"Bu il hamı üçün başağrısı olacaq"
Azərbaycan Premyer Liqasının II tur matçında "Qəbələ" doğma meydanda "Sumqayıt"a qalib gəlib 1-0.
21 Avqust 2017 12:28 İdmanAzərbaycan Premyer Liqasının II tur matçında "Qəbələ" doğma meydanda "Sumqayıt"a qalib gəlib 1-0.
Meydan sahiblərinin qələbə qolunun müəllifi Tellur Mütəllimov oyunla bağlı fikirlərini bölüşüb: "Qələbədə payım olduğu üçün çox sevinirəm. Bu mövsüm ilk oyunum idi. Bundan sonra da fürsətlərdən istifadə etməyə çalışacağam. Zədəyə görə bir qədər geri qaldığımı da vurğulamalıyam. Çempionat yeni başlayıb, bizi uzun marafon gözləyir. Çox çətin keçəcək. Komandaların hamısı güclüdür. Ötən il belə deyildi, bir neçə zəif klub vardı. Bu il isə hamı üçün başağrısı olacaq". Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31