Del Boske: "İstefa verməyəcəm"

İspaniya millisinin DÇ-2014-də uğursuz çıxışına baxmayaraq, komandanın baş məşqçisi Visente del Boskenin istefa vermək fikri yoxdur. O deyib ki, qrup mərhələsində iki matçda uduzaraq mübarizəni dayandıqları üçün milli komandadan ayrılmayacaq: "Son altı ildə bir çox uğur əldə etmişik. DÇ-2014-də iki matçda uduzduğumuz üçün istefa verməməliyəm. 2016-cı ilə qədər İspaniya millisində işləyəcəm. İspaniya Futbol Federasiyası da mənlə əməkdaşlığa davam etmək istəyir. Bundan sonrakı turnirlərdə birinci olmağa çalışacağıq". Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31