Van Basten "Qəbələ" ilə oyundan danışdı
21 İyul 2014 12:13 İdmanHollandiya toplanışı çərçivəsində keçiriləcək "AZ Alkmaar" - "Qəbələ" (2:0) matçından sonra Hollandiya təmsilçisinin baş məşqçisi Marko van Basten oyun və rəqib haqda fikirlərini bölüşüb. "Qəbələ" klubunun rəsmi saytına danışan təcrübəli mütəxəssisin rəqiblərinin yaxşı təşkilatlanmış və intizamlı komanda olduğunu bildirib: "Maraqlı və gərgin matç oldu. Rəqib gözəl oyun nümayiş etdirdi. Qarşımızda yaxşı təşkilatlanmış və intizamlı bir rəqib gördük. Qarşılaşma boyunca yaxşı qol imkanları yaxaladılar. Düşünürəm ki, hazırlıq baxımından hər iki komanda üçün yararlı bir qarşılaşma oldu. Oyundan da, nəticədən də razı qaldım. "Qəbələ" haqda ətraflı məlumatımız yox idi. Bu matça digər oyunlara hazırlaşdığımız kimi ciddi hazırlaşmışdıq. "Qəbələ"nin Akademiya direktoru Stenli Brarddan rəqib haqda məlumat ala bilərdim. Lakin onunla bu barədə danışmamışıq". Qol.az