AZAL İran millisi ilə qarşılaşacaq
18 İyul 2014 13:04 İdmanHazırlıqlarını Boluda davam etdirən AZAL Türkiydə olduğu müddətdə - iyulun 28-nə qədər 5 yoxlama görüşü keçirəcək. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, artıq komandanın yoxlama matçlarındakı rəqiblərinin adlarına da tam aydınlıq gəlib. AZAL ilk oyununu sabah keçirəcək. Yerli vaxtla saat 18:00-da başlayacaq görüşdə rəqib İranın 21 yaşa qədər futbolçulardan ibarət milli komandası olacaq. Bundan sonra isə 2 dəfə Türkiyə Superliqasının təmsilçisi ilə qarşılaşacaq. İyulun 20-də "Mersin İdman Yurdu", 23-də isə "Balıkesirspor" AZAL-ın rəqibi olacaq. Bakı təmsilçisi iyulun 25-də son mövsümün yekunlarına görə Türkiyə Superliqasından birinci diviziona düşmüş "Antalyaspor" ilə üz-üzə gələcək. Boludakı son matçda rəqib Gürcüstan 1-ci divizionunun (Pirveli Liqa) aparıcı klublarından olan "Kolxeti 1913" olacaq.