“Xəzər Lənkəran”ın baş məşqçisindən Fatih Terimə şok sözlər
16 İyul 2014 17:06 İdman"Xəzər Lənkəran" klubunun türkiyəli baş məşqçisi Oğuz Çətin qalmaqal yaradacaq açıqlamalar verib.Lent.az-ın məlumata görə, O.Çətin "Əl Cəzirə"nin Türkiyə bürosuna verdiyi sonuncu müsahibədə ölkəsinin futbol millisinin baş məşqçisi Fatih Terim barədə tənqidi fikirlər səsləndirib. O, bir zamanlar Türkiyə millisində birgə işlədiyi F.Terim barədə bu sözləri deyib: "Fatih Terim bizim yolumuzu açmır. Elə "hər zaman mənə, hər zaman mənə", deyir. Mən 2005-ci ildə milli komandanın heyətində bir amal uğurunda işləmişəm. O zamanlarda Fatih Terimlə də çalışmışam. Fatih Terimin çevrəsində məndən savayı 3-5 adam da var idi. O, komanda ilə yollarını ayırdıqdan sonra Hiddink mövzusu gündəmə gəldi. Hiddinklə işimin əsas səbəbi o idi ki, ondan sonra özüm baş məşqçi olum. Çünki 7 illik təcrübəm buna imkan verirdi. Hətta səksən dəfə milli komanda oyunlarına vəzifə almışam. Bütün bu sadaladıqlarım ölkəmiz tərəfindən görülməli və qiymətləndirilməlidir. Bütün dünya bu üsuldan istifadə edir. Baş məşqçini həmin heyətdən seçirlər. Amma təəssüf ki, bizdə buna icazə vermirlər. Buna icazə verməyən yalnız sistem deyil, bu işin içində birbaşa iştirak edən şəxslərdir. Dəstək olsalar yaxşı olar. "Hər zaman mən" demək olmaz. Demək istəyirəm ki, Fatih Terim yolumuzu açmadı. Fatih Terimdən sonra Hiddink, Abdullah Avcı sonra niyə bir Aykut, niyə bir Ərtoğrul, Tolunay, Şifon, gənc və daha enerjili bir ad vəzifəyə gəlmir? Ölkənin elit məşqçi sayını niyə artırmırıq? Bu say elə 2-də, 3-də qalmalıdır? Terim gəlib müvəffəqiyyət qazandı getdi, amma müvəffəqiyyətsizlikləri də olub. Buna görə onunla yollarını ayırdılar. Amma indi yenə də millidədir. Gənc məşqçilərin yolu açılmalıdır ki, futbolumuz inkişaf etsin. Yoxsa belə alınmayacaq".