Püşk atıldı: “Qarabağ”ın bəxti gətirmədi

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri müəyyənləşəcək. II təsnifat mərhələsi başa çatmadığından püşkdə cütlər iştirak edəcək. Belə ki, səbətdən "Qarabağ" deyil, "Valletta" -"Qarabağ" cütü çıxacaq. Ümumilikdə isə 17 belə cüt püşkə qatılacaq. Daha 3 çempion isə birbaşa bu mərhələdə yarışa qatılır. Öz ölkəsinin çempionu olmayan 10 komanda da mövsümə start vermək üçün bugünkü püşkü gözləyir. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən təmsilçimizin yer aldığı cütlük püşk zamanı səpələnməmişlər sırasındadır Bu isə o deməkdir ki, "Qaeabağ"ın potensial rəqibi güclü klubun yer aldığı cüt olacaq.

Qeyd edək ki, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi

Çempionlar
"Valletta" (Malta)/"QARABAĞ" (AZƏRBAYCAN) - "Zalsburq" (Avstriya)
"Kliftonvill" (Şimali İrlandiya)/"Debretsen" (Macarıstan) - BATE (Belarus)/"Skenderbeu" (Albaniya)
"Slovan" (Slovakiya)/TNS (Uels)  - "Şerif" (Moldova)/"Sutyeska" (Monteneqro)
"Legiya" (Polşa)/"Sent Patriks" (İrlandiya) - "Seltik" (Şotlandiya)/"Reykyavik" (İslandiya)
"Olborq" (Danimarka) - "Dinamo" (Xorvatiya)/"Jalgiris" (Litva)
"Dinamo" (Gürcüstan)/"Aktobe" (Qazaxıstan) - "Stromsqodset" (Norveç)/"Styaua" (Rumıniya)
"Zrinski" (Bosniya və Herseqovina)/"Maribor" (Slovaniya) - "Makkabi" (Təl-Əviv, İsrail)/"Santa Koloma" (Andorra)
"Rabotniçki" (Makedoniya)/HİK (Finlandiya) - APOEL (Kipr)
"Sparta" (Çexiya)/"Levadiya" (Estoniya) - "Malmö" (İsveç)/"Ventspils" (Latviya)
"Ludoqorets" (Bolqarıstan)/"Düdelanj" (Lüksemburq) - "Partizan" (Serbiya)/"Torshavn" (Farer adaları)
Qeyri-çempionlar
AEL (Kipr) - "Zenit" (Rusiya)
"Dnepr" (Ukrayna) - "Kopenhagen" (Danimarka)
"Feyenoord" (Hollandiya) - "Beşiktaş" (Türkiyə)
"Qrasshoppers" (İsveçrə) - "Lill" (Fransa)
"Standard" (Belçika) - "Panatinaikos" (Yunanıstan)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31