"Barselona"nın futbolçusu sıradan çıxdı
17 İyul 2014 11:59 İdman"Barselona"nın futbolçusu Adriano Korreya Klaro sıradan çıxıb. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, mövsüm öncəsi tibbi müayinədən keçən 29 yaşlı müdafiəçinin ürəyində problem olduğu aşkarlanıb. Ürək ritmi pozulan oyunçunun müalicə olunması üçün 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, Adrianonun "Liverpul", "Napoli", Roma" klublarından birinə transfer olunacağı iddia edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31