Ramos La Liqanın antirekordçusu oldu
Madird "Real"ının kapitanı Serxio Ramos ölkə çempionatının ilk turunda "Deportivo" ilə səfər matçından növbəti dəfə meydandan qovulub. İspan müdafiəçi aldığı 18-cı qırmızı vərəqə ilə La Liqa tarixində Pablo Alfaro və Xavi Aquadonun antirekorduna şərik çıxıb.
21 Avqust 2017 13:01 İdmanMadird "Real"ının kapitanı Serxio Ramos ölkə çempionatının ilk turunda "Deportivo" ilə səfər matçından növbəti dəfə meydandan qovulub. İspan müdafiəçi aldığı 18-cı qırmızı vərəqə ilə La Liqa tarixində Pablo Alfaro və Xavi Aquadonun antirekorduna şərik çıxıb. Serxio Ramos 53-cü və 90+2-ci dəqiqələrdə sarı vərəqə almaqla, meydandan kənarlaşdırılıb. Ramos karyerasını davam etdiridiyindən, qarşıdakı oyunlarda da qırmızı alıb "zirvə"ni ələ keçirəcəyi gözlənilir.
"Deportivo" - "Real" matçı qonaqların 3-0 hesablı qələbəsi ilə yekunlaşıb. Goal.az