"Atletiko"nun daha bir futbolçusu rəsmən "Çelsi"də
16 İyul 2014 20:15 İdmanİngiltərənin "Çelsi" klubu Madrid "Atletiko"sunun daha bir futbolçusunu rəsmən transfer edib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, London təmsilçisi Dieqo Kostanın ardından Felipe Luisi də heyətinə qatıb. Bu transfer "Atletiko"ya 25 milyon funt-sterlinq qazandırıb. Lakin 28 yaşlı müdafiəçi ilə neçə illik müqavilə imzalanması haqda məlumat verilməyib.
Qeyd edək ki, 2010-cu ildə "Deportivo"dan transfer edilən braziliyalı futbolçu meydana çıxdığı 127 oyunda cəmi iki qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31