Braziliya millisinin yeni baş məşqçisi bəlli oldu
21 İyul 2014 12:12 İdmanLuis Felipe Skolarinin istefasından sonra boş qalmış Braziliya millisinin baş məşqçi vəzifəsinə təyinat açıqlanıb. Milli komanda veteran futbolçu Karlos Dunqaya həvalə olunub. Bu barədə Braziliyanın "Qlobo Esporte" qəzeti xəbər yayıb. Əsl adı Karlos Kaetano Bledorn Veeri olan mütəxəssis 2006-2010-cu illərdə də Braziliya millisinin sükanı arxasında olub. Son olaraq "İnternaşional" klubunu çalışdıran Dunqa 2009-cu ildə Konfederasiyalar kubokunu qazanıb. Futbolçu karyerası da uğurlu olan Dunqa 1994-cü ildə "sambaçılar"la dünya çempionu olub. Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31