Reynaldo: "Valletta”nı keçək, sonra “Zalsburq” haqda düşünərik"
18 İyul 2014 20:35 İdman"İlk oyunumuz idi. Bu səbəbdən də bir qədər çətin alındı. Amma Bakıdakı oyun bir qədər fərqli olacaq. Çünki bu dəfə öz meydanımızda, doğma azarkeşlərimiz önündə oynayacağıq". Bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Reynaldo Silva deyib. Braziliyalı futbolçu Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri "Zalsburq" haqda danışmaq istəməyib: "Gəlin, tələsməyək. Əvvəlcə "Valletta"nı keçək, sonra "Zalsburq" haqda düşünərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31