Prosineçki San Marino üzərindəki qələbə və qarşıdakı hədəflər haqda

Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Robert Prosineçki 2018-ci il dünya çempionatının seçmə qrup matçında San Marino yığması üzərində 5:1 hesablı qələbədən sonra təşkil edilən mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb.

Virtualaz.org-un məlumatına görə, xorvatiyalı mütəxəssis bildirib ki, cari tsikldəki bu üçüncü qələbəni Qurban bayramına həsr edirlər: "Azərbaycan xalqını təbrik edirik. Oyuna nəzarət bizim əlimizdə idi. Komanda iki-üç qoldan sonra arxayınlaşmadı, hücumlarını davam etdirdi. Oyundan razı qaldım. Məndə olan məlumata görə, Azərbaycan yığması ilk dəfə seçmə mərhələdə 5 qol vurdu".

48 yaşlı mütəxəssis qrupdakı hədəflərinə də aydınlıq gətirib: "Bizi iki oyun gözləyir. İlk növbədə Çexiyaya qarşı yaxşı oynamalıyıq. Almaniyaya gəlincə, gəlin özümüzü aldatmayaq. Dünyanın ən yaxşı millilərindən birinə qarşı oynayacağıq. Məqsəd həmin matçda özümüzü yaxşı tərəfdən göstərməkdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31