"Qəbələ" Hollandiyada ilk oyununa çıxır
17 İyul 2014 18:20 İdmanHollandiyanın Arnem bölgəsində yeni mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün ilk yoxlama matçına çıxacaq. "Qırmızı qaralar" ilk olaraq bu ölkənin "Arnem" klubu ilə qüvvəsini sınayacaq. "Qəbələ"nin Hollandiyanın həvəskarlar liqasında mübarizə aparan klubla oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, "Qəbələ" qarşıdakı günlərdə Hollandiyanın "AZ Alkmaar" və "Heerenven", Türkiyənin "Konyaspor" klubları ilə üz-üzə gələcək.
17 iyul
Yoxlama oyunu
20:00 "Arnem" (Hollandiya) - "Qəbələ" (Azərbaycan)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31