"Mançester Yunayted"in futbolçusu üç aylıq sıradan çıxdı

"Mançester Yunayted" ciddi itki ilə üzləşib. Qol.Az-ın klubu saytına istinadən yaydığı xəbərə görə, iyulun 15-i keçirilən məşqi yarımçıq tərk edən Maykl Karrik sol ayağından əməliyyat olunub. Onun üç ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Qeyd edək ki, M.Karrikin zədələnməsindən sonra "MY"nın yarımmüdafiə xəttinə Arturo Vidalı transfer edəcəyi gözlənilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31