""Qarabağ"la cavab oyununda daha güclü olacağıq"
"Qarabağ", demək olar ki, gözlədiyimiz kimi oynadı. Görüşün birinci hissəsində çox az sayda qol imkanı yaratdılar. Bunlar da əsasən, əks-hücumlar idi. Bu sözləri "Kopenhagen"inin futbolçusu Uroş MatiçÇempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra Danimarka mətbuatına deyib.
16 Avqust 2017 11:39 İdman"Qarabağ", demək olar ki, gözlədiyimiz kimi oynadı. Görüşün birinci hissəsində çox az sayda qol imkanı yaratdılar. Bunlar da əsasən, əks-hücumlar idi. Bu sözləri "Kopenhagen"inin futbolçusu Uroş MatiçÇempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra Danimarka mətbuatına deyib.
27 yaşlı yarımmüdafiəçi bildirib ki, ilk oyun hələ mübarizənin birinci mərhələsi idi: "Qarşıda daha 90 dəqiqə var. Biz ev oyunumuzda azarkeş dəstəyi sayəsində daha güclü olacağıq. Ötən mərhələdə "Vardar"a da səfərdə eyni hesabla uduzduğumuz oyunu evdə öz xeyrimizə dəyişmişdik. Çempionlar Liqasının qrup mərhələsinə son addımı atmaq üçün döyüşə 100 faiz hazır olmalıyıq". Qol.az