"Qarabağ"ın 5 potensial rəqibi bəlli oldu
18 İyul 2014 12:59 İdmanBu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. İkinci təsnifat mərhələsində Maltanın "Valletta" klubu ilə qarşılaşan təmsilçimiz "Qarabağ" klubu püşk zamanı səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, Ağdam təmsilçisi "Valletta" səddini keçərsə, növbəti mərhələdə nisbətən güclü rəqiblə üz-üzə gələcək. Püşkatmada ikinci təsnifat mərhələsinin 17 qalibi ilə yanaşı, öz ölkələrinin çempion olmayan 10 komandası da iştirak edəcək. Lakin "Qarabağı"ın bu 10 klubla görüşməsi mümkün deyil. Çünki reqlamentə əsasən "Qarabağ" pley-off mərhələsinə qədər yalnız öz ölkələrinin çempion komandası ilə üz-üz gələ bilər. Artıq son Azərbaycan çempionunun III təsnifat mərhələsində qarşılaşa biləcəyi 5 potensial rəqibləri müəyyənləşib. Qurban Qurbanovun komandası "Valletta" səddini keçəcəyi təqdirdə növbəti mərhələdə məhz bu 5 komandadan biri ilə qarşılaşacaq: "Zalsburq" (Avstriya), "Seltik" (Şotlandiya) - "Reykyavik" (İslandiya) cütünün qalibi, BATE (Belarus) - "Skenderbeu" (Albaniya) cütünün qalibi, "Dinamo" (Zaqreb, Xorvatiya) - "Jalgiris" (Litva) cütünün qalibi və "Şerif" (Moldova) - "Sutyeska" (Monteneqro) cütünün qalibi.
Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları 29-30 iyul və 5-6 avqust tarixlərində keçiriləcək. Anspress
I qrup
"Zalsburq" (Avstriya)
"Seltik" (Şotlandiya) - "Reykyavik" (İslandiya) cütünün qalibi
BATE (Belarus) - "Skenderbeu" (Albaniya) cütünün qalibi
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Jalgiris" (Litva) cütünün qalibi
"Şerif" (Moldova) - "Sutyeska" (Monteneqro) cütünün qalibi
"Legiya" (Polşa) - "Sent Patriks" (İrlandiya) cütünün qalibi
"Kliftonvill" (Şimali İrlandiya) - "Debretsen" (Macarıstan) cütünün qalibi
"Slovan" (Slovakiya) - TNS (Uels) cütünün qalibi
"Valletta" (Malta) - "Qarabağ" (Azərbaycan) cütünün qalibi
"Olborq" (Danimarka)
II qrup
"Stromsqodset" (Norveç) - "Styaua" (Rumıniya) cütünün qalibi
APOEL (Kipr)
"Sparta" (Çexiya) - "Levadiya" (Estoniya) cütünün qalibi
"Ludoqorets" (Bolqarıstan) - "Düdelanj" (Lüksemburq) cütünün qalibi
"Makkabi" (Təl-Əviv, İsrail) - "Santa Koloma" (Andorra) cütünün qalibi
"Zrinski" (Bosniya və Herseqovina) - "Maribor" (Sloveniya) cütünün qalibi
"Partizan" (Serbiya) - "Torshavn" (Farer adaları) cütünün qalibi
"Dinamo" (Gürcüstan) - "Aktobe" (Qazaxıstan) cütünün qalibi
"Malmö" (İsveç) - "Ventspils" (Latviya) cütünün qalibi
"Rabotniçki" (Makedoniya) - HİK (Finlandiya) cütünün qalibi
Qeyri-çempionlar
"Zenit" (Rusiya)
"Lill" (Fransa)
"Kopenhagen" (Danimarka)
"Standard" (Belçika)
"Beşiktaş" (Türkiyə)
"Dnepr" (Ukrayna)
"Panatinaikos" (Yunanıstan)
"Feyenoord" (Hollandiya)
"Qrasshoppers" (İsveçrə)
AEL (Kipr)