam etdirəcəyik. Uzun fasilədən sonra özümü xoşbəxt hiss etdim".

Yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb

6 Sentyabr 2017 13:40

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb. “OLAYLAR”-ın AGF-yə istinadən verdiyi xəbərə görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə 50, 54, 58, 63 və 100 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparıb.  50 kq çəkidə mübarizə aparan Zaur Əliyev ardıcıl olaraq Macarıstan və İsveç güləşçilərini məğlub edib. Yarımfinalda Ermənistan təmsilçisinə də heç bir şans verməyən güləşçimiz finala yüksəlib. Yaponiya idmançısı ilə gərgin keçən final qarşılaşmasında zədəli mübarizə aparan Zaur Əliyev minimal xal fərqi ilə uduzub və dünya çempionatının gümüş medalı ilə kifayətlənib.  

Azərbaycan yığması - Millətlər Liqasının ən zəif bəndi

6 Sentyabr 2017 12:01

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının VIII oyunlarından sonra UEFA Millətlər Liqasının divizionları və səbətlərinin ilkin tərkibi açıqlanıb. 2019-cu ildə keçiriləcək yarışda komandaların alacağı yerlər son üç turnirin nəticələrinə əsasən müəyyənləşəcək. DÇ-2014 və AÇ-2016 həm seçmə, həm final, DÇ-2018-in seçmə mərhələsinin nəticələrinə əsasən hesablanan cədvələ görə 55 milli 4 liqaya bölünəcək. Hazırkı vəziyyətə əsasən Azərbaycan millisi C liqasında oynamalıdı.

"Kopenhagen"in məşqçisi "Qarabağ"a görə QOVULDU

6 Sentyabr 2017 11:03

Danimarkanın "Kopenhagen" klubunun baş məşqçisi Stole Solbakkenin əsas köməkçisi Brian Priske komandadan kənarlaşdırılıb. Klubun rəsmi saytıxəbər verir ki, 40 yaşlı mütəxəssis Yohan Lange ilə əvəzlənib.

Yaşar Vahabzadə: "Belə səhvləri heç uşaq komandaları da etməzdi" 

6 Sentyabr 2017 10:47

U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Azərbaycan - İrlandiya oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib. Fikirlərini nəzərinizə çatdırırıq: Yaşar Vahabzadə (Azərbaycan U-21 yığmasının baş məşqçisi): “İsrail yığması ilə oyunda məğlubiyyətdən sonra komanda özünü yaxşı tərəfdən göstərməyə çalışırdı. İstək var idi. Buraxdığımız səhvlərdən istiadə edən rəqib qapımıza yol tapmağı bacardı. Belə səhvləri bəlkə də heç uşaq komandaları da etməzdi. Azlıqda qalmağımız da oyunun nəticəsinə təsirini göstərdi”.

İlham Əliyev SƏRƏNCAM imzaladı: 2 idmançıya Prezident təqaüdü verildi

5 Sentyabr 2017 21:02

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb. Sənəddə qeyd olunub ki, Fransanın paytaxtı Paris şəhərində keçirilmiş güləş üzrə dünya çempionatında Əliyev Hacı Azər oğlu və Almaniyanın Hamburq şəhərində keçirilmiş boks üzrə dünya çempionatında Məcidov Məhəmmədrəsul Yusupoviç yüksək nəticələr əldə edərək üçqat dünya çempionu adını qazanıb və Azərbaycan idmanının şöhrətini daha da artırıblar.

“Benfika” “Barselona”nın futbolçusunu icarəyə götürüb

5 Sentyabr 2017 18:50

Portuqaliyanın “Benfika” futbol klubu İspaniyanın “Barselona” komandasının oyunçusu Duqlas Pereyra Dos Santosu birillik icarəyə götürüb.  27 yaşlı müdafiəçi 2017-2018-ci il mövsümündə “Benfika”nın formasını geyinəcək.

"Yeganə məqsədimiz final mərhələsində oynamaqdır"

5 Sentyabr 2017 18:45

Yaxşı oyun oldu. Norveç səfərindən sonra komandanın psixoloji cəhətdən bərpa olunacağından çəkinirdik. Təbii ki, futbolçular meydana 3 xal üçün çıxmışdılar. Yenə də düşünürdük ki, qol vurmaq bir az çətin olacaq. Ancaq komanda toparlana bildi və baş məşqçinin tapşırıqlarını yerinə yetirdi. Yığmamızın çox qol vurmağı sevindirici haldı. İlk növbədə azarkeşləri sevindirdilər və özlərinə inamı bərpa etdilər. Stadionda əsl bayram ab-havası var idi. Bir daha təkrar edirəm ki, komandamız meydana çıxarkən qələbədən başqa heç nə düşünmürdü. İnamlı qələbə həmişə daha əziz olur.

Robin Van Persinin durumuna aydınlıq gəldi

5 Sentyabr 2017 18:24

2018 DÇ seçmə mərhələsində baş tutan Fransa - Hollandiya matçında (4:0) zədələnən Robin Van Persinin durumuna aydınlıq gəlib.

İdmançılarımız İranda qələbə qazanıblar

5 Sentyabr 2017 17:10

İran İslam Respublikasının Gilan əyalətinin Astara liman şəhərində keçirilən Birinci Beynəlxalq Yay İdman Olimpiadası proqramına daxil olan Çimərlik futbolu üzrə Azərbaycanı təmsil edən Astara rayon komandası I yerə layiq görülüb.

""Yuventus"un məşhur skautu "Qarabağ"ın oyunçusunu izləyib hesabat verdi"

5 Sentyabr 2017 16:57

Cənubi Afrika yığmasının baş məşqçisi Stüart Bakster "Qarabağ"ın futbolçusu Dino Ndlovunun milli komandaya dəvət almamasından danışıb. Bakster yerli mətbuata açıqlamasında bununla bağlı bunları bildirib:  "Əvvəl də demişdim ki, Ndlovu dünyanın ən yaxşı liqasında oynamır. Lakin o, qol vurursa, bu, adama güvən verir.