"Qəbələ" Hollandiya klubunu darmadağın etdi
18 İyul 2014 12:58 İdmanHollandiyanın Arnem bölgəsində yeni mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" dünən ilk yoxlama matçına çıxıb. "Qırmızı qaralar" ilk olaraq bu ölkənin "Arnem" klubu ilə qüvvəsini sınayıb. "Qəbələ" Hollandiyanın həvəskarlar liqasında mübarizə aparan kluba 4:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Qəbələ" qarşıdakı günlərdə Hollandiyanın "AZ Alkmaar" və "Heerenven", Türkiyənin "Konyaspor" klubları ilə üz-üzə gələcək.
Yoxlama oyunu
20:00 "Arnem" (Hollandiya) - "Qəbələ" (Azərbaycan) - 0:4
Qollar: Nizami Hacıyev, 73 (0:1), Müşfiq Teymurov, 75 (0:2), Andrey Kristea, 82 (0:3), 85 ( 0:4
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31